GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nikol Paşinyan BBC-yə müsahibəsində jurnalistin suallarından yayınmağa çalışır - Stephen Sackur: Siz "üzr istəyirik" deməyə hazırsınızmı?

Nikol Paşinyan BBC-yə müsahibəsində jurnalistin suallarından yayınmağa çalışır - Stephen Sackur: Siz "üzr istəyirik" deməyə hazırsınızmı?

Tarix: 15-08-2020, 10:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 526
Nikol Paşinyan BBC-yə müsahibəsində  jurnalistin suallarından yayınmağa çalışır - Stephen Sackur: Siz "üzr istəyirik" deməyə hazırsınızmı?


Baş nazir Nikol Paşinyan BBC-nin HARD Talk proqramına müsahibəsində Xocalı qırğınlarının erməni qüvvələri tərəfindən törədilməsini ictimai şəkildə rədd edən ilk Ermənistan lideri olub.

Ermənistan lideri ilə müsahibəni jurnalist Stephen Sackur aparıb. BBC-nin HARD Talk proqramında qonaqlara maksimum tənqidi və çətin suallar verilir.

Stephen Sackur: Siz Azərbaycanla sülhə aparan cığırı tapmaq barədə danışaraq hakimiyyətə gəlmisiniz. Ancaq keçən ay Azərbaycan və Ermənistan arasında yeni döyüşlər baş verdi, biz hər iki tərəfdən ən azı 17 hərbi personalın öldüyünü gördük. Bu heç də dəyişikliyə bənzəmir, hər şey olduğu kimi davam edir.

Nikol Paşinyan: Sülh Ermənistanın birtərəfli hərəkətləri ilə əldə edilə bilməz. Çünki Azərbaycan Ermənistanın səylərinə qarşılıqlı cavab verərsə, həqiqi sülhə nail ola bilərik. Ermənistanın Baş naziri olanda sülh üçün yeni bir düstur təklif etdim. Düstur belədir. Dağlıq Qarabağ münaqişəsinin hər hansı bir həlli Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır və mən Dağlıq Qarabağa aid istənilən həllin həm də Azərbaycan xalqı üçün də məqbul olmalı olduğunu deyən ilk Ermənistan lideriyəm. Ancaq təəssüf ki, Azərbaycan Prezidenti mənim təklifimə qarşılıq vermədi.

Stephen Sackur: Ancaq hərəkətlər sözlərdən daha gurultulu danışır, cənab Baş nazir. İyulun ortalarında gördük ki, Ermənistan Silahlı Qüvvələri münaqişə xətti boyunca kəndləri atəşə tutur, azərbaycanlıların dediyinə görə, 76 yaşlı mülki şəxs öldürülür və nəticədə qisasa-qisas atəşi açılır və nəticədə geniş döyüşlər baş verir. Bir daha qeyd edirəm ki, sizin siyasətiniz sülhə nail olmaq məqsədi üzərində qurulmuş kimi görünmür.

Nikol Paşinyan BBC-yə müsahibəsində  jurnalistin suallarından yayınmağa çalışır - Stephen Sackur: Siz "üzr istəyirik" deməyə hazırsınızmı?


Nikol Paşinyan: Azərbaycan Ermənistana hərbi hücumu başlatdı və bu, ayrı bir hərəkət deyildi. Uzun müddət ərzində Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsini hərbi güclə həll etmək niyyətində olduğu barədə döyüşkən ritorikaya əl atıb. Bu sərt ritorikanın nəticəsi olaraq, Azərbaycan hökuməti öz cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə niyə həll edə bilmədiyini izah etməkdə çətinlik çəkir.

Stephen Sackur: Siz deyirsiniz ki, döyüşləri azərbaycanlılar başladıb, onlar da, əlbəttə ki, deyirlər, siz başlamısınız. Mən bu döyüşləri kimin başladığını deyə bilmərəm, amma onu deyə bilərəm ki, siz bir ay içərisində bir-birinin ardınca Dağlıq Qarabağda gərginliyi artıran ciddi təhrikedici addımlar atmısınız. Məsələn, niyə keçən ilin avqustunda Dağlıq Qarabağda Stepanakertə getdiniz və çıxışınızda "Artsax, - siz Dağlıq Qarabağı belə adlandırırsınız - Ermənistandır, nöqtə" dediniz? Və bununla da imkan verdiniz ki, izdiham birləşmə kimi millətçi bir şüar səsləndirsin. Bu açıq-aşkar Azərbaycana qarşı provokasiya idi.

Nikol Paşinyan: Birincisi, beynəlxalq ictimaiyyətin vəziyyətini başa düşə bilərəm. Onlar hər dəfə kimin başladığı, atəşkəsi kimi pozduğu barədə qarşılıqlı ittihamları eşidirlər. Məhz buna görə bu, uzun müddətdir ki, təkrarən davam edir. Və buna görə də atəşkəsin pozulmasını araşdıracaq beynəlxalq mexanizminin təsis edilməsini təklif edirik. Bu da Ermənistanın etibarlı təklifidir. İkincisi, mən Dağlıq Qarabağın, Artsaxın Ermənistan olduğunu niyə dedim? İlk öncə, bir neçə min ildir ki, Dağlıq Qarabağda yerli erməni əhalisi məskunlaşıb və yeri gəlmişkən, Artsax adının bir neçə min il yaşı var.

Zohrab Mnatsakanyan: "Biz Azərbaycandan güzəşt mesajı istəyirik"

Stephen Sackur: Cənab Baş nazir, biz sizin tarixinizin minillərini müzakirə edə bilmərik, ancaq bu günün reallıqlarına diqqət yetirə bilərik. BMT Baş Assambleyası, sizin də bildiyiniz kimi, qətnamə qəbul edib - sitat: "...bütün erməni qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən qeyd-şərtsiz çəkilməsini tələb edir". Bu, BMT Baş Assambleyasının qətnaməsidir və beynəlxalq qanunlara görə, sizin qüvvələriniz işğal qüvvələridir. Siz də oraya gedərək, o ərazinin sizin olması barədə danışmağı seçdiniz. Açıq-aşkardır ki, siz sülhyaradıcı deyilsiniz.

Nikol Paşinyan: BMT Təhlükəsizlik Şurasının sənədi Ermənistan Respublikası və ya Ermənistan Respublikasının silahlı qüvvələrini qeyd etmir. Dağlıq Qarabağ ermənilərinin özünü-müdafiə qüvvələri yazılıb. Bu birinci. İkincisi - siz reallığa baxmağı təklif etdiniz. Reallıq isə budur ki, bu münaqişənin başlandığı anda Dağlıq Qarabağ əhalisinin 90 faizi, 80 faizi ermənilər idi. Azərbaycan bu ərazini ermənilərdən təmizləməyə çalışdı və münaqişə bu andan başlayır.

Stephen Sackur: Amma mənim sualım budur ki, cənab nazir, siz sülh yolunu seçmək barədə verdiyiniz vədi nə dərəcədə tutmuş olursunuz? Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa Azərbaycanın geniş ərazisindən keçən yeni yol çəkməyi planlaşdırır. Brüsseldə bu plana baxan Avropa İttifaqı Parlamentinin Qafqaz üzrə mütəxəssisləşmiş bir qrup üzvü bu planı beynəlxalq qanunların pozulması kimi təsvir edib. Onlar deyiblər ki, bu, Dağlıq Qarabağın qanunsuz işğalını simvolik olaraq möhkəmlədəcək. "Biz bu təşəbbüsü qınayırıq", onlar deyiblər. Siz bu yolun çəkilməsini dayandıracaqsınızmı?

Nikol Paşinyan: Dağlıq Qarabağda hər hansı yol çəkən Ermənistan hökuməti deyil. Bu, öz əhalisinin maraqları çərçivəsində hərəkət edən Dağlıq Qarabağ hökumətidir. Bilirsiniz, Qarabağda insanlar yaşayır. İnsanlar yaşayır və onların ehtiyacları var - təchizat, ərzaq, hərəkət ehtiyacları və Azərbaycan, yeri gəlmişkən, Dağlıq Qarabağa qarşı təcrid və blokada siyasətini həyata keçirir. Yeri gəlmişkən, elə Ermənistana qarşı da.

Stephen Sackur: Cənab Baş nazir, mən bu müsahibəyə başlayanda dedim ki, siz hakimiyyətə dəyişiklər və islahatlar barədə böyük ümidlərlə gəlmişdiniz. Ancaq bu məsələdə - Ermənistanın Dağlıq Qarabağ məsələsində millətçi mövqeyi, sizin, səmimi desəm, mənalı sülh elementi olmayan strategiyanızla siz elə öz sələfləriniz kimisiniz. Siz onlardan fərqli deyilsiniz. Hanı sübut ki, Ermənistan xalqı üçün belə önəmli bir məsələdə siz masa üzərinə nəsə fərqli bir şey gətirirsiniz?

Nikol Paşinyan: Mövqeyimizi millətçi adlandırdığınızla razı deyiləm. Çünki Dağlıq Qarabağ ermənilərinin mövcudluğu təhlükə altındadır. Və nə təklif edirik? Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı güc tətbiq etmə imkanından imtina etməyi təklif edirik. Biz çox sadə bir düsturla razılaşmalıyıq - Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli mövcud deyil.

Stephen Sackur: Sizin mövqeyinizi başa düşürəm. Amma siz hakimiyyətə gəlməzdən öncə jurnalist, insan haqları müdafiəçisi olmusunuz və hətta siyasi məhbus kimi həbs yatmısınız. Yəni, insan haqlarına önəm verirsiniz. Mən bilmək istəyirəm, Azərbaycana əlinizi uzatmaq və sizdən əvvəlki liderlərdən fərqli olduğunuzu göstərmək üçün "keçmişdə, xüsusilə 1980-ci illərin sonları və 1990-cı illərin əvvəlində Ermənistan qüvvələri Dağlıq Qarabağda ciddi insan haqları pozuntularına yol veriblər, müharibə cinayətləri törədiblər" deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəcilər həmin cinayətləri qeydə alıblar. Siz onları etiraf etməyə və "üzr istəyirik" deməyə hazırsınızmı?

Nikol Paşinyan: İstənilən müharibə faciələr zənciridir. Məhz buna görə deyirik ki, gəlin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istənilən güc tətbiqi imkanlarından imtina edək. Hər hansı əmin-amanlıq kompromis deməkdir və Ermənistan həmişə kompromis getməyə hazır idi və indi də hazırdır.

Stephen Sackur: Mən sizə çox sadə sual verirəm, siz Ermənistan ordusu tərəfindən məsələn, Avropa İnsan Haqları Məhkəməsində siyahıya alınmış insan haqlarının pozulması hallarına görə barışma ruhunda "üzr istəyirəm" deyəcəksinizmi? Siz "üzr istəyirəm" deyəcəksinizmi?

Nikol Paşinyan - Avropa Məhkəməsinin azərbaycanlıların ermənilərə qarşı vəhşiliklərinə dair bənzər kataloqu var.

Qarabağ münaqişəsinin tarixçəsi ermənilərlə azərbaycanlıların birgə hazırladığı sənədli filmdə
Stephen Sackur: Amma mən azərbaycanlılarla danışmıram, mən sizinlə danışıram.

Nikol Paşinyan: İcazə verin sualınıza cavab verim. Və biz Sumqayıt hadisələrini də qeyd etməliyik. Bu, 1980-ci illərin sonlarına aiddir ki, Azərbaycan hökuməti və azərbaycanlılar, paytaxt Bakıda, Sumqayıt şəhərində ermənilərə qarşı poqromlar törədiblər. Məsələ budur.

Paşinyan, Hard Talk, BBC, qarabağ, xocalı
Stephen Sackur: Mən sadəcə bilmək istəyirdim ki, siz Ermənistan qüvvələri tərəfindən törədilmiş insan haqları pozuntuları üçün üzr istəməyə hazırsınızmı? Bu ki, çox sadədir - Bəli və ya Xeyr.

Nikol Paşinyan:Bu vəhşiliklərin kimin törətdiyini sübut etmək lazımdır və düşünürəm ki, Dağlıq Qarabağ erməniləri və Azərbaycan qurbanlardır və biz bunu isbat edə bilərik. Bütün hallarda, istənilən vaxt.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nikol Paşinyan: “Dağlıq Qarabağ münaqişəsi ancaq sülh yolu ilə həll edilə bilər” (VİDEO)

    Nikol Paşinyan: “Dağlıq Qarabağ münaqişəsi ancaq ...

    30-05-2018, 16:57

  • 
  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Ermənistan XİN rəsmisi

    İlham Əliyev və Nikol Paşinyan arasında görüş ...

    31-05-2018, 15:34

  • 
  • Paşinyan Azərbacanı MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ: “Biz niyə sülhə hazırlaşmalıyıq?”

    Paşinyan Azərbacanı MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ: “Biz ...

    7-06-2018, 18:16

  • 
  • “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi müdafiə edəcəyik”

    “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi ...

    4-04-2014, 16:51

  • 
  • İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşəcək – RƏSMİ

    İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşəcək ...

    27-03-2019, 13:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu