Ermənistanın baş naziri Nikol Paşinyan “Nemsova.Müsahibə” verilişin qonağı olub.
Janna Nemsova Paşinyanla bir sıra məsələlər barədə söhbət edib. Həmin müsahibədən bir hissəni oxuculara təqdim edirik:
Janna Nemsova: Ermənistanda baş verənləri necə adlandıraq? Cəmiyyətin təzyiqi ilə hakimiyyət dəyişikliyi yoxsa inqilab?
Nikol Paşinyan: Bu hakimiyyətin xalqa qaytarılması idi. Eyni zamanda xalq inqilabı idi. Həm də bunu “rəngli” inqilab da adlandırmaq olar. Bu hakimiyyət dəyişikliyinin arxasında böyük geo siyasi kontekst durur.
Janna Nemsova: Rusiya hökuməti digər post sovet ölkələrində hakimiyyət dəyişikliyinə biganə qalmır. Ermənistan məsələsində isə Putin heç bir şeyə müdaxilə etmədi.
Nikol Paşinyan: O ölkələrdə inqilabdan sonra xarici siyasət kursu dəyişdi. Amma biz əvvəldən bildirdik ki, Ermənistanın xarici siyasət kursu dəyişməyəcək. Janna Nemsova: Siz Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdınızmı?
Nikol Paşinyan: Təbii ki, danışdıq. Qeyd edim ki, bu məsələnin həllində yeganə yol sülh yolu ilə tənzimləmədir. Bu münaqişə sülh yolu ilə həll edilə bilməz.
Məncə bu Ermənistanın da, Rusiyanın dan prinsipal mövqeyidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?