"Asif Ağayev narkobaron, hərbi xidmətdə olmayan, fərari, dövlət əmlakını mənimsəyənləri irəli çəkərək, onları vəzifəyə təyin edir”
İl yarım öncə işdən çıxarılan sabiq məmur Həsənov Əliyar Soltan oğlu özünün sosial media (feysbuk səhfəsində) üzərindəki hesabında status yazaraq Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevi kəskin ittiham atəşinə tutaraq, icra başçısını rüşvətxorluqda, narkobaron, hərbi xidmətdə olmayan, fərari, dövlət əmlakını mənimsəyənləri isə irəli çəkərək, onları vəzifəyə təyin etməkdə ittiham edir. Əliyar Həsənov iddia edir ki, icra başçısı Asif Ağayev onun özünü səbəbsiz yerə işdən çıxardıb və il yarımdırda ki, ev dustağı edib. Hansı ki, o iki ali təhsilə sahib olduğunu deyir: “ İki ali təhsilim var. işlədiyim dövlərdə təmiz və vicdanla işləmişəm, amalım dövlətə və dövlətçiliyə xidmət etməkdən ibarət olub, heç vaxt dövlətin bir qara qəpiyinə kəm gözlə baxıb, əl uzatmamışam. Ancaq icra başçsı bu xidmətlərimi qiymətləndirməyib, məni işdən çıxarıb. Bu günləri icra başçsı dövlətə xəyyanət edən, küllü miqdarda vəsaitini mənimsəyən, alkaqol aludəçisi, müxtəlif çirkin əməllərlə məşğul olan şəxslərdən rüşvət qəbul edərək, onları vəzifəyə təyin edir”. SİTATIN SONU Əliyar Həsənov digər bir sosial media vasitəsi ilə Prezident İlham Əliyevə ünvanladığı müraciət məzmunlu statusunda yazır: “Cənab Prezident, çox təssüflər olsun ki, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əzizağa oğlu Ağayev tərəfindən hələdə dövlətə xəyanət edənlər var, sizi sevən, sizi dəstəkləyən gənc kadırlar, YAP üzvləri əsassız şəkildə vəzifədən uzaqlaşdırılır. Onların yerinə təyin olunanlar fərari, narkabaron,dövlət malını mənimsəyənlər, evdə arağ çəkib, bağlayıb satanlardır. Necə ki, icra başçısı Narkobaronu Beyləqan rayon Yaşıllaşdırma İdarəsinə müdir təyin edib”. Əliyar Həsənov yazdığı statuslarında iddia edir ki, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev savadlı, perspektivli gənc kadrları vəzifədən kənarlaşdıraraq onların yerinə, rüşvətxor və korrupsioner şəxsləri rüşvət müqabilində vəzifəyə təyin edir. P.S. Hər halda bu ittihamların nə qədər ciddiliyinə varmaq elə də zor deyil. Hər halda Beyləqan rayon icra hakimiyyəti bu ittihamları cavabsız qoymayacaq. P.S.S. Əslində biz düşünmürük ki, Asif Ağayev kadr məsələlərində elə də səriştəsiz olsun. Ona görə ki, A. Ağayev Beyləqan rayonuna icra başçsı təyin olunmazdan əvvəl 5 (beş) il Şamaxının, ondan əvvəl isə ARDNŞ-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2018-ci tarixindən indiyə qədər də Beyləqan rayon icra hakimiyyətinin başçısıdır. Bu isə o deməkdir ki, Asif Ağayev kifayət qədər idarəçilik potensialına malikdir. İnsafən deyək ki, Asif Ağayevin Beyləqan rayonuna rəhbərliyi heç də uğursuz alınmamışdır. Necə deyərlər, ayağı rayona düşərli olmuşdur, Beyləqan rayonu bir sıra uğurlara imza atmışdır./RealMedia.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?