GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuz səhiyyəsində özbaşınalıq davam edir - NARAZILIQ...

Tovuz səhiyyəsində özbaşınalıq davam edir - NARAZILIQ...

Tarix: 17-07-2020, 14:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 579
Tovuz səhiyyəsində özbaşınalıq davam edir - NARAZILIQ...


Tovuzun Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qovlar Şəhər Xəstəxanasında yerləşən bölməsinin 17 nəfərdən ibarət tibbi və qeyri-tibbi işçisinin həyatı təhlükədədir. Dediklərinə görə, mövcud pandemiya dönəmində çağırışlara xüsusi qoruyucu geyimlərlə təchiz olunmadan gedirlər. Gundemxeber.Az-ın DİA.AZ-a istinadən məlumatına görə, işlərini itirməmək üçün adlarının açıqlanmasını istəməyən tibb işçiləri bildiriblər ki, mümkün yeni növ koronavirusla təmas halında əliyalın - maskasız, əlcəksiz dayanıblar.

Tibb işçilərindən biri deyib ki, çağırışa gedən zaman əksər hallarda xəstələrdə yüksək hərarət müşahidə olunur. Xəstənin hərarəti yüksək olanda onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasındakı xüsusi briqadaya zəng edirlər, gəlib yaxma götürülür: “Sonradan analizin cavabı çıxır ki, xəstə COVİD-19 virusuna yoluxub. Bu neçə ay ərzində bir dəfə də olsun bizi tibbi müayinədən keçirməyiblər. Heç bir qoruyucu vasitələrlə təmin olunmamışıq. Həyatımızı riskə atırıq, sonra bu minvalla evə gəlirik, ailəmizə - övladlarımıza xəstəlik sala bilərik. Prezidentimiz tibb işçilərinə görə əməkhaqqının müəyyən mislinin verilməsinə görə sərəncam imzalayıb. Biz indiyədək həmin pulun bir manatını da görməmişik. Halbuki, xəstəni biz aşkar edirik, sonradan briqada xüsusi geyimlərdə gəlir, yaxma götürür”.

Tibb işçisi bildirir ki, məsələ ilə bağlı Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun qəbulunda olaraq problemlərini deyiblər: “Baş həkimin cavabı bu oldu ki, pandemiya ilə mücadilədə iştirak etməmisiniz, sizə pul düşmür. Neçə olur ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavininə, yaxud Təcili Tibbi Yardım Stansiyasının baş həkiminə kompensasiya yazılır, amma biz yazıq həkimlər canımızı təhlükəyə atırıq, bizə pul düşmür? Paşa Muradovun xətri kimi istəyirsə, sənədi uyğunlaşdırıb, kompensasiyanı ona yazırlar. Biz isə təhqir olunuruq, aşağılayıcı sözlər eşidirk. Baş həkim olanda insanların təhqir etmək olar? Mən bir neçə xəstə ilə təmasda olmuşam. Sonradan onların test nəticəsi pozitiv çıxıb. Heç mənimlə maraqlanmayıblar ki, bu yazıq həkim xəstə ilə təmasda olmuşdu, görəsən, vəziyyəti necədir? Belə haqsızlıq olmaz. Mən Təcili Tibbi Yardım həkimiyəm, qızdırması olan xəstə məni çağırır. Nə deyim, deyim ki, getmirəm?”

Tibb işçisinin sözlərinə görə, ümumilikdə rayon üzrə həkim çatışmazlığı var. Əksər xəstəxanalarda isə vəziyyət acınacaqlıdır: “Biz Qovlar Şəhər Xəstəxanasının iki otağında yerləşdirilmişik. Köhnə binadır, müxtəlif böcək, həşaratlar olur. Otaqları özümüz dərmanlayırıq. Tabeliyimizdə 18 kənd var. Cəmi dörd həkim bir gündən bir işə çıxır. Hər növbədə bir həkim, bəzi hallarda iki-üç tibb bacısı olur. Çağırışa gedirik, xəstəxana boş qalır. Həmin vaxt tibbi yardım üçün gələn xəstə burada heç kimi tapmır. Çağırışdan qayıdıb gələndə az qala bizi döyürlər ki, harada qalmısan, ölmüsən? Ya da bizi təhqir edirlər. Dərdimizi deyə bilmirik, susuruq. Yaxud olur ki, çağırışa gedirik, ikinci xəstənin üstünə çağırırlar. Həkimlər bir yandan ölüb gedir. Bir azdan iynə vuran da tapılmayacaq”.

“Hamı bilir ki, ön sırada, risk altında olanlar məhz Təcili Tibbi Yardımın işçiləridir. Üstünə getdiyimiz xəstələrin çoxunun test cavabı müsbət çıxıb. Həyatımız çox böyük risk altındadır. Paşa Muradova müraciət etdik, dedi ki, siz pandemiya ilə mübarizədə iştirak etmirsiniz. Maskanı özümüz aptekdən pulla alırıq. Əlcəyi gah tapırıq, gah da yox. Xəstələrin çağırışına adi maskayla gedirik, başqa heç bir qorunma vasitəmiz yoxdur. Xüsusi qoruyucu geyimimiz yoxdur. Spirtlənirik, vəssalam. Gecəyarısı qızdırmalı xəstə gəlir. Mən ona necə deyim ki, xəstəxanaya gəlmə?” – bunu stansiyanın başqa bir tibb işçisi deyir.

Digər tibb işçisi isə söyləyir ki, məsələ ilə bağlı öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıblar: “TƏBİB-ə zəng etdik, dedilər ki, Agentliklə əlaqə saxlayın. Agentlikdən isə bildirdilər ki, COVİD xəstələri ilə təmasda olan həkimlərin siyahısını rayonlar üzrə yerli tibb müəssisələri müəyyən edir. Bizi göndərdilər Paşa Muradovun üstünə. Paşa Muradov da dedi ki, sizə pul düşmür. Haqqımızı sübut edə bilmirik. Deyirik ki, sərəncamda bir müddəa, bənd göstərin ki, orada yazılmış olsun ki, COVİD-19-a görə ayrılan pul həqiqətən yaxmada iştirak edən, pandemiyalı xəstələri daşıyan briqadalara şamil olunur. Prezident qərar verib ki, bu pul ümumən Təcili və Təxirəsalınmaz Tibbi Yardıma ayrılsın. Çünki Prezident bilir ki, tibbi yardım əməkdaşlarının hər bir üzvü risk altındadır. Dövlət də buna görə pul ayırıb ki, risk altında olan bu tibb işçiləri fərqləndirilsin. Bizdə isə tərsinədir. Deyirlər ki, kim yaxmaya gedirsə, pul ancaq ona düşür. Ümid edirik ki, bu müraciətimizi Prezident, Birinci vitse-prezident oxuyacaq. Oxuyub, həmin adamdan soruşsunlar ki, bu həkimlərin haqlarını niyə tapdalayırsan?”

Tibb işçisi digər vacib problemlərə də toxunub. Bildirib ki, son dörd aya qədər onlara ayrılması nəzərdə tutulan tibbi ləvazimat, eyni zamanda dərman preparatları ilə təmin olunmayıblar: “Bizə COVİD-19 pandemiyası başlayandan sonra iynə-dərman verməyə başlayıblar. On ildir ki, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işləyirəm. Bu on ildə ilk dəfə işə başlayanda bizə xalat verilib. Bununla da məsələ qurtarıb. Hələ də həmin xalatlardayıq. Halbuki, ildə iki dəfə dəyişməlidir. Buna görə pul ayrılır. Maşınlar da çox pis vəziyyətdədir. Biri köhnə “Qazel”dir. Biri köhnə “UAZ”-dır, üstündə yazısı və sirenası yoxdur. İçində də bir köhnə xərəkdir. Bircə təcili tibbi yardım maşınımız var. Onu da Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə şərikli işlədirik.“UAZ”la çağırışa gedəndə yolda qalırıq. Maşın köhnədir, “yatır”. Təsəvvür edin, biz həkim, tibb bacıları maşından enib, onu itələyirik ki, işə düşsün”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Nə əlcək verirlər, nə maska..." - Tövuz səhiyyəsində BİABIRÇI MƏNZƏRƏ

    "Nə əlcək verirlər, nə maska..." - ...

    9-07-2020, 11:26

  • 
  • Tovuz xəstəxanasında həkim və tibb bacısı döyüldü

    Tovuz xəstəxanasında həkim və tibb bacısı döyüldü ...

    25-06-2017, 16:06

  • 
  • Kliniki Tibbi Mərkəzin reanimatoluqu koronavirusa yoluxub - FOTO

    Kliniki Tibbi Mərkəzin reanimatoluqu koronavirusa ...

    10-07-2020, 14:09

  • 
  • Bakıda çağırışa gedən təcilli yardım həkimi döyüldü

    Bakıda çağırışa gedən təcilli yardım həkimi ...

    18-08-2017, 17:32

  • 
  • Bakıda təcili tibbi yardım maşınları niyə gecikir? — Rəsmi cavab

    Bakıda təcili tibbi yardım maşınları niyə ...

    18-08-2017, 12:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu