Beynəlxalq Bank qalmaqalı maliyyə naziri Samir Şərifovun da həbsinə səbəb ola bilər. Bununla bağlı daxil olan məlumatda bildirilir ki, Beynəlxalq Bank vasitəsi ilə ölkədən çıxarılan milyardlarla dollar kreditin geri qaytarılmasında yaranan problemlər Samir Şərifov üçün əsl başağrısına çevrilib. Üstəlik, Cahangir Hacıyevin məhkəmədə etdiyi çıxışlarda Beynəlxalq Bankın problemli kreditlərində özü qədər maliyyə nazirinin də günahkar olduğunu faktlarla sübut etməsi Samir Şərifovun hakimiyyətdəki işguzar imicini kəskin şəkildə zədələyib. GundemXeber” bildirir ki, məlumatlı mənbənin AzToday.az-a verdiyi məlumata görə, hazırda Samir Şərifovun fəaliyyəti ən yüksək səviyyədə yoxlanılır. Onun fəaliyyətində bütün şübhəli məqamlar, o cümlədən büdcə xərclərinin şişirdilməsi, dövlətin baş maliyyə planında nəzərdə tutulan investisiya layihələrinə ayrılan vəsaitlərin təyinatı üzrə istifadə edilib -edilməməsi və s. məsələlər araşdırılır. Xüsusi ilə də ölkədə yaranan dollar ajiotajından Samir Şərifovun sui-istifadə etməsi ilə bağlı hökümətdə şübhələr var. Məlumatda iddia olunur ki, Samir Şərifovu sabiq nəqliyyat naziri Ziya Məmmədovun taleyi gözləyir. Belə ki, Ziya Məmmədov kimi Samir Şərifovun bütün şirkətləri, xaricdə saxladığı pulları geri alınandan sonra vəzifəsindən uzaqlaşdırılacaq. Samir Şərifova qarşı hakimiyyətin yüksək səviyyəsində yaranan şübhələr təsdiqlənəcəyi halda onun həbs ediləcəyi də istisna deyil. Bu arada mediada yayılan xəbərlərdə iddia olunur ki, yola salınacağı ehtimalı yüksək olan Samir Şərifov yaxın çevrəsinin iştirakı ilə ölkədən yüklü miqdarda pul çıxara bilib: “Söhbət çox ciddi məbləğdən – 1 milyard dollardan gedir. Bu pullar Azərbaycanın dövlət büdcəsindən zaman-zaman oğurlanıb. Mənbə iddia edir ki, Samir Şərifovun göstərişi ilə həmin vəsait “bir neçə tranzit araçılığı ilə kamufulyaj olunmuş şəkildə” ölkədən çıxarılıb”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?