2014-cü ilin ilk ayından etibarən büdcə təşkilatları üçün şəhər telefonlarının aylıq abunəsi artırılıb. Bu barədə Qanun nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu özünün “feysbuk” səhifəsində məlumat verib.
Naşir yazır ki, bu gün nəşriyata daxil olan bildirişdə göstərilib ki, şəhər telefonlarının aylıq abunəsi növbəti aydan etibarən 7 manat olacaq.
Telefonların aylıq abunəsinin bu günə qədər 3 manat 50 qəpik olduğunu nəzərə alsaq, 2 dəfə artım olub.
Məsələ ilə bağlı “Azərpoçt” suallara cavab vermədiyi üçün Bakı şəhər 1 saylı poçtu ilə əlaqə saxladıq. Poçtdan bildirdilər ki, bu qərar yanvarın ayından qəbul edilə bilər:
“Ola bilsin ki, yanvar ayından aylıq pulu kimi 7 manat ödənlisin. Hələ dəqiq bilinmir. Bildirişi göndərirlər ki, əvvəlcədən xəbərləri olsun”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?