GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elbrus Paşayevin səmərəsiz layihələrinin üstü necə açıldı? - İTTİHAM

Elbrus Paşayevin səmərəsiz layihələrinin üstü necə açıldı? - İTTİHAM

Tarix: 4-08-2020, 11:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 482
Elbrus Paşayevin səmərəsiz layihələrinin üstü necə açıldı? - İTTİHAM


Ötən il mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə aprelin 24-də Bərdə şəhərində,mayın 22-də Kürdəmir şəhərində, iyunun 19-da Sabirabadda,iyulun 10-da Horadiz şəhərində vətəndaşlarla görüş keçirib.

Keçirilən qəbulda Bərdə rayonu ilə yanaşı Ağdam, Tərtər,Yevlax,Sabirabad və Saatlı, Kürdəmir və Ucar rayonlarının sakinlərini,sədr müavinləri isə Ağdaş və Göyçayda Füzuli rayonundan və Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndindən olan vətəndaşların da müraciətləri dinlənilib.Mətbuatda yayılmış məlumatlara əsasən vətəndaşlar tərəfindən olunmuş müraciətlər əsasən suvarma suyundan əziyyət çəkən fermerlərin su təchizatının yaxşılaşdırılması,yeni subartezian quyularının qazılması,nasos stansiyalarının qurulması və təmiri,suvarma kanallarının lildən təmizlənməsi kimi məsələlərlə bağlı olub və bir çox qaldırılan məsələlər elə yerindəcə öz həllini tapıb.Lakin bir ildən sonra elə həmin təsərrüfatlarda su çatışmazlığı problemlərinin həllini tapmaması,əksər fermerlərin, kəndlilərin suvarma suyunun çatışmazlığından əziyyət çəkdikləri bəlli olur.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə keçirdiyi bu görüşlərin üstündən demək olar ki,tam bir il keçdikdən sonra 2020-ci ilin iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirir və ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirir ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”

Ölkə başçısı daha sonra çıxışında vurğuladı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq,dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”

Cənab Prezidentin irad tutduğu səmərəsiz layihələr kimlər tərəfindən irəli sürülürmüş,bu layihələri kimlər tərəfindən hazıırlanırmış?Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurum olan “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən. Qeyd edək ki,su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə respublikamızda yeganə olan bu institutun əsası hələ ötən əsrin 30-cu illərindən qoyulub.İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir.Ötən bu uzun müddət ərzində institutun verdiyi layihələr əsasında bir çox böyük su təsərrüfatı obyektlərinin tikintisi həyata keçirilib ki,bu gün də bəzi bölgələrdə istismara yararlıdır. Bəs necə olur ki,70-80 il bundan əvvəl həyata keçirilmiş layihələr səmərəlliliyini hələ də itirməyib,amma elmin texnikanın inkişaf etdiyi,axtarış imkanlarının daha geniş olduğu bir dövrdə həyata keçirilən layihələr səmərəsiz olub?

Qeyd edək ki,Azərbaycanda su çatışmazlığı problemi təzə başlamayıb.Hələ 2015-ci ildə dövrü mətbuatda yazılanlara görə Müstəqil Dölətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında su itkisi ilə bağlı tərtib edilmiş siyahıda Azərbaycan birinci yerdə olub.Hələ 2015-ci ildə Azərbaycan bu birinciliyi 34 faiz su itkisinə yol verməklə qazanıb. Elə həmin dövrlərdə mütəxəsislər sudan qənaətlə istifadə olunmaması ilə bağlı həyəcan təbili çalmışlar.Lakin eyni problemlərin bu gün də mövcud olması, su çatışmazlığının əvvəlki illərlə müqayisədə daha da artması bu sahədə heç bir qabaqlayıcı tədbirlərin həyata keçirilməməsindən xəbər verir. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı belə demişdi: “Bildiyiniz kimi, 2014-cü ildə havaların kəskin isti və quraq keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik normalardan xeyli az olub,bir sıra dağ çaylarının suyu tamamilə quruyub. Mingəçevir,Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər su anbarlarında toplanılmış su həcmləri də normadan az oldu. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edildi,respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarıldı”. Bu Əhmədzadənin 6 il əvvəlki çıxışı.Yəni problem onda da olub, indi də var.Bəs bu sahəyə ayrılan milyonlarlarla dövlət vəsaiti? Bir sözlə Əhməd Əhmədzadənin bütün müşavirələrdəki bütün çıxışları bu sahədə mövcud olan çatışmazlıqları, təsərrüfatsızlığı ört-basdır etmək məqsədi güdür və ancaq gəlişigözəl cümlələrdən başqqa bir şey deyil.

Qayıdaq “Azdövsutəslayihə” İnstitutunun fəaliyyətinə.Qeyd etdiyimiz kimi,İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir.Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycanda bir olan bu instituta artıq 10 ildən çoxdur ki,Elbrus Paşayev rəhbərlik edir. Sözügedən şəxsin instituta rəhbərlik etdiyi son illərdə nə kimi layihələrin həyata keçirilməsi barədə konkret məlumatlar yoxdur.Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə ilə əlbir olub faydasız layihələrdən qazanc əldə etmələri barədə yetərincə məlumatlar saymaq olar.Belə ki,Elbrus Paşayev institututa rəhbərliyə başladığı dövrdən ezamiyyələrin sayı artıb. Bölgələrdə su çatışmazlığının aradan qaldırılması,yeni su mənbələrinin axtarılması üçün ezam olunanların həyata keçirdikləri əslində formal bir şeydir. Əhməd Əhmədzadənin digər bir neçə qurumu kimi,“Azdövsutəslayihə” İnstitutu da ancaq pul silmək yeridir.Buraya uzun müddətdir ki,hər il su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri verilir.Verilən bu qədər vəsaitin qarşılığında institutun layihələri nə üçün səmərəsiz,faydasız olur?

Hələ 2018-ci ilin hesabatlarına görə institutun mütəxəssisləri tərəfindən Saatlı, İmişli və Biləsuvar rayonlarında yerləşən təxminən 40 min hektar qış otlaq sahələrində yaradılması nəzərdə tutulan iri təsərrüfatların suvarma suyu ilə təmin edilməsi üçün Araz çayının yeni qolu vasitəsi ilə yeni suvarılan torpaqların istifadəyə verilməsi, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı kəndlərinin isə 2 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın yenidən qurulması və digər bu kimi obyektlərin layihə-smeta sənədləri yüksək keyfiyyətlə işlənib hazırlanmışdır.Sual oluna bilər bəs onda yüksək keyfiyyətlə işlənib hazırlanməş bu layihəyələr sözügedən ərazilərdə fermerləri və kəndliləri bu il nə üçün susuz qoydu?

Elbrus Paşayevin rəhbərlik etdiyi qurumun fəaliyyəti bundanmı ibarətdir?Hər il yüksək keyfiyyətli işlərin görülməsi barədə yalan hesabatlar vermək,üstü açıldığında isə ölkə başçısına min cür yalanlar danışmaq və İlham Əliyevin qeyd etdiyi kimi: “Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq.” – deyə məsuliyyətdən yaxa qurtarmağa çalışmaq. Amma bundan sonra olmayacaq.İlham Əliyevin də elə yeni mənbə axtarmağa yeni vəsait istəyənlərə qəti sözü,həm də son sozü bu oldu ki:”Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. “

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlərin qəbul cədvəli açıqlandı

    Nazirlərin qəbul cədvəli açıqlandı ...

    28-10-2013, 17:31

  • 
  • Baş prokuror Samux şəhərində vətəndaşları qəbul edib

    Baş prokuror Samux şəhərində vətəndaşları qəbul ...

    27-04-2018, 12:49

  • 
  • Meliorasiya və Su Təsərrüfatına 700 min manat ayrılıb

    Meliorasiya və Su Təsərrüfatına 700 min manat ...

    31-07-2020, 16:33

  • 
  • Oğuzda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM

    Oğuzda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM ...

    13-04-2020, 14:52

  • 
  • Cocuq Mərcanlıya 700 min manat ayrıldı

    Cocuq Mərcanlıya 700 min manat ayrıldı ...

    14-02-2018, 20:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu