GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Cahangir Əsgərovun 500 milyonluq “ziyan”ı

Cahangir Əsgərovun 500 milyonluq “ziyan”ı

Tarix: 22-12-2013, 14:41 Bölmə :Siyasət Baxış: 864
 Cahangir Əsgərovun 500 milyonluq “ziyan”ı
2000-ci ildən başlayaraq “Azerbaijan Airlines” QSC israrla ziyanla işlədiyini bəyan etsə də, rəqəmlər bunun əksini göstərir; 1998-ci ildə cəmi 833 min sərnişin daşınmasından 40 milyon manat gəlir əldə edən şirkət, 2010-cu ildə 1,4 milyon sərnişin daşımasından 120 milyon manat “ziyan”a düşüb
2013-cü ilin doqquz ayı ərzində Azərbaycan aviaşirkətlərinin sərnişin daşınmasından gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artıb. Bununla belə bu dövr ərzində aviaşirkətlərin ziyanı xərclərin artması səbəbindən 23,5 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən “Turan”a bildiriblər ki, üç aviaşirkətin (“Azerbaijan Airlines”, “Turan Air” və “Silk Way Business Aviation”) sərnişin daşımalardan gəlirləri 191 milyon 689,7 min manat olub. Yalnız yay mövsümündə (iyul-sentyabr) aviaşirkətlər 77,8 milyon manat qazanıb. Aviaşirkətlərin xərcləri 3,4 faiz artaraq 215 milyon 110,9 min manat təşkil edib.

2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın aviaşirkətləri tərəfindən 1 milyon 286 min (ötən illə müqayisədə 4,3 faiz çox) sərnişin daşınıb. Daşımaların 99,5 faizi AZAL-ın payına düşür.

Mütəxəssislər dövlət aviaşirkətlərinin artıq 10 ildən artıqdır davam edən ziyanla işləməsini subyektiv amillərlə izah edir. Məsələ bundadır ki, bütün yerüstü aeroport xidmətləri, hətta “Azerbaijan Airlines” QSC aviaşirkətinin bortda yemək xidmətləri “Silk Way Holding” şirkətlər qrupu tərəfindən həyata keçirilir. Yerli mətbuatın iddiasına görə, bu holdinq yüksək ranqlı məmurların çətiri altındadır və dövlət müəssisəsinin resurslarından qeyri-şəffaf müqavilə əsasında istifadə edir.

Dövlət aviaşirkəti olan “Azerbaijan Airlines” QSC və “Silk Way Holding” MMC normativ-hüquqi aktların tələblərinə zidd olaraq korporativ saytlarda və KİV-də maliyyə hesabatlarını dərc etmir. Bu da gəlirlərin rəsmi uçotdan gizlədilməsi kimi şübhələrə çox ciddi əsaslar verir. Məsələn, necə ola bilər ki, 2012-ci ildə hava nəqliyyatında aviaşirkətlər 1,6 milyon (2011-ci illə müqayisədə 14,3 faiz çox) sərnişin daşıdığı halda 33,2 milyon manat həcmində ziyana düşüb? Rəsmi statistikaya görə, hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətlərin ziyanı 1999-cu ildən bu günə qədər 500 milyon manatı ötüb.

Qeyd edək ki, Azərbaycanda 3 şirkət sərnişin daşımaları ilə məşğul olur. Bunlar “Azerbaijan Airlines” QSC və QSC sədri Cahangir Əsgərova məxsus olduğu bildirilən “Turan Air” və “Silk Way Business Aviation” aviaşirkətlərdir.

Rəsmi sənədlərdə sərnişin daşımalarının 99 faizi “Azerbaijan Airlines” -in payına düşdüyündən, 500 milyon manatlıq ziyanın da 99 faizi dövlət aviaşirkətinin payına düşür. QSC 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda da aviaşirkətlərin 1996-98-ci illərdə çox böyük mənfəətlə işlədiyi bildirilir. Ancaq 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. 2008-ci ildə sərnişin daşımalarından 204 milyon gəlir əldə etsə də, ziyanı 11,3 milyon manat olub.

Son illərdə ziyan fantastik həddə yüksəlməyə başlayıb. Aviaşirkət 2009-cu ildə 255 milyon gəliri müqabilində ili 99 milyon manat, 2010-cu ili isə 253 milyon gəliri müqabilində 120 milyon manat ziyanla başa vurub. 2011-ci ildə ziyan bir qədər azalıb - 63 milyon manata, 2012-ci ildə isə 33,2 milyon manata enib. Bu ilin ilk 9 ayında isə ziyan hələlik 24 milyon manatdır. İlin yekunlarında isə bu məbləğ bir az da arta bilər. Çünki aviaşirkətlər üçün ən rentabelli dövr olan yay mövsümü (iyun-avqust) arxada qalıb.

Korrupsiya şübhələrini artıran başqa bir amil isə son 15 ildə sərnişinlərin artım dinamikasıdır. 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda aviaşirkət 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə rekord səviyyədə - 1 milyon 600 min nəfər sərnişin daşındığı halda aviaşirkət “ziyan”a düşüblər.

Aviaşirkətlər 1 bilet satışından beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat gəlir əldə edilib. Sərnişinlərin çoxunun beynəlxalq xətlərlə uçduğunu da nəzərə alsaq, sərnişin daşımalarından böyük gəlir əldə olunduğu şübhə doğurmur.

Daxili reyslərə görə qiymətləri Tarif Şurası tənzimləyir. Rəsmən zərərlə işləyən Bakı-Naxçıvan-Bakı reysi hesab edilir. Zərərə görə dövlət hər il QSC-yə 12 milyon manat subsidiya ödəyir. Hər iki istiqamətdə biletlərin qiyməti 140 manat təşkil edir, onun 40 manatı dövlət büdcəsindən ödənilir. Beynəlxalq hava yollarına görə AZAL özü tarifləri müəyyənləşdirir. Yəni, qiymətin maya dəyərindən aşağı olması mümkün deyil.

Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda təyyarə benzininin qiyməti də aşağıdır. “Azerbaijan Airlines” QSC daxili qiymətlərlə Dövlət Neft Şirkətindən aviakerosin alır və xarici şirkətlərin təyyarələrini dünya qiymətləri ilə dolduraraq 3 qat qazanır - gəlir 300 faizdir. Belə şəraitdə aviaşirkətin ziyanla işləməsi heç nəzəri baxımdan mümkün deyil.
Azərbaycanda hava nəqliyyatından istifadə edən sərnişinlərin sayının artması ilə yanaşı, qiymətlər də artır. Ona görə ziyanla işləmək üçün heç nəzəri əsaslar da yoxdur.
Nəhayət, “Azerbaijan Airlines” QSC-yə yatırılan sərmayələrin mənbəyi şirkətin daxili resursları yox, dövlət büdcəsidir. Nazirlər Kabinetinin məlumatına görə, 2005-ci ildən indiyə kim dövlət büdcəsinin investisiya proqramı çərçivəsində “Azerbaijan Airlines” QSC-ə düz 900 milyon 157 min manat (1 milyard 154 milyon dollar) sərmayə yatırılıb. Bu amilləri nəzərə alsaq, 2000-ci ildən başlayan “ziyan əməliyyatlarından” QSC sədri Cahangir Əsgərovun 500 milyon manat “gəlir” əldə etməsi barədə versiyalar təsdiqlənir. QSC bunun əksini sübut etmək istəsə, məmnuniyyətlə onları dinləməyə və mövqelərini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Əsgərov yarım milyard manatı harada “gizlədib”...

    Cahangir Əsgərov yarım milyard manatı harada ...

    8-11-2013, 11:29

  • 
  • 500 milyonluq ziyan – Yoxsa korrupsiya?

    500 milyonluq ziyan – Yoxsa korrupsiya? ...

    13-05-2014, 11:45

  • 
  • Banklardan 21 milyon sığorta haqları toplanacaq

    Banklardan 21 milyon sığorta haqları toplanacaq ...

    5-02-2014, 13:39

  • 
  • Ziya Məmmədovun çökdürdüyü dəmiryolu

    Ziya Məmmədovun çökdürdüyü dəmiryolu ...

    23-05-2014, 09:42

  • 
  • Azərbaycana idxal olunan avtomobillərin sayı artıb

    Azərbaycana idxal olunan avtomobillərin sayı artıb ...

    3-01-2014, 01:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu