GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zaur Hüseynovun metro əməliyyatları - İTTİHAM

Zaur Hüseynovun metro əməliyyatları - İTTİHAM

Tarix: 16-07-2020, 15:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 323
Zaur Hüseynovun metro əməliyyatları - İTTİHAM


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dövlət büdcəsindən ən çox maliyyə ayrılan qurumlardandır. Qurumun maddi-texniki bazasının yenilənməsi, müsairləşdirilməsi üçün ayrılan vəsaitlərin həcmi hər il artmasına baxmayaraq, vətəndaşlara göstərilən xidmətin keyfiyyəti azalmağa doğru gedir.

GundemXeber.Az cümhuriyyət.az-a istinadla bildirir ki, qatarların intervallarının çox olması və yay aylarında havalandırma sisteminin çalışmaması vətəndaşların narahatlığını və narazılığını yaratmaqla yanaşı, eyni zamanda ölkəyə gələn turistlərdə də xoş ovqat yaratmır.

İşdən çıxarılan kadrlar – Tikintisi gecikən yeni stansiyalar

Müşahidələrinə onu göstərir ki, “Bakı Metropoliteni” QSC-nin fəaliyyətində yaranan problemlərin əsas səbəbi son illər burada çalışan kadrların işdən kütləvi çıxarılmasıdır. Cumhuriyyət.az bildirir ki, bir müddət öncə Metropolitenin Tikinti Departamentinin İstehsalat Texniki Şöbəsində aparıcı texnoloqu, “Bakı Metropoliteni” QSC-də uzunmüddətli və səmərəli fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Kamal Cəfərov Prezidet İlham Əliyevə qurumda baş verən dəhşətli korrupsiya faktından yazırdı:

”Sizin Sərəncamınızla təsdiq olunmuş Konseptual İnkişaf Sxeminə uyğun olaraq Bakı Metropolitenin stansiyaların sayı 76-ya çatdırılmalı, yeraltı xətlərin (tunellərin) uzunluğu 119 kilometrə çatdırılmalıdır. Bu isə o deməkdir ki, 51 yeni metro stansiyası, 6 elektrik deposu inşa edilməli və 84 km yeraltı xətlər çəkilməlidir. Bu sahədə Dövlət proqramının icrası sual altındadır. Bu yaxınlarda Hesablama Palatasının apardığı yoxlama müəyyən edib ki, metropolitenin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19-u üzrə işlə r başa çatdırılmayıb. Statistik dildə desək, həmin tədbirlərin 79.2%-nin icrası təmin edilməyib, yalnız -20,8% yerinə yetirilib.

Başqa bir faktı da cümhuriyyət.az olaraq diqqətinizə çatdırırıq: Metropolitendə demək olar ki, bir-birini əvəz edən iki qurum fəaliyyət göstərir: biri, “Yol xidməti” , digəri isə “Dəmir yollarının Tikintisi və Əsaslı təmiri üzrə dəstə”. Bir təşkilatda eyni işlə məşğul olan iki quruma nə ehtiyac var? Yəni büdcə vəsaitimiz o qədər çoxdur? Hesablama Palatası da bu məsələdən yan keçib. Gərək onlara müraciət edək ki, bu məsələyə aydınlıq gətirsinlər.

Əlavə olaraq bildirirəm ki, Sizin metropolitenin inkişafı barədə tapşırığınız var: “Hər il bir stansiya və ya hər iki ildən bir iki stansiya istismara buraxmaq”. İndi real vəziyyətə nəzər salaq: 2017-ci ildə istismara stansiya verilməyib. İndi 2018-ci ilin axırıdır və bu il də istismara stansiya verilməyəcək. Metropoliten rəsmisi mətbuata açıqlamasında bildirdi ki, şərti adı “B03” olan stansiya, ya 2019-cu ilin sonunda, ya da ki, 2020-ci ilin əvvəllərində istismara veriləcək.

Yuxarıda göstərilənləri əsas götürsək məlum olar ki, Zaur Hüseynovun rəhbərlik etdiyi qurum hər 3-4 ildə bir stansiya tikib istismara buraxa bilir. Əgər, qurum bu templə işə davam edərsə, yaxşı halda bu 51 stansiyanı 153 ilə (51×3 il), başqa halda isə 204 ilə (51 x 4il) tikib istismara verə bilər. Təsdiq olunmuş Proqram isə bu işlərin 20 ilə icrasını tələb edir. Göstərilənlərdən əlavə olaraq umhuriyyet.az bildirir ki, mənimlə “İşəgötürən” arasında bağlanmış 18 iyul 2014-cü il tarixli Əmək müqaviləsində (surəti əlavə olunur) -4.2, 4.30 və 4.6 bəndləri mütəmadi olaraq “İşəgötürən” tərərfindən pozulur və yerinə yetirilmir.

Tikinti Departamentinin işçiləri büdcədən maliyyələşmir, qurum adından da göründüyü kimi tikinti-quraşdırma işləri yerinə yetirir və yerinə yetirilmiş işlərə görə 2№-li formalar tərtib edir (2№-li formanın nümunəsi əlavə olunur) və həmin formada əmək haqqı fondu formalaşır və biz həmin vəsaitdən əmək haqqı alarıq. Qanunla təsərrüfat hesablı qurumlarda çalışmanın yaş həddi müəyyən olunmamışdır və mənim bu maddə ilə işdən azad edilməyim mövcud qanunvericiliyə ziddir. Metropolitenin istismar sahələrinin işçiləri isə birbaşa dövlət büdcəsindən maliyyələşirlər”-deyə, Kamal Cəfərov dövlət başçısına yazdığı şikayət məktubunda qeyd edirdi.

Hesablama Palatası korrupsiyanı aşkara çıxardı

“Bakı Metropoliteni” QSC-də baş verənlər Kamal Cəfərovun dövlət başçısına ünvanladığı şikayət məktubunda qeyd olunanlarla yekunlaşmır. Hesablama Palatasının 2016-ci ildə “Bakı Metropoliteni” QSC-də apardığı auidit yoxlamaları burada baş verənlərin daha bıabırçı vəziyyətdə olduğunu aşkara çıxarırdı.

Belə ki, Hesablama Palatasının bu açıqlamasında vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclərin, o cümlədən fəaliyyətin zərərlə nəticələndiyi şəraitdə əmək haqqına aylıq əlavələrdən başqa əməyin səmərəliliyinin artırılmasının stimullaşdırılması xərclərinin və dövlət sosial müdafiə fonduna ayırmaların, qeyri-kommersiya təyinatlı obyektlərin saxlanması və sair xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərildi deyilirdi.

Hesablama Palatası daha sonra açıqladığı hesabatda metropolitendə baş verən korrupsiya faktını aşkara çıxarmışdı. Belə ki. qurumun hesabatında metro tikintisi üzrə bəzi işlərin təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirildiyi, metro tikintisi işləri çərçivəsində podrat üsulu ilə tikinti işləri üzrə artım əmsalının və müqavilə qiymətinin müvafiq qaydada müəyyən edilməyərək podratçı və sifarişçi arasında sənədləşdirilməsi, bəzi obyektlərin layihə və smeta sənədlərinin ekspertizadan keçirilməməsi, layihə smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verildiyi qeyd olunur, avadanlıqların bir qayda olaraq alındığı ildə deyil növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmaması vurğulanırdı.

Hesablama Palatası metropolitenlə bağlı hesabatında maliyyə fırıldağının da üstünü açmışdı. Belə ki, Palata sözügedən hesabatında qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6,0 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülmüş, müvafiq təyinatlar üzrə isə icra olunmamış və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirildiyini qeyd edirdi.

Sədrin oğlunun şirkətləri metropolitenlə əməkdaşlıq edir?

Ötən il Meydan.tv saytı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun oğlu barədə ilginc məlumat yaymışdı: ““Baku Oxford School”da orta məktəbi 2008-ci ildə başa vuran Həbib Britaniyaya gedib. Linkedin sosial platformasında o, Şotlandiyada əlavə orta təhsil (Gordonstoun School) aldıqdan sonda Edinburq Universitetinə daxil olduğunu xronikasına yazır. 22 yaşında Heriot-Vatt Universitetini neft mühəndisi ixtisası üzrə bitirib magistr diplomu ilə Bakıya qayıdıb. Hesablamalara görə, onun bu illər ərzində təkcə təhsil müəssisələrinə ödənilməli olan xərcləri 148.200 ABŞ dolları (indiki məzənnə ilə 252.000 manat) və 112.500 funt (indiki məzənnə ilə 239.000 manat) təşkil edib. Təhsil xərclərini qarşılayan atası Zaur Hüseynov həmin illərdə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini işləyirdi. 2014-cü ilin fevralında Bakı Metropoliteninə yeni rəhbər gətiriləndən az keçmiş oğlu Həbib Britaniyada ali təhsilini tamamlayır, amma bu ölkə ilə əlaqələrini birdəfəlik kəsmir.

2014-cü ildə Həbib BP-nin Xəzər dənizində istismar etdiyi neft yatağında bir il təcrübə keçir. Dövlət Təhlükəsizlik Xidmətində bir il işləyəndən sonra yenidən BP-yə qayıdır. Elə burada işləyə-işləyə Plimut şəhərində (İngiltərə) “Pinnacle West Limited” şirkətini alır. Qısa müddətdə onu inkişaf etməkdə olan daşınmaz əmlak şirkətinə çevirir.

“Pinnacle West Limited” şirkəti iyun ayında növbəti maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, onun daşınmaz əmlaka yatırımları bu ilin fevral ayının sonuna 3 milyon 255 min funt təşkil edir. Bundan əlavə, şirkətin 1,5 milyon funtdan çox digər aktivləri (davam edən inşaat işləri və s.) də var. Hesabatlarda bu pulların mənbəyinin bank krediti deyil, “digər borc” olduğu göstərilir. Amma borcu bu gəncə kimin və hansı şərtlərlə verdiyi hesabatda əks olunmayıb. Təkcə son bir il ərzində Həbib Hüseynzadənin şirkəti 3,5 milyon funt məbləğində ortamüddətli borc götürüb.

“Pinnacle West Limited” şirkəti tikinti ilə məşğuldur və Callington əyalətinin (İngiltərənin cənub-qərbi) kəndlərindən birində ikimərtəbəli yaşayış evi inşa edib.

Şirkəti 2016-cı ilin fevralında Azərbaycanla sıx biznes təmasları olan Morqan Filips 50 funt məbləğində kapitalla təsis edib. Həmin ilin oktyabrında şirkətə nəzarət Həbib Hüseynzadəyə keçib. “Pinnacle West Limited” şirkətinin qeydiyyat ünvanı Plimut şəhərində Houndiscombe küçəsi, 6 nömrəli evdir. Bura hüquqi yardım xidmətləri göstərən şirkətlərdən birinin baş ofisidir. Həbib Hüseynzadənin şirkətinin faktiki ünvanı isə Morqan Filipsin çoxsaylı şirkətlərindən birinə məxsus Plimutdakı Embankment küçəsindəki mülkdür. M.Filipsin “Guardian Industrial (UK) Limited” şirkəti 2016-cı ildə “Azərişıq” QSC-yə 4 647 176 manat 52 qəpik dəyərində 1 fazlı və 3 fazı elektron sayğaclar satıb. Sayğacların alınması tender yolu ilə olsa da, onların sayı ictimaiyyətə açıqlanmayıb. Bu tenderin qalibi “Guardian Industrial (UK) Limited” və onun Azərbaycandakı törəməsi olan “Abşeron Engineering” MMC ortaqlığı olub. Amma onların heç biri istehsalçı deyil. “Guardian Industrial (UK) Limited” şirkəti Azərbaycana satdığı elektrik sayğaclarını bu ölkənin “Landis+Gyr” şirkətindən tədarük etdiyini bildirir. Bu şirkət elektrik enerjisi sayğacları ilə yanaşı, təbii qaz və su sərfiyyatını ölçmə cihazlarının istehsalçısıdır.

2008-ci ilin iyul ayında Bakıda yaradılan “Abşeron Engineering” MMC-nin direktoru Morqan Filips, təsisçisi isə onun həyat yoldaşı, Rusiya vətəndaşı Mayina (Emirxanova) Filipsdir. Bu ailə Azərbaycanda biznesə 2004-cü ildə başlayıb və burada daha bir neçə şirkəti (“Guardian İndustrial Azərbaycan” MMC, “Kaspi LM” MMC, “LMP İnternational” MMC, “QBS Qafqaz Bizness Servisləri” MMC və “BBX Beynəlxalq Bizness Xidmətləri” MMC) var. “Abşeron Engineering” MMC-nin korporativ internet saytında şirkətin Azərbaycandakı digər biznes qurumları ilə bərabər, “Azərişıq” ASC və “Bakı Metropoliten” QSC ilə də əməkdaşlıq etdiyi göstərilir. Metropoliten bu şirkətdən kommersiya və layihə idarəetmə xidmətləri əldə edib. Amma dövlət satınalmaları portalında bunu təsdiq edən məlumat yoxdur.

Beləliklə, Britaniyada biznesini qurarkən Həbib Hüseynzadənin digərinə deyil, məhz Morqan Filipsə müraciət etməsinin səbəbləri aydın olur. Qeyd edək ki, Morqan Filips hələ də “Pinnacle West Limited” şirkətinin direktorlarından biridir və onu Həbib Hüseynzadə ilə birlikdə idarə edir.

Amma Həbib M.Filipsin biznesə dəstək verdikləri Azərbaycan vətəndaşlarının yalnız biridir. Rüfət Qasımov “Sun Property Development Limited” şirkətini, Ər Toğrul Musayev isə “RS Twenty 2 Limited” şirkətini Morqan Filipsin iştirakı ilə qurublar.

Həbib Hüseynzadənin özəl biznesdə iştirakının çevrəsi Britaniya suları ilə məhdudlaşmır, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri) sahillərinədək gedib çıxır. O, burada neft və qaz investisiyalarının rəqəmsal aktivlərə çevrilməsi məqsədilə yaradılan “Permian Holding SPV Ltd” şirkətinin müstəqil direktorudur. Bu şirkət Şərqi Texasda (ABŞ) kəşfiyyat və hasilatla məşğul olan bir Kanada şirkətində ümumi paya sahibdir.

Həbib həm də avtomobil həvəskarıdır. O, hər ikisi “090” nömrəsi daşıyan “Chevrolet Camry” və “Audi S7” minik avtomobillərinə sahibdir.

Bir çox ekspertlər dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin ailə üzvlərinin rəsmi gəlirlərindən qat-qat artıq məbləğlərlə ifadə oluna bilən həyat tərzi keçirməsini yaşamasını 2005-ci ildə qüvvəyə minən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qanunun işləməməsi ilə izah edirlər. Bu qanun dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərlərinə, yəni həm də “Bakı Metropoliteni” QSC-nin İH sədrinə də şamil olunur. Qanunun işləməsini əngəlləyən Nazirlər Kabinetinin məmurların təqdim etməli olduqları bəyannamənin formasını hələ də təsdiq etməməsidir”.

O zaman yazılanlara nə Zaur Hüseynov, nə də “Bakı Metropoliteni” QSC açıqlama verməyib.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşdən çıxarılan Tağı Əhmədov danışdı

    İşdən çıxarılan Tağı Əhmədov danışdı ...

    27-02-2014, 16:36

  • 
  • Metronun yeni rəhbəri iş başında

    Metronun yeni rəhbəri iş başında ...

    3-03-2014, 15:41

  • 
  • Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı Əhmədovun köməkçisi və digər adamları “vuruldu”

    Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı ...

    9-03-2014, 14:23

  • 
  • “Bakı Metropoliteni”nə sədr müavinləri təyin olunub

    “Bakı Metropoliteni”nə sədr müavinləri təyin ...

    24-07-2014, 17:10

  • 
  • Bakı Metrosunun baş mühəndisi işdən çıxarıldı -Özəl

    Bakı Metrosunun baş mühəndisi işdən çıxarıldı ...

    3-09-2014, 12:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (521)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu