GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Darvaza”da xüsusi karantin rejiminin tətbiqinə məhəl qoyulmur- VİDEO/FAKT

“Darvaza”da xüsusi karantin rejiminin tətbiqinə məhəl qoyulmur- VİDEO/FAKT

Tarix: 22-07-2020, 16:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 602
“Darvaza”da xüsusi karantin rejiminin tətbiqinə məhəl qoyulmur- VİDEO/FAKT


Bəllidir ki, bu ilin mart ayından başlayaraq ölkəmizin bütün ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, hər cür qabaqlayıcı tədbirlərin görülməsinə başlanıldı.

Aprel ayının 5-də isə, xüsusi karantin rejiminin tətbiq olunması haqda Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgahın qərarı elan olundu. Bundan əlavə, ötən aylar ərzində ölkəmizin ərazisindəki ümumi vəziyyətin göstəriciləri gündəlik təhlil olundu və bir neçə gün bundan öncə Baş nazirin imzaladığı qərara əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 20 iyul saat 06:00-dan 5 avqust saat 06:00-dək uzadıldı. Yəni, bu şəhər və rayonlarda ictimai-iaşə obyektlərinin fəaliyyət göstərmələrinə qeyd olunan müddətə qədər məhdudiyyətlər tətbiq olundu. Karantin rejiminin tələblərinə hər bir şəxsin əməl etməsinin vacibliyini cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb, hər kəsə bu yöndə tapşırıq və tövsiyyələrini də bildirib. Hətta Nazirlər Kabinetinin və digər dövlət qurumlarının sözçüləri, ictimai-siyasi xadimlər, nüfuz sahibi olan şəxslər, tanınmış sənət adamları və s. təbliğatlarını da aparıblar. Bundan əlavə, cənab Vilayət Eyvazovun birbaşa nəzarəti altında daxili işlər orqanı əməkdaşlarının bu yöndə səfərbər olunmaları, onların hər kəsin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi yöndə lazımi addımlarını atmaları daha çox diqqəti cəlb edən məsələlərdən oldu. Onu da unutmaq olmaz ki, koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, ötən müddət ərzində büdcədən bu məqsədlə milyardlarla vəsaitlər xərcləndi.



Məsələnin təəccüb və təəssüf doğuran tərəfi odur ki, xüsusi karantin rejiminin qüvvədə olduğu bir vaxtda Xırdalan dairəsi ərazisində fəaliyyət göstərən və hər kəsin “Darvaza” adı ilə tanıdığı obyekt gecə-gündüz fəaliyyət göstərməkdə davam edir. Yəni, hazırda bu obyektdə həyat adi qaydada davam edir. Bir kimsə maska taxmadan, qoruyucu vasitələrdən istifadə etmədən bu obyektə daxil olub həm yemək yeyə bilir, həm çay, pivə, spirtli içki və s. içə bilir, həm də yüngül əxlaqlı qadınlarla “istirahət” də edə bilir. Hələ bu azmış kimi xüsusi karantin rejiminin qüvvədə olduğu bir vaxtda qeyd olunan obyektdə dörd nəfərdən ibarət “müştərilər” (iki kişi, iki qadın) 50 manat “haqq-hesab” verməklə gecələyə də bilirlər. İki nəfərdən ibarət müştəri isə (bir kişi, bir qadın) 25 man “haqq-hesab” verməklə gecələyə də bilirlər. Düşündürücü halın varlığı isə, hər kəsin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi üçün birbaşa məsuliyyət daşıyan polis əməkdaşlarının bu oobyektlə bağlı seyrçi mövqedə dayanmaları olur. O halın varlığına diqqət yetirmək lazımdr ki, mart ayından indiyə kimi koronovirus (COVİD-19) infeksiyasının ölkəmizin ərazisində yayılmasının qarşısının almaq məqsədilə, cənab Prezident başda olmaqla Azərbaycan hakimiyyəti hər cür addımını atıb, bu yöndə külli miqdarda vəsaitlər xərclənib. O halda sual oluna bilər ki, görəsən hər kəsin “Darvaza” adı ilə tanıdığı bu obyektdə belə bir addımın atılması hansı məqsədə xidmət edir? Yaxud da, obyekt sahibi ölkə rəhbərinin bu yöndə çağırışına, Operativ Qərərgahın qərarlarına əməl etməməklə nəyə nail olmaq istəyir? Yəni, bu gün bu kimi halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Əslində baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, “Darvaza” adı ilə tanınan obyektdə bu yöndə addımların atılması birbaşa dövlətimizə və xalqımıza qarşı yönəlik qəsdir, böyük bir xəyanətdir. Çünki, bu obyekti işlədənlər hal-hazırda koronovirus (COVİD-19) infeksiyasının yayılma riskinin artmasına şərait yaradırlarsa, deməli onlar dövlətimizin, xalqımızın taleyini düşünmürlər və xəyanət yolunu da tuturlar.
Mövzunu diqqətdə saxlayacağıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

    Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı ...

    6-07-2020, 10:12

  • 
  • Azərbaycanda xüsusi karantin rejimi avqustun 31-dək uzadıldı - RƏSMİ

    Azərbaycanda xüsusi karantin rejimi avqustun ...

    18-07-2020, 17:58

  • 
  • Sərt karantin bu şəhərlərdə 5 avqusta qədər uzadıldı

    Sərt karantin bu şəhərlərdə 5 avqusta qədər ...

    17-07-2020, 20:49

  • 
  • Həftəsonları bütün ictimai nəqliyyat dayandırılır

    Həftəsonları bütün ictimai nəqliyyat dayandırılır ...

    2-07-2020, 23:20

  • 
  • İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

    İyulun 20-dən sonra karantin rejimi yumşaldıla ...

    9-07-2020, 11:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu