GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » TƏBİB və işçi qrupunun rəhbəri arasında bu dəfə də yer qalmaqalı: - Xəstəxanalar dolub, ya yox?

TƏBİB və işçi qrupunun rəhbəri arasında bu dəfə də yer qalmaqalı: - Xəstəxanalar dolub, ya yox?

Tarix: 18-06-2020, 16:17 Bölmə :Cəmiyyət Baxış: 411
TƏBİB və işçi qrupunun rəhbəri arasında bu dəfə də yer qalmaqalı: - Xəstəxanalar dolub, ya yox?


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev koronoviruslu xəstələrin müalicə aldığı xəstəxanalarda yer qıtlığının olduğunu açıqlayıb.

TƏBİB rəsmisi artıq xəstəxanalarda yerlərin dolduğunu və bu baxımdan xəstələrin ağırlıq dərəcəsinə görə müalicə ediləcəyini bildirib:

“Artıq xəstəxanalarda yer dolub. Biz dəfələrlə mətbuata açıqlayırdıq ki, əgər yoluxma sayı nəzarətimizdən çıxarsa, yəqin ki, xəstəxanaya ehtiyacı olan insanların sayı da artacaq. Bu baxımdan, hazırda yer qıtlığı yaşayırıq. Ona görə də biz yüngül və orta xəstələri ağırlıq dərəcəsinə görə bölüb yüngül xəstələri evdə, ağır xəstələri isə xəstəxanada müalicə edəcəyik. Hazırda yer qıtlığı yaşayırıq. Sağalıb evə gedən xəstə sayı daha azdır, nəinki yeni yoluxan xəstə sayı... Tutaq ki, günə 100 xəstə sağalıb evinə gedir. Amma yeni yoluxma halları 300-ün üzərindədir. Bu zaman, təbii ki, biz xəstəxanalarda yer sayı problemi yaşayacağıq”.

TƏBİB də koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən xəstəxanaların siyahısını açıqlayaraq, xəstəxana və yer sarıdan çətinlik çəkmədiklərini bildirib.

Bir qurumda iki fərqli mövqenin sərgilənməsi isə ictimaiyyətdə çaşqınlıq yaradıb.

Cebhe.info məsələni yenidən TƏBİB-lə dəqiqləşdirib. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva saytımıza açıqlamasında koronaviruslu xəstələr üçün ayrılmış xəstəxanalarda yerlərin dolmadığını deyib:

“Xəstəxanalarda yerlər dolmayıb. Xəstələr test nəticəsi pozitiv təsdiqləndikdən sonra, həkimlərin verdiyi qərara əsasən, növbəlilik prinsipi ilə ağırlıq dərəcələrinə uyğun xəstəxanalara yerləşdirilir. Eyni zamanda, test nəticəsi neqativ olan və ya test nəticəsi hələ məlum olmayan, lakin klinikası COVID-19 olan şəxslər şübhəli kimi xüsusi rejimli xəstəxanalara yerləşdirilərək müalicəyə başlanılır. Bildiyiniz kimi, artıq modul tipli xəstəxana fəaliyyətə başlayıb, eyni zamanda daha 10 xəstəxana xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərəcək. TƏBİB-in rəsmi mövqeyini sizə bildirdim”.

Xatırladaq ki, bir müddət əvvəl də oxşar situasiya yaşanmışdı. Vasif Əliyevin yayda xaricə gedən azərbaycanlıların qayıtdıqdan sonra karantində saxlanılması ilə bağlı verdiyi açıqlama ictimaiyyətdə ciddi müzakirələrə yol açmışdı. O, Azərbaycanda iyun ayından etibarən bu məsələnin müzakirə mövzusuna çevriləcəyini demişdi: “İlk növbədə vətəndaşların gedəcəyi ölkədə pandemiyanın vəziyyəti nəzərə alınacaq. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan, turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir”.

O zaman da Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında məsələ ilə bağlı fərqli mövqe sərgiləyərək Vasif Əliyevin TƏBİB rəsmisi olmadığını əsas gətirmişdi:

“Əvvəlcə onu xatırladım ki, Vasif Əliyev TƏBİB-in rəsmisi deyil. Yəni rəsmi olaraq bizim işçimiz deyil. Sadəcə, İşçi Qrupunun rəhbəridir. Necə ki, hər hansı qurumun yanında ictimai şura var, o da İnfeksion Xəstəliklər üzrə İşçi Qrupunun rəhbəridir, infeksionist həkimdir. Bu məsələ ilə bağlı isə Nazirlər Kabineti yanında Operativ Qərargah rəsmi qərar verməlidir”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Semaşko” xəstə qəbulunu dayandırdı

    “Semaşko” xəstə qəbulunu dayandırdı ...

    17-06-2020, 15:35

  • 
  • TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı: "516 nəfərdən 20-si reanimasiyadadır, 6 nəfəri isə..." + CƏDVƏL

    TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı: ...

    25-04-2020, 22:56

  • 
  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

    Azərbaycanda koronavirusla bağlı son vəziyyət ...

    30-04-2020, 21:47

  • 
  • Koronavirusa yoluxanların sayı son günlər iki dəfəyədək artıb

    Koronavirusa yoluxanların sayı son günlər iki ...

    5-05-2020, 22:14

  • 
  • 132 yeni yoluxma, 1 ölü...

    132 yeni yoluxma, 1 ölü... ...

    26-05-2020, 20:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu