GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Alı Alıyev Ceyhun Cəfərovun taleyini yaşaya bilər-“Kraun KO” şirkəti ilə icra başçısını nə bağlayır?-ARAŞDIRMA

Alı Alıyev Ceyhun Cəfərovun taleyini yaşaya bilər-“Kraun KO” şirkəti ilə icra başçısını nə bağlayır?-ARAŞDIRMA

Tarix: 20-08-2020, 11:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 685
Alı Alıyev Ceyhun Cəfərovun taleyini yaşaya bilər-“Kraun KO” şirkəti ilə icra başçısını nə bağlayır?-ARAŞDIRMA


İcra başçılarının məlum həbs dalğası və bir neçə rayonun rəhbərliyinə gənc kadrların təyinatı yerli idarəetmə orqanları ilə bağlı islahatların davamına ictimai inamı artırmaqdadır. Korrupsiyaya bulaşmış məmurların cəzalandırılacağına, kadr islahatlarının davamlı olacağına Füzuli ictiamiyyətində də yüksək əminlik var. Bu da səbəbsiz deyil. Səbəb isə 2011-ci ildən Füzuli rayonuna rəhbərlik edən Alı Alıyevin yumşaq desək rayon sakinlərinin “səbr kasasını daşırması”dır.

Xatırladaq ki, Füzuli rayon icra hakimiyyətinin hazırkı başçısı Alı Alıyev sovet dövrünün komsomol-partiya fəallarından olub. Keçmiş kommunistlərin tamamilə fərqli iqtisadi-siyasi formasiyada rəhbər kimi fəaliyyətinin tipik nümunəsidir Alı Alıyev. Kommunist dövründə komsomol komitəsində şöbə müdiri, partiya komitəsində təlimatçı kimi vəzifələrdə işləmiş, Leninin təbliği ilə məşğul olmuş bir sovet məmuru müstəqillik dövründə bir rayona rəhbərlik edir(?) Bunun nəticəsidir ki, Füzuli rayon sakinləri yerli idarəetmə orqanlarında biganəlik, süründürməçilikdən əziyyət çəkirlər. Bu istiqamətdə yenixeber.org-a daxil olmuş məlumatlara keçməzdən əvvəl cənab Alıyevlə bağlı bü günədək mediada yer alan məlumatlardan birini xatırlayaq...

Alı Alıyev dövlətin pulunu belə "yeyib"

“Bildirilir ki, icra başçısı tez-tez bu sayaq MMC-lər təsis edir və tenderlər də adətən bu şirkətlərin arasında bölüşdürülür. Konkret olaraq may ayında Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi və toplam maliyyə dəyəri 538 690 AZN olan 3 tenderin qalibi yeni yaranmış şirkətlər olub. Söhbət “Çinar-N” MMC (məbləğ 199 326 AZN), “Xəmsə-M.X” MMC (məbləğ 199 221 AZN) və “Ağçala-LM” MMC-dən (məbləğ 140 143 AZN) ilə bağlanan müqavilələrdən gedir.

Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və “sair xərclər" nəzərdə tutulub. Bu şirkətlərin üçü də cari ilin fevral ayında yaranıb. Yəni, yaranmalarından 2 ay sonra onlar iri məbləğli tenderlərin qalibi olublar.

“Çinar-N” MMC 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

“Xəmsə-M.X” MMC isə 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu şirkətlə “Çinar-N” MMC-nin hüquqi ünvanı üst-üstdə düşür. Yəni, “Xəmsə-M.X” MMC də Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğludur.

“Ağçala-LM” MMC-yə gəlincə, bu şirkət 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Emin Elşad oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. Bu şirkət də Füzuli rayon Kommunal Müəssisələr Kombinatının 191 000 manatlıq müqavilə imzaladığı “Qədim Yurd” MMC ilə eyni ünvanda yerləşir”. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/97389-ali-aliyevin-tender-emeliyyatlari-yaxud-yeni-yaranan-10-manatliq-mocuzevi-sirketler-.html)

Alı Alıyevlə bağlı mediada buna bənzər N sayda məlumatlar

sıralanıb. Maraqlıdır ki, dövlət vəsaitinin mövzu olduğu bu məlumatlar qarşı tərəfdən təkzib olunmayıb. Elə bu faktın özü də saysız suallar doğurur.

Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır...

Elə isə Alı Alıyev nədən bu qanunları görməzdən gəlib? “Yumurtadan dünən cik eləyib çıxmış” şirkətlərə yüzminlərlə dövlət vəsaitinin etibar edilməsini necə başa düşək”? Dövlətin məlum maliyyə-iqtisadi durumunda bu faktların hüquqi qiyməti niyə verilmir? Kimdir gözəgörünməz əlin sahibi? Və s.

“Kraun KO” şirkəti və Alı Alıyev

Füzuli rayonundan yenixeber.org-a daxil olan məlumatda həm də əkin sahələrinin rayon rəhbərliyi tərəfindən iri şirkətlərə satılmasından bəhs olunur. Məlumata görə rayonun erməni işğalında olmayan ərazisinin böyük bir hissəsi “Kraun KO” şirkətinə verilib. (Halbuki, Füzuli rayonunun işğal olunmamış ərazisində məskunlaşmış on minlərlə insanın əkib-becərməyə bir hektar da olsa torpağı yoxdur.) “Kraun-Ko” şirkəti ilə Alı Alıyevin bağlılığı haqqında ziddiyyətli məlumatlar dolanır. Əkin sahəsinin hansı qayda və razılaşmalarla rayona aidiyyatı olmayan şirkətə verilməsi araşdırılması vacib olan faktorlardır... Mövzu ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Məlumat üçün bildirək ki, “Kraun-Ko” şirkəti sabiq qalmaqallı deputat Əhəd Əhmədova bağlılığı ilə tanınıb. Rəsmi sənədlərdə rəhbəri Elman Həsənov adlı bir şəxs olan şirkətin 100 minlərlə ha torpaq sahəsinin olduğu bildirilir.

Alı Alıyevin bu vəzifəyə təyin olunana kimi rəisi olduğu Füzuli Rayon Suvarma Sistemləri İdarəsini də əvvəlki qaydada idarə etdiyi haqqında rayon saknləri arasında söhbətlər gəzir...

Rayon sakinləri arasında dolanan başlıca söz-söhbət isə yaxın günlərdə Alı Alıyevin dünən həbs olunan həmkarı Ceyhun Cəfərovun taleyini yaşaya biləcəyidir. Doqquz ildən artıqdır Füzuli rayonunun icra başçısı olaraq sahib olduğu əməllərin hesabının günlərin birində sorulacağı istisna olunmur.

Mövzunun davamı olacaq.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi - FOTO

    Vilayət Eyvazov icra başçısının oğluna vəzifə ...

    26-08-2019, 13:36

  • 
  • FÜZULİNİN İCRA BAŞÇISI MÜSAVATÇI İMİŞ – ŞOK İDDİA

    FÜZULİNİN İCRA BAŞÇISI MÜSAVATÇI İMİŞ – ŞOK İDDİA ...

    25-02-2016, 16:47

  • 
  • Alı Alıyev Füzulidə yas mərasimi qadağan etdi - ŞOK!!

    Alı Alıyev Füzulidə yas mərasimi qadağan etdi - ...

    19-08-2014, 17:49

  • 
  • DYP şefinin qardaşı da «qara siyahı»ya düşüb

    DYP şefinin qardaşı da «qara siyahı»ya düşüb ...

    23-08-2013, 14:47

  • 
  • Füzuli İcra Hakimiyyətində qalmaqal

    Füzuli İcra Hakimiyyətində qalmaqal ...

    8-07-2014, 13:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu