GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox

Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox

Tarix: 14-07-2020, 09:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 686
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox


Bu günlərdə dövrü mətbuatda Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ayrılan vəsaitlərin icrasına dair apardığı uyğunluq auditinin nəticəsi barədə məlumatlar yayıldı.Xəbərdə Komitənin Mənzil İstismar Departamenti tərəfindən yol verilmiş bir çox qanunsuzluqların törədildiyi bildirilir, auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpasını təmin etdiyi, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi üzrə işlərin davam etdirildiyi bildirilirdi.

Bunlar təbii ki,son illərin yoxlamalarının nəticələridir. Bəs görəsən əvvəlki illərdə,burada anarxiyanın baş alıb getdiyi dövrlərdə nə kimi qanunsuzluqlar olub,nə qədər dövlət vəsiti mənimsənilib? Məlum olduğu kimi doğmalarını itirən, yurd həsrəti ilə yaşayan, evsiz-eşiksiz, işsiz qalan insanlarımız qaçqınlığın xüsusi ilə ilk illərində dəhşətli sosial-iqtisadi çətinliklər çəkdilər,uzun illər çadırlarda qaldılar. Son 10 ildə isə dövlət məcburi köçkünləri çadır şəhərciklərindən tamamilə çıxarıb,onların yerləşdirilməsi üçün yeni,hər cür şəraitlə təchiz olunmuş binalarda mənzillərlə təmin etdi.Amma qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən kommunal xərcləri üçün işıq, qaz, suya görə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi və eləcə də məcburi köçkünlərin mənzillərlə təmin olunmasında ailə tərkibinə görə daha geniş mənzil istəyənlər üçün ən azi 2000 manat vermələri, həmçinin köçkünlər üçün nəzərdə tutulan mənzillərın pulla köçkün olmayan şəxslərə də satılması barədə dövrü mətbuatda kifayət qədər məlumatlara rast gəlmək olar.Bəs maraqlıdır,bu işlərin başında həmin dövrdə kimlər dururdu?

GundemXeber.Az bildirir ki, aktualinfo.org-un əldə etdiyi məlumatlara görə bu kimi işlərin başında Komitənin Mənzil İstismar Departamentinin uzun müddət direktoru vəzifəsini tutmuş Pənah Əliyevin dururmuş.Qeyd edilir ki,uzun müddət məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlərlə Pənah Əliyev öz vəziyyətini yaxşılaşdırıb.Həmin dövrdə mətbuatın yazdığına görə tutduğu vəzifə hesabına Pənah Əliyev paytaxtda böyük əmlak sahibi olub. Belə ki, 9-cu mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən “Sombrero” restoranı, “Dental” klinikası, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, «Qızıltac» restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, «Varovski»dəki villa məhz sabiq departament müdirinə məxsusdur.Başqa bir məlumata görə, Pənah Əliyev departament rəisi işləyərkən Goranboy rayonunun Veyisli qəsəbəsində 589 ailə üçün nəzərdə tutulmuş şəhərcikdə onlarla mənzili pulla satıb.

Əldə etdiyimiz məlumatlara görə “Qaçqınkom”da vəzifəsini itirdikdən sonra Pənah Əliyev çox keçmir ki,2016-cı ilin aprelində yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyində mühüm bir vəzifə alır. Amma Agentlikdə onun vəzifəsinin konkret nədən ibarət olması barədə səhih məlumat yoxdu.

“Bu layihənin icra edilməsi bir daha onu göstərir ki, sosial məsələlərin həlli bizim üçün həmişə prioritet olub. Bu il aprel ayının 11-də mənim sərəncamımla Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bu agentliyin əsas vəzifəsi vətəndaşların mənzil-məişət problemlərini həll etməkdən ibarətdir”

Bunu prezident İlham Əliyev, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaq.

“Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcək. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik”, — ölkə rəhbəri qeyd edib.

Ölkə başçısının sözügedən təməlqoyma mərasimindən artıq iki il keçib.Bu müddət ərzində MİDA bir necə tikintini həyata keçirərək elektron satışını təşkil edib. Ağentliyin təşkil etdiyi elektron satışla əlaqədar MİDA-nın sosial şəbəkə hesablarında vətəndaşların ifadə etdiyi narazılıqlar, sistemin gec açılmasını, mənzil əldə edə bilmədiklərini və s. kimi problemlər bu gün də qalmaqdadır. Vətəndaşların üzləşdiyi bu kimi məsələlərin MİDA rəsmiləri tərəfindən texniki problemlərlə bağlı olduğu bildirilsə də,əslində elə deyilmiş.

Məlumatlara görə MİDA tərəfindən satışa çıxarılan mənzillərin bir çoxunun sahibləri artıq əvvəlcədən məlum olur.Belə ki,monitorun bu başında müraciət etməyə çalışan insanlar,monitorun o başında nələrin baş verdiyindən xəbərsiz olurlar.Məlumatlara görə,MİDA təmsilçiləri əvvəlcədən aldıqları pulun müqabilində mənzilin sahiblərini orada müəyyən edirlər.Elektron qaydada satışa çıxarıldıqda isə bir mənzilə kimin daha əvvəl sahib olduğunu görmək olmur.Məlumatlara görə bu gizlin işlərin başında isə”Qaçqınkom”un keçmiş işçisi,belə işlərdə artıq çoxdan püxtələşmiş Pənah Əliyev dayanır.Düzdü o əvvəlki işində pulu dədə-baba qaydasında alırdısa,burada metodu bir az müasirləşdirməli olub.

Aktualinfo.org xatırlatmaq istəyir ki,tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi imkanlarının təmin edilməsi Agentliyin əsas vəzifələrindən biridir.Eyni zamanda öz işini şəffaflıq, etibarlılıq və ədalət prinsipləri əsasında qurmalı olan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətində bu kimi halların baş verməsi sadəcə təəssüf doğurur. Biz yuxarıda Prezident İlham Əliyevin nitqindən gətirdiyimiz sitatı əbəs yerə çəkməmişik.Ölkə başçısının tövsiyyələrinə beləmi əməl edilir?Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov bütün bunları görmürmü?

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazim İbrahimovun yeyintisi İFŞA OLUNDU - RƏSMƏN

    Nazim İbrahimovun yeyintisi İFŞA OLUNDU - RƏSMƏN ...

    28-03-2019, 16:01

  • 
  • "Qaçqınkom" aparatı rəhbərinin müavini işdən çıxarılıb

    "Qaçqınkom" aparatı rəhbərinin müavini ...

    6-06-2018, 13:24

  • 
  • Hesablama Palatasının sədri “büdcə yeyintiləri”ndən danışdı

    Hesablama Palatasının sədri “büdcə ...

    6-11-2018, 14:54

  • 
  • "Qaçqınkom"un vəzifəli şəxsi işdən çıxarıldı

    "Qaçqınkom"un vəzifəli şəxsi işdən ...

    30-04-2018, 15:48

  • 
  • Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarlayıb

    Hesablama Palatası XİN-də maliyyə pozuntuları ...

    1-04-2019, 21:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu