Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) təkcə elm sahəsində yox, bütün sahələrdə rüsvayçılıqlar davam edir. Belə ki, ŞAR-ın direktoru Namiq Cəlilov Ali Məhkəmənin sədri Ramiz Rzayevin yeznəsi olduğundan onun törətdiyi qanunsuzluqlar məhz məhkəmələr tərəfindən də ört-basdır olunur və bundan sonra da belə olacağı şübhə doğurmur.
Bu yaxınlarda ŞAR-dan mənə üç aylıq kommunal ödəniş bildirişi göndərildi. Həmin bildirişdə yazılıb ki, mənim 2020-ci ilin mart, aprel və may aylarına elektrik enerjisinə 20.30 man, istiliyə 25.80 man və isti suya isə 9.60 man olmaqla ümumilikdə 113.80 manat pul borcum var. Bildirişdə yekunda bildirilib ki, əgər bir həftə ərzində göstərilən borcu ödəməsəm mənim üçün adıçəkilən kommunal xidmətlər dayandırılacaqdır.
Bu bildirişdə yazılmış ədədləri toplasaq 55.70 manat olduğu halda, orada 113.80 manat borc yazılıb. AMEA rəhbərliyinə və ŞAR-ın bütün əməkdaşlarına elektron poçtla belə qeyri-adi möhtəşəm toplama əməliyyatını şərh etməklə etiraz etdim. Mənə ikinci bildiriş (amma bu dəfə əsilini yox, surətini) verdilər ki, oradakı cəm də səhvdir.
Bununla yanaşı şifahi qaydada ŞAR-dan mənə eşitdirdilər ki, bildirişdə yazılmış o ədələrin cəmi 113.80 edir və əgər həmin yekun məbləği verməsəm, Namiq Cəlilov yenə məni məhkəməyə verib onu olduğu kimi təsdiq etdirəcəkdir. Bildirdilər ki, bütün məhkəmələr direktor Namiq Cəlilovun qaynı olan Ramiz Rzayevin əlində kuryerdir, qul-beçələrdir. Odur ki, həmin o oyuncaq məhkəmələrin vasitəsilə Namiq Cəlilov indiyədək etdiyi kimi elə indi də nə istəsə mənim adıma təsdiq etdirəcəkdir.
Mən ölkə ictimaiyyətinə müraciət edərək bildirirəm ki, gördüyünüz kimi həmin bildirişi ŞAR-ın ümumi işlər üzrə direktor müavini imzalayıb və rəsədxananın kadrlar şöbəsi tərəfindən də möhürlənib.
Bu bir daha əyani olaraq göstərir ki, direktor Namiq Cəlilovun kadrları olan Şamaxı Astrofizika Rəsədxanasının vəzifəli şəxsləri ifrat dərəcədə savadsız olduqlarına görə hətta adi ədədləri də toplaya bilmirlər və yaxud olduqca çox məsuliyyətsizdirlər
Şamaxı Astrofizika Rəsədxanası iki uzunqulağın arpasını bölə bilməyən belə kadrlarla gedir inkişafa, gələcəyə?./“Hürriyyət”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?