"Yaxın vaxtlarda vəzifədən daha iki nazir alınacaq. Onlardan biri Maliyyə Naziri Samir Şərifovdur. Samir Şərifovla bundan artıq yol gedilə bilməz".
Gundemxeber.Az bildirir ki, bunu DİA.AZ-a məlumatlı mənbə bildirib.
Qaynaq iddia edir ki, Samir Şərifov zamanında həbs olunmaq təhlükəsi ilə də üz-üzə qalıb: "Onun Eldar Mahmudovla, Cahangir Hacıyevlə şübhəli maxinasiyaları hər kəsin yadındadır. Həmin ərəfədə Samir Şərifov da məsuliyyətə cəlb oluna bilərdi. Lakin sonradan vəziyyəti öz xeyrinə dəyişə bildi. Amma indi situasiya kifayət qədər fərqlidir. Artıq maliyyə sektorunda Samir Şərifovdan və Mərkəzi Bankın sədri Elman Rüstəmovdan başqa köhnə eşalon təmsilçisi qalmayıb. Onların hər ikisi bu gün yürüdülən siyasətdə əyləc rolunu ounamaqdadırlar. Bu aşkar şəkildə hiss olunur".
Mənbə dia.az-a əlavə olaraq bildirir ki, ilk olaraq Samir Şərifovun gedişi nəzərdə tutulub: "Doğrudur, həbs olunmayacaq, amma ondan da hesabat istəniləcək. Köhnə dəftərlər bir gün araşırmaya veriləcək. Bu, şübhəsizdir..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Sorğu
Yeni dizaynımız necədir?