GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Metropoliten”də dağıdılan milyonlar - “Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”

“Metropoliten”də dağıdılan milyonlar - “Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”

Tarix: 13-08-2020, 16:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 567
“Metropoliten”də dağıdılan milyonlar - “Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”


Azərbaycan başqa bir qalaktikadır. Çünki dünyada baş verən proseslərlə bizim cəmiyyətimizdə baş verən proseslər qətiyyən uzlaşmır. Biz bir-çox fəaliyyət spektirimizdə orjinal və anoloqsuzuq. Götürək elə idarəetmə sistemini. Dünyanın istənilən ölkəsində dövlət qurumlarının ümumi inkişafda konkret payı var. Ziyanla işləyən qurumlarsa ya ləgv edilir, ya da modernləşdirilir. Bizdə isə qurumların tam əksəriyyəti ziyanla işləyir, dövlət üçün əlavə yükə çevrilir. Və ən maraqlısı da odur ki, bütün bunlar bizdə heç də təəccüblə qarşılanmır. Əksinə, belə hallar elə təqdim edilir ki, guya bu qurumların rəhbərlərinin ən ali və ülvi məqsədi xalqa təmənnasız xidmətdir. Təmənnasız xidmətdə isə təbii ki, mənfəət güdülmür. Mənfəətin güdülmədiyi yerdə isə ziyanın olması labüddür.

Məsələn, Bakı Metropoliteni” QSC kimi. Bu qurum sərnişin daşımada ölkə üzrə əsas pay sahibidir. Rəsmi statistikaya görə metro ilə hər il 230 milyon sərnişin daşınır. İldə bu qədər sərnişin daşıyan bir qurum bəs niyə ziyanla işləyir? Necə olur ki, sınıq-salxaq bir “Juquli” ilə “taksavatlığ” edən bir adam böyük bir ailəni keçindirir, amma bu qədər sərnişin daşıyan bir nəqliyyat qurumu ziyanla işləyir? Təbii ki, Metropoliten rəhbərliyinin istənilən arqumenti mənim sadə məntiqim qarşısında keçərsizdir. Amma neyniyək ki, cənab Zaur Hüseynov deyir ki, metroda mənfəət yoxdur. Zaur müəllimin “arqumenti”nin qarşılığında mən bir balaca araşdırma apardım.

Tarixə ekskurs etdim. Yadıma düşdü ki, Tağı Əhmədov 1998-ci ildə “Metropoliten”ə rəis təyin olunanda ilk işi metro keçidlərindəki ticarət obyektlərini ələ keçirmək oldu. O vaxtadək metro keçidlərindəki ticarətə Bakı Şəhər İcra Hakimiyətinin Ticarət Departamenti nəzarət edirdi. Bu o vaxt idi ki, Rafael Allahverdiyevin qılıncının dalı da, qabağı da kəsirdi. Beləcə, o vaxt bu iki qurum arasında böyük savaş başladı. Həmin vaxt bu mübahisə ilə bağlı Tağı Əhmədovdan müsahibə almışdım. Müsahibə boyu Tağı müəllim dönə-dönə deyirdi ki, metro keçidlərini hökümət bizə versə, söz verirəm ki, ondan gələn gəlir hesabına metropolitenin maddi-texniki bazasını yenidən quracam. Dövlətdən də bir manat istəməyəcəm…

Sonda qazanan Tağı Əhmədov oldu. Bu hadisədən təxminən 15 il sonra yenə Tağı müəllimlə həmsöhbət oldum. Vaxtilə dediyi fikirləri xatırlatdım. Sualım təbii ki, Tağı müəllimin xoşuna gəlmədi. Əsəbi şəkildə “əşşşi, metro keçidlərindən beş-on manat pul gəlir, onu da bayram günlərində işçilərə paylayırıq. Vəssəlam…”, – dedi (buyur, bu da dövlət qurumunun xalqa təmənnasız xidmətinin növbəti təcəssümü). Tağı müəllim işdən çıxarıldıqdan sonra “Metropoliten”də baş alıb gedən özbaşnalıqlar, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi barədə mətbuatda kifayət qədər yazıldı, deyildi. Mən o vaxt yazılanlardan tək bir faktı xatırlatmaq istəyirəm. Bəlli olmuşdu ki, Tağı müəllimin hakimiyyəti dövründə sərnişinlərin ödədiyi 4 jetondan 3- ü qeydiyyata alınmırmış. Bu deyilənlərdən də belə məlum olur ki, metro daşımalarındakı gəlirin 75 faizi mənimsənilir. Bu məntiqdən çıxarış edib “Baki Metropoliteni”nin son 6 illik fəaliyyətinə nəzər yetirdim.

Bilmək istədim ki, Tağı müəllimin gedişi, Zaur müəllimin gəlişi nələri dəyişdirib. Amma bəri başdan deyim ki, yaxşılığa doğru heç nə dəyişməyib. Belə ki, 2014-cü ildə mero ilə 215 milyon 472 min, 2015-ci ildə isə 222 milyon 40 min sərnişin daşınıb. Nəticədə bu daşımalardan metropoliten 2014-cü ildə 42 milyon 519 min manat, 2015-ci ildə isə vur tut 43 milyon 5 min manat qazanc əldə edib. Əgər buna qazanc deyilirsə…

Əvəzində 2016-cı ildə qazanc 42 milyon 262 min manata düşüb. Göründüyü kimi, Zaur Hüseynov sələfindən yaxşı mənada heç nə ilə fərqlənmir. Əksinə Zaur müəllim sələfindən fərqli olaraq dövlətin və əhalinin üstünə dana iştahla getdi. Nəticədə, 2018-ci ildə metroda gediş haqqı 50 faiz artırılaraq 30 qəpiyə çatdırıldı. Bu azmış kimi 2019-cu ildə “Metropoliten”in yığılmış zərəri təxminən 13% artaraq 482 milyon manata çatdırılıb. Bununla paralel son 5 ildə “Metropoliten” hər il ortalama dövlətdən 100 milyon manatdan çox maliyyə dəstəyi, 50 milyon manata yaxın dotasiya alıb. Bununla belə, “Metropoliten” ziyandan “qurtula” bilmir.

Bu yerdə xırda bir hesablama da aparmaq istəyirəm. Belə ki, rəsmi məlumata görə, hər gün metro ilə 700 minə yaxın, qeyri-rəsmi məlumata görə isə 1 milyon sərnişin daşınır. Belə olan təqdirdə ortalama daşımanı 800 min götürsək və bunu da 30 qəpiyə vursaq, 240 min manat edir. Bunu da 30 günə vuranda eləyir 7 milyon 200 min manat. Bu məbləği də 12 aya vuranda edir 86 milyon manat. Beləcə, dövlət dəstəyini də bunun üzərinə gələndə “Metropoliten” üst-üstə hər il 240 milyon manat gəlir əldə edir.

Üstəlik, metrodakı reklam biznesi də Zaur Hüseynovun nəzarətindədir. Xatırladaq ki, bu reklam bazarında da ildə milyonlar dövr edir. Bununla belə, “Metropoliten” “ziyanla” işləyir. Bəs 240 milyon manat hara xərclənir (bu rəqəmlər ancaq leqal gəlirləri özündə ehtiva edir)? …

Mən qazancın hara getdiyinin tək bir ünvanını demək istəyirəm. Belə ki, Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün növbəti araşdırmasınını birini də Zaur müəllimin fəaliyyətinə həsr edib. Bu günlərdə jurnalistin araşdırmasının nəticələri ölkə mediasında yayımlandı. Məlumatda deyilirdi ki, “Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə bu ilin iyun ayında İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb. İyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay’s Bank UK PLC bankı vasitəsilə icra olunub. 41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır. “Metropoliten” rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər tikib, satışa çıxarıb.

Həbib Hüseynzadə PINNACLE WEST LIMITED-i 2016-cı ilin fevralında (atasının vəzifə təyinatından düz 2 il sonra) 24 yaşında təsis edib…

Məndən bu qədər… “Metropoliten”dəki milyonların daha haralara axdığını müəyyən etməksə qalsın müvafiq dövlər qurumlarının boynuna…

Bunu isə Respublika Prezidenti deyir: “…dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”. Bu sətirlər avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədəki çıxışından götürülüb.Hurriyyet.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalqa “müjdə”  Metro zərərlə işləyir, işıq bahalaşıb...gediş haqqı artır

    Xalqa “müjdə” Metro zərərlə işləyir, işıq ...

    17-01-2017, 21:37

  • 
  • Bakı Metropoliteni maliyyə hesabatını niyə açıqlamır?

    Bakı Metropoliteni maliyyə hesabatını niyə ...

    25-04-2014, 11:27

  • 
  • Yeni metro stansiyaları

    Yeni metro stansiyaları ...

    12-01-2015, 13:26

  • 
  • "Metropoliten" "Azəravtoyol"un yalanını üzə çıxardı: "Yolun çökməsi bizlik deyil"

    "Metropoliten" ...

    16-07-2018, 09:24

  • 
  • Cahangir Əsgərovun 500 milyonluq “ziyan”ı

    Cahangir Əsgərovun 500 milyonluq “ziyan”ı ...

    22-12-2013, 14:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu