GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hesablama Palatasının sədri “büdcə yeyintiləri”ndən danışdı

Hesablama Palatasının sədri “büdcə yeyintiləri”ndən danışdı

Tarix: 6-11-2018, 14:54 Bölmə :Müsahibə Baxış: 672
Hesablama Palatasının sədri “büdcə yeyintiləri”ndən danışdı


Sosial sahələrin inkişafı prezident İlham Əliyevin daim diqqətində olan məsələlərdir. Təhsil, səhiyyə, elm sahəsinin inkişafı, əmək, məşğulluq, sosial təminat məsələlərində xidmətlərin elektronlaşması ilə bağlı dövlət başçısı tərəfindəın tapşırıq verilib və zəruri maliyyə ayrılıb.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib.

V.Gülməmmədov qeyd edib ki, növbəti ilin büdcə layihəsində sosial sahəyə xüsusi diqqət ayrılıb:

“Belə ki, büdcədən bu sahəyə 6.4 milyard manat nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə 14 faiz çoxdur. Bu sahəyə ayrılan vəsait sayəsində 41 sosial layihənin təhvil verilməsi nəzərdə tutulub”.

Palata sədri qeyd edib ki, 2019-cu ilin büdcəsindən təhsil xərclərinə 2.3 milyard manat vəsait nəzərdə tutulub ki, bu da ÜDM-nin 2.8 faizini təşkil edir:

“2019-u ilin büdcə layihəsində sosial müdafiə, sosial təminat sahəsində 2.6 milyard manat vəsait nəzərdə tutulub”.

V.Gülməmmədov qeyd edib ki, əvvəlki illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri zamanı məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı elektron informasiya sistemləri tam yaradılmamışdı:

“Bəzi hallarda müavinətlərin ünvanlılığının təmin edilməməsi kommunal xidmətlər üzrə limitlərə riayət olunmaması, kommunal xidmətlər üzrə məcburi köçkünlərin adlı siyahılarının yerlərdə tərtib edilməsi və dəqiqləşdirilməsində zəruri nəzarətin təmin edilməməsi kimi hallar aşkarlanırdı.

Eyni zamanda, qeyd edilməlidir ki, dövlət komitəsindən müavinət alan şəxslərin adlı siyahılarının dəqiqləşdirilməsi müavinət almaq hüququ olmayan və təkrarlanan şəxslərin adlarının siyahıdan çıxarılması istiqamətində müəyyən tədbirlərin görülməsi nəticəsində müavinət alan məcburi köçkünlərin sayında dəqiqləşmələr təmin olunub.

Bu isə özünü 2019-cu ilin büdcə layihəsində göstərir. Vəsaitlərin üvanlılığının təmin edilməsi səbəbindən 2019-cu ildə kommunal xidmətlərin ödənilməsi ilə bağlı xərclər 10 faiz az nəzərdə tutulmasına baxmayaraq, bu, müavinətlərin ödənilməsində ünvanlılığı təmin edəcək. Eyni zamanda, müavinətin ödənilməsi ilə bağlı xərclərin artım tempi isə həmin müavinətlərin məbləğinin artım tempinə uyğun şəkildə proqnozlaşdırılıb”.

Palata sədri bildirib ki, dövlət aktiv sosial müdafiə tədbirlərinin genişləndirilməsinə xüsusi diqqət göstərir:

“Hesablama Palatası yardımların təyin edilməsi və ödənilməsi ilə bağlı apardığı nəzarət tədbirləri nəticəsində ünvanlı yardımın ailənin məişət şəraitinin müayinəsinin qanunvericiliklə müəyyən edilməsinə baxmayaraq, həyata keçirilmədiyini, yalnız müraciət edən şəxslərin məlumatları əsasında avtomatlaşdırılmış sistem tərəfindən təyinat aparıldığını, ailənin istifadəsində olan əmlak və ailənin gəlirləri, tərkibində dəyişikliklər haqqında düzgün olmayan məlumatarın qəbul edilməsi hallarının mövud olduğunun və qeyd olunan nöqsanlar səbəbindən ünvanlı sosial sosial yardım üzrə nöqsanların yarandığı müəyyən edilib.

Bu tədbirlərin nəticəsi ilə bağlı müvafiq nazirliyə məlumatlar göndərilib və ünvanlılığın təmin edilməsi ilə bağlı aparılan tədbirlər nəticəsində cari ilin doqquz ayında ünvanlı sosial yardım təyin edilən ailələrin sayı əvvəlki illə müqayisədə 37.1 faiz azalıb. Bu, çox ciddi rəqəmdir.

Növbəti il üçün ünvanlı yardımın verilməsinə görə ehtiyac meyarının 10 faiz artırılaraq, 143 manat məbləğində proqnozlaşdırılması fonunda tələb olunan vəsaitdən 17 faiz az nəzərdə tutulması ünvanlı yardımın ünvanlılıq prinsipinin təmin edilməsi istiqamətində bu tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir.

Lakin bununla yanaşı, Hesablama Palatası ünvanlı yardımın təyin edilməsi ilə bağlı dünya təcrübəsinə əsaslanaraq, sistemdən kənarda qalan vətəndaşların da müraciətlərinin olacağını qeyd etmək istəyir. Sosial müdafiə xərcləri ilə aparılan tədbirlərə əsaslanaraq, I qrup əlillərin sayında artım templərini xüsusilə vurğulamaq istəyirəm.

Belə ki, qeyd olunan kontingentin sayı 1 yanvar 2018-ci illə müqayisədə 8.1 faiz artıb. Təkcə cari ildə yarım illik artım 9.1 faiz təşkil edib. Həm dövlət, həm də məcburi dövlət sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun hesabından əlilliyə görə müxtəlif ödənişlər alan vətəndaşların sayı müşahidə edilən artım tempinə əsaslanaraq, Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinə ciddi ehtiyac olduğunu qeyd edir”.

V.Gülməmmədov deyib ki, dövlət büdcə xərclərində nəzərdə tutulan Dövlət proqramları və tədbirlərin əksər hissəsi sosial sahəyə yönəldilib./oxu.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı artacaq?

    2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı ...

    28-11-2014, 00:35

  • 
  • Maliyyə Nazirliyi 2014-cü il büdcəsində xərclərin artımını İZAH ETDİ

    Maliyyə Nazirliyi 2014-cü il büdcəsində xərclərin ...

    22-11-2013, 18:42

  • 
  • Rövşən Ağayev: Zəngin Azərbaycan və yoxsul Gürcüstanda büdcə müzakirələri...

    Rövşən Ağayev: Zəngin Azərbaycan və yoxsul ...

    20-11-2017, 16:57

  • 
  • Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

    Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən ...

    12-11-2013, 13:32

  • 
  • Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən çıxırıq

    Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən ...

    12-11-2013, 13:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu