GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR

Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR

Tarix: 15-07-2020, 14:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 879
Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR


​ ​ ​​ Bugünlərdə Tovuz rayonu, Qovlar şəhər sakini Əhmədov Vaqif Qasım oğlunun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova ünvanladığı müraciətin bir surəti Gundemxeber.Az saytının redaksiyasına daxil olub.

Adı çəkilən şəxs ünvanladığı müraciətində qeyd edir:​ ​ “Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-cı il 2(102)-124 saylı qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsi həmin qərarı icra olunması üçün Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərir.​ Qeyd olunan qərarda “Həyətyanı torpaq sahəsinin boşaldılması və tikinti materiallarından təmizlənməsi” tələbi qoyulmuşdur.​ Tovuz rayon İcra və Probasiya şöbəsi isə, Tovuz RPŞ-nin rəisinə məktub ünvanlayır və məktubda qeyd olunur: “İcra sənədinin icrasını təmin etmək məqsədilə icra işi təyin edilmişdir. Qərarın icrası zamanı tərəflər arasında hansısa mübahisənin əmələ gəlməsi, yaxud da tərəflərdən kiminsə xəsarət alması və s. kimi halların baş verməsi ehtimal olunduğundan, icra zamanı Sizin əməkdaşların iştirak etməsinə göstəriş verməyinizı xahiş edirik”.​ Qərarı yerində icra etmək üçün üçüncü dəfə, yəni 23 avqust 2019-cu il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin iki icra məmuru və Tovuz RPŞ-i, Qovlar bölməsinin sahə müvəkkili Paşa Rzayev həmin torpaq sahəsində olsalar da, cavabdeh Abbasov Elfaq Bayram oğlu və onun qardaşı qeyd olunan torpaq sahəsini boşaldıb mənə təhvil vermədilər.​ Buna da əsas səbəb, sahə müvəkkili Paşa Rzayevlə aramızda əmələ gələn müəyyən söz-söhbətin varlığı oldu. Sahə müvəkkili Tovuz rayon İcra və Probasiya şöbəsinin Tovuz RPŞ-nin rəisinə ünvanladığı məktuba, Ali Məhkəmənin icra məmurlarında olan qərarına, bir sözlə icra sənədlərinin varlığına məhəl qoymadı və o, hansısa sənədləri ona təqdim etməyimi tələb etdi. Paşa Rzayevin belə bir əsassız tələbi qarşısında ona bildirdim ki, Ali Məhkəmənin qərarı və lazımi icra sənədləri icra məmurundadır.​ Sahə müvəkkili ilə aramızda əmələ gələn müəyyən mübahisədən sonra, ona​ Ali Məhkəmənin qərarını və DƏDRX-dən verilmiş sənədi təqdim etdim. Bundan sonra o, məndən qeyd olunan torpaq sahəsinin enini və uzununu ona göstərməyimi tələb etdi. Paşa Rzayevin belə bir əsassız tələbi qarşısında bildirdim ki, DƏDRX-nin əməkdaşları və icra məmurları bir neçə dəfə torpaq sahəsinin sərhədlərini müəyyən ediblər.​ Elə ki, sahə müvəkkili bu yöndə təkid etdi, o halda ona torpaq sahəsinin sərhədlərini tam dəqiqliklə göstərdim. Bu dəfə o, mənə torpaq sahəsinin artıq olduğunu, Qovlar bələdiyyəsinə aid bir neçə kv.m-lik torpaq sahəsini qanunsuz yollarla zəbt etdiyimi bildirdi və barəmdə cinayət işi açdıracağını deməklə mənə hədə-qorxu gəldi.

Düzdür, mən onun bir çür əsassız tələblərini yerinə yetirsəm də, son anda əsəblərimi cilovlaya bildim. Ən əsası, onun barəmdə cinayət işi açdıracağı ilə məni hədələməsi, sanki səbrimin sonu oldu. Sahə müvəkkili məni savadsız və qanunlardan məlumatı olmayan bir şəxs hesab edib, bu cür yanaşmasını ortaya qoyduqda, ona belə bir səlahiyyət sahibi olmadığını bildirdim. O halda​ o, daha da aqressivləşdi və üstümə qışqırıb “mən sənə kim olduğumu göstərəcəyəm” deməklə, bir daha məni əsəbiləşdirdi. Elə ki, Paşa Rzayevə sən heç nə edə bilməyəcəksən, çünki səlahiyət sahibi deyilsən dedikdə o, mənə qarşı daha da aqressivləşdi və “sənin ağzını da s..............” dedi. Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin müddəlarından xəbərsiz olan Paşa Rzayev, əslində daxili işlər orqanı əməkdaşlarına “üzqarası” olan polis əməkdaşıdır və bu cür əməl sahibi olan şəxslərə polis sıralarında yer olmamalıdır. Çünki,​ Azərbaycan Respublikası Daxili İşlər nazirinin 08 aprel 2005-ci il tarixli 130 №-li əmri əsasında təsdiq olunmuş daxili işlər orqanları əməkdaşlarının​ hər birinə şamil olunan etik davranış kodeksinin 1-ci maddəsində qeyd olunub:​ “Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır”.​ Bu belə olmalı olduğu halda, görəsən əynində polis mundiri gəzdirən Paşa Rzayevin atdığı addımlara nə ad vermək olar?​ ​ ​ ​ ​ ​ ​ ​ ​

​ ​ ​ ​Onu da qeyd edim ki, hadisənin iştirakçısı olan cavabdeh Elfaq Abbasov və onun qardaşı sahə müvəkkilinin bu cür davranışından ruhlanaraq mənə qarşı hücum edib bədən xəsarəti yetirdilər. Hal-hazırda 61 yaşım var və bu yaşımda hər iki qardaşa qarşı heç bir fiziki güc tətbiq edə bilməzdir. Sahə müvəkkili Paşa Rzayev ümumi vəziyyəti görsə də, o, bununla bağlı heç bir tədbir görmədi, ağızını açıb nəsə demədi, sanki yerində hərəkətsiz dayandı. Yaxşı ki, həmin vaxt orada iki nəfər icra məmuru var idi. Sanki onlar orada olmasaydılar, o halda ölüm hadisəsinin baş verməsi qaçılmaz olardı. Sahə müvəkkilinin üçüncü dəfə təqribən 15 dəqiqə ərzində davam edən əlbəyaxa dava-dalaşa heç bir reaksiya verməməsi, yəni kənarda dayanıb gülümsəməsi və s. sanki məndə iki haldan birinin həqiqət olması qənaətini formalaşdırdı.

1.​ ​ ​ ​ ​ ​ ​ Sahə müvəkkilinin cavabdehlərdən müəyyən məbləğdə rüşvət alıb onları müdafiə etməsi,

2.​ ​ ​ ​ ​ ​ ​ Sahə müvəkkilinin hədsiz dərəcədə sərxoş olması və belə bir səbəb üzündən də, onun bu cür hərəkətlərə​ qol qoyması

​ ​ ​ ​Digər tərəfdən onu da qeyd edim ki, sahə müvəkkili Paşa Rzayevin polis adına yaraşmayan, etik qaydalardan kənar söyüş sözləri söyməsi, hər iki haldan birinin düz olduğunu təsdiq etmiş olur. Bu məsələ haqqında hələ bir müddət bundan əvvəl mətbuat​ vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət ünvanlamışdım ki, Paşa Rzayev adlı polis əməkdaşının əməlləri ilə bağlı lazımi tədbirlər görülsün. Çox sağ olsunlar, həmin müraciətimdən bir qədər sonra sahə müvəkili lazımi cəzaya məhkum edildi.

​ ​ ​Onu da qeyd edim ki, cavabdeh Elfaq Abbasovun və onun qardaşının mənə qarşı atdıqları zorakı addımlarla bağlı 23 avqust 2019-cu il tarixdə saat​təqribən 16-17 radələrində DİN-nin 102 xidmətinə məlumat verdim və Tovuz RPŞ-nə isə, yazılı ərizə ilə müraciət etdim. Hətta, aldığım bədən xəsarətləri səbəbindən həkim müayinəsindən keçdim və işin araşdırması RPŞ-də polis kapitanı, təhqiqatçı Vüsal Məmmədova həvalə olundu.​ Hadisədən beş gün keçdikdən sonra hansısa maraq əsasında, yəni 27 avqust 2019-cu il tarixdə Elfaq Abbasovun mənə qarşı yazmış olduğu şikayət ərizəsi qeydə alınır və saxta yolla verilmiş həkim rəyində guya ki, onu döyüb bədən xəsarəti yetirdiyim də qeyd olunur. Onu da bildirim ki, bu şəxsin ərizəsini və həkim rəyini 23 avqust 2019-cu il tarixdə saxtakarlığa yol verməklə düzüb qoşurlar.

​ ​ ​ ​ 2019-cu ildə nə az nə çox, düz iki ay ərzində Tovuz RPŞ-nə gedib gəlməli oldum. Hər dəfə də müxtəlif bəhanələr gətirib vaxtı uzatdlar və “bu gün-sabah işi məhkəməyə göndərəcəyik” deyə cavab verirdilər. Sonuncu dəfə​ 2019-cu ilin noyabr ayının 19-da Tovuz RPŞ-də olarkən “işdə cinayət tərkibi olmadığıdan işə xitam verilmişdir və bu haqda​ ünvanına poçt vasitəsilə məktub göndərmişdir” dedilər.​ Bu dəfə də növbəti saxtakarlığa yol verilmişdir. Belə ki, ünvanıma poçt vasitəsilə heç bir məktub daxil olmamışdır. Başqa bir saxtakarlıq isə ondan ibarətdir ki, iş başlanır 23 avqust 2019-cu il tarixdə, yekunlaşır 23 sentyabr 2019-cu il tarixdə. İşin üç aydan sonra, yəni noyabr ayının əvvəllərində rədd edilməsinə baxmayaraq, tarixi məqsədli şəkildə əvvələ qeyd edirlər. Belə ki, işin 23 sentyabr 2019-cu il tarixdə yekunlaşdığı qeyd olunur. 19 noyabr 2019-cu il tarixdə​ vəkil orderi əsasında​ HK-1​ № 1945,1951 saylı ​ rədd edilmiş işin 70 səhifədən ibarət olan təsdiq olunmuş sürətini əldə edə bilmişəm. Qeyd olunan işin araşdırılması barədə aidiyyəti dövlət qurumlarına müraciət etmək qərarına gəlsəm də, koronovirus (COVİD-19) pandemiyasının varlığı səbəbindən, hələ həmin müraciətimi ünvanlamamışam.

​​ ​ ​ Bütün bunlar onu sübut edir ki, Tovuz RPŞ-nin fəaliyətsizliyi ucbatından Ali Məhkəmənin qərarı 2017-ci ildən bu günə kimi icra olunmur.

​ ​ ​Əsaslı məqam ondan ibarətdir ki, sonuncu dəfə​ 6 fevral 2020-ci il tarixdə Tovuz İcra və Probasiya şöbəsinin iki əməkdaşı, Tovuz Kadastr İdarəsinin bir əməkdaşı, Qovlar Polis Bölməsindən iki nəfər polisin iştirakı ilə Ali Məhkəmənin çıxarmış olduğu qərar əsasında, Abbasov Elfaq Bayram oğlu tərəfindən zəbt olunmuş torpaq sahəsi tikinti materiallarından təmizlənmiş və həmin şəxslərin iştirakı ilə akt tərtib olunaraq mənə təhvil verilmişdir.

​ ​ ​ ​ ​13 fevral 2020-ci il tarixdə qeyd olunan torpaq sahəsinə tikinti materialları apararkən Elfaq Abbasov və onun qohumları, hətta onlara yaxın olan bir neçə qadın hücum edib, bizi söyüş sözləri ilə təhqir etdilər və tikinti materiallarını torpaq sahəsinə boşaltmağımıza imkan vermədilər. Dərhal DİN-nin 102 xidmətinə bu haqda məlumat verdim və çox keçmədi ki, Qovlar Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəldilər. Bildirim ki, Elfaq Abbasov və onun qohumları üç saat müddətində polis əməkdaşlarını da qeyd olunan sahəyə buraxmadılar.​ Sözsüz ki, bu kimi oyunların arxasında Tovuz RİH Aparatında vəzifə daşıyan və cavabdeh Elfaq Abbasovla yaxın qohumluq münasibətində olan Sahib Əsgərovun daşıdığı vəzifəsindən sui-istifadə etməsi və xəlvəti yollarla polisə təzyiq göstərməsi durur. Bundan başqa, bu gün Sahib Əsgərov RİH-i başçısının “sağ əl”i hesab olunduğundan o, adı çəkilən qurumun hüqüqşünası Svetlana xanımdan tələb edir ki, bacısı qızının həyat yoldaşı olan Elfaqa Abbasova köməklik etsin. Yəni, hansı yolla olur-olsun həmin torpaq sahəsinin boşaldılmasına imkan verməsin. Svetlana xanım da Şəmkir rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan Xalidə adlı xanımdan xahiş edir və ona bildirir ki, “bu məsələdə Elfaq Abbasovgilə kömək et”. Düzdür, bu xanım onlara köməklik edəcəyi yöndə vəd verir.

​ ​ ​​ Son olaraq onu qeyd edim ki, baş verən belə bir olaylarla bağlı 12​may 2020-ci il tarixdə Tovuz RPŞ-nin rəisi cənab Şirzad Əsgərova rəsmi qaydada məktub ünvanladım və problemin ədalətli həlli naminə ondan köməklik istədim. Düzdür, işin araşdırılması ​ təhqiqatçı Sərxan Əliyevə həvalə olunmuşdur. Bu gün iyul ayının birinci ongünlüyü keçsə də, ərizə verdiyim vaxtdan 55 gün ötməsinə baxmayaraq, hələ də bu məsələ ilə bağlı heç bir tədbir görülməyib.​ Tovuz RPŞ-nin təhqiqatçısı Sərxan Əliyevə zəng edib​ işin gedişatı ilə maraqlanda, o, telefon zənglərimə cavab verib bu yöndə mənimlə xeyli söhbətlər etsə də, hər dəfə müxtəlif bəhanələr danışır və​ vaxtı uzatmağa çalışır.

Tovuz RPŞ-nin təhqiqatçìsì Sərxan Əliyevin bu işlə bağlı qol qoyduğu saxtakarlığı qeyd edirəm.​ Belə ki, onunla sonuncu telefon danışìğım 06 iyul 2020-ci il tarixdə olub. Ona ərizəmə nə üçùn baxılmır, nə ùçün mənə cavab verilmir deyə sula etdikdə, o, cavabdeh Elfaq Abbasovun ​ və onun vəkili Xalidə xanımın Gəncə İnzibati Məhkəməsində iddia qaldırdıqlarını, Ali Məhkəmənin 07 mart 2017-ci il tarixli qərarını ləğv etdirəcəklərini bildirmişdi. Ona görə də Gəncə İnzibati Məhkəmənin qərarını gözləyəcəyini və bu səbəbdən də, ərizəmə cavab verilmədiyini bildirdi. Mən ona Ali Məhkəmənin qùvvəyə minmiş qərarını heç bir məhkəmənin ləğv etmək səlahiyyətinin olmadığını bildirdim. Onu da qeyd etdim ki, Tovuz İcra və Probasiya şöbəsi məhkəmə qərarını icra edib. Mən Sərxan Əliyevə vəzifə səlahiyətlərini yerinə yetirmədiyini, qanunları bilmədiyini, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsini və Müraciətlərə Baxılması Haqqında Qanunun müddəalarını pozduğu ùçün şikayət edəcəyimi bildirib telefonumu söndürdüm. Bundan sonra o, təşvişə düşür və təcili əvvəlki tarixə 27 may 2020-ci ilə 849 saylı məktub hazırlayaraq, həmin məktubu 06 iyul 2020-ci il tarixdə poçt vasitəsi ilə ùnvanıma göndərir.​ Məktubun üstùndə poçtun 06 iyul 2020-ci il tarixə vurulmuş möhùrùnü və 27 may 2020-ci il tarixli 849 saylı məktubu sizlərə təqdim edirəm.

Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR

Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR


Bu da onun növbəti saxtakarlığının daha bir sübutudur. Onu da qeyd edim ki, bu cür prosedur Tovuz RPŞ-nin həmişə istifadə etdiyi metoddur. Yəni, onlar istədikləri işi öz maraqları çərçivəsində istədikləri tarixdə qeydiyatdan keçirirlər.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuzda polis əməkdaşı qanunu deyil, qanunsuzluğu müdafiə edib –ŞOK OLAY

    Tovuzda polis əməkdaşı qanunu deyil, qanunsuzluğu ...

    27-08-2019, 18:01

  • 
  • Tovuz rayonunun icra başçısı dəyişib

    Tovuz rayonunun icra başçısı dəyişib ...

    7-06-2018, 15:45

  • 
  • TOVUZ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISINA BİRİNCİ MÜAVİN TƏYİN EDİLİB

    TOVUZ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISINA BİRİNCİ ...

    28-08-2018, 20:35

  • 
  • Tovuz icra hakimiyyətinin "kərbəlayi sevgisi"... - FOTO

    Tovuz icra hakimiyyətinin "kərbəlayi ...

    11-12-2018, 12:48

  • 
  • Qovlar şəhər sakinlərindən Prezidentə müraciət-VİDEO

    Qovlar şəhər sakinlərindən Prezidentə ...

    9-01-2020, 15:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu