Bakı Metropolitenin keçmiş rəisi: “İndi vaxtım yoxdur, işim başımdan aşır, telefonla danışmağa vaxtım yoxdur”
Azərbaycan Bu gün Bakı Metropolitenin rəisi vəzifəsindən azad olunan Tağı Əhmədov ilk açıqlamasını verib. O, prezidentin qərarına hörmətlə yanaşıb.
“Bundan sonra harada işləyəcəksiniz” sualını cavablandıran T.Əhmədov belə deyib: “Cənab İlham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam”.
T.Əhmədov əlavə suallara cavab vermək istəməyib: “İndi vaxtım yoxdur, işim başımdan aşır, telefonla danışmağa vaxtım yoxdur”.
Qeyd edək ki, prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamqa qeyd edilib ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Sorğu
Yeni dizaynımız necədir?