Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan dializ xəstələri dünən xəstəxana binasının yaxınlığında toplaşaraq etiraz ediblər. Gundemxeber.Az DİA.AZ-a istinadən bildirir ki, onlara bir həftə bundan əvvəl xəbər çatıb ki, xəstəxanın hemodializ şöbəsi koronaviruslu dializ xəstələri üçün ayrılır. Hazırda burada müalicə alanlar da ayrı-ayrı yerlərdəki xəstəxanalara bölüşdürüləcək.
Dializ xəstələri başqa xəstəxanaya köçmək istəmir. Çünkü, onlar digər yerlərdəki şəraitlə tanışdırlar. Az-çox burada özlərini təhlükəsiz hiss edirlər.
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru Musa Abbasov bu vəzifəyə cari ilin aprel ayında TƏBİB tərəfindən təyin olunub. O, xəstələrin toplaşmasından bir qədər sonra onları qəbul edirb. Qəbula gedən vətəndaşlar isə içəridən bikef çıxıblar.
Fariz Babayev Səhiyyə Nazirliyinin baş nefroloqudur. Xəstəxananın direktoru xəstələrə məsələni onunla müzakirə etməli olduqlarını deyib. Bir sıra dövlət qurumlarına müraciət edən dializ xəstələri, hazırda baş nefroloqla görüşəcəkləri günü gözləyirlər.
Sorğu
Yeni dizaynımız necədir?