Alı Alıyevin niyə hələ də YAP-a üzv olmamasının səbəbi bilindi
Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Alıyevin barəsində yayılan qalmaqallı məlumatlar səngimək bilmir. Bu məmurun adı indiyə qədər bir çox qanuna zidd işlərdə çəkilib və o dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqda ittiham olunub. Buna baxmayaraq, icra başçısının barəsində hələ də heç bir ölçü götürülmür və bundan istifadə edən məmur qanunsuz əməllərini sıralayır. Aparılan araşdırmalar göstərir ki, Alı Alıyev hazırda iqtidar komandasında təmsil olunsa da, əvvəllər müxalifət düşərgəsində yer alıb. Yayılan məlumatlarda bildirilir ki, o vaxtı ilə hazırkı müxalifət partiyalarının birinin üzvü olub: «Alı Alıyev 90-cı ildən başlayaraq Füzulidə yüksək vəzifələrdə işləyib, hətta uzun müddət rayonda “Aqroprom”un sədri də olub. Onu yüksək vəzifəyə «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadə gətirib. Bir neçə il öncə Alı Alıyevin icra başçısı təyin edilməsində də Əhməd Əhmədzadənin xüsusi rolu olub. AXCP-Müsavat hakimiyyətə gəldiyi vaxtda Alı Alıyev Füzulidə tutduğu yüksək vəzifəsindən azad edilib. Lakin o, rayonda vəzifədə işləmək üçün rayon rəhbərliyinə müraciət edib. Həmin vaxt Alı Alıyevə iqtidar partiyasına üzv olmaq təklif edilir və o təklifi qəbul edir. Deyilənə görə, Müsavat partiyasına üzv olmaq üçün partiyanın rayon təşkilatına ərizə ilə müraciət edir və partiyaya üzv qəbul olunur». Adıçəkilən məmurla bağlı ən maraqlı məqam onun hələ də Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmamasıdır. Bildirək ki, bununla bağlı başçının tərcümeyi-halında heç bir məlumat yerləşdirilməyib. İddialara görə isə Alı Alıyev hələ də müsavatçıdır: «Bu barədə 1992-93-cü ildə Füzuli rayonunda rəhbərlikdə olan şəxslərdən soruşmaq olar. Həmin vaxt Alı Alıyev rayonda yüksək vəzifə tutub». Bu məsələ ətrafında araşdırmalarımız davam edir. Yaxın günlərdə icra başçısının Müsavat partiyasından aldığı vəsiqənin surətini təqdim edilməyə çalışılacaq.\ dosye.az\
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?