GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müştəriləri aldadan “Baku Electronics” haqqında — İLGİNC FAKTLAR

Müştəriləri aldadan “Baku Electronics” haqqında — İLGİNC FAKTLAR

Tarix: 22-08-2020, 10:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 851
Müştəriləri aldadan “Baku Electronics” haqqında — İLGİNC FAKTLAR


Azərbaycanda ölkə başçısı tərəfindən vətəndaş məmnunluğunun, operativlik, şəfafflıq, nəzakətlilik prinsiplərinin təmin edilməsi və sahibkarlığın inkişaf etdirilməsi ciddi addımlar atılsa da, hələ də bu sahədə xeyli problemlər qalmaqdadır.

Bu gün ölkədə sahibkarlara, iş adamlarına nə qədər güzəştlər edilib, onların fəaliyyətinə olan əngəllər aradan qaldırılsa da, sahibkarlıq subyektlərinin bəzilərinin vətəndaşlara xidməti sıfır dərəcəsindədir. Belə ki, sahibkarlar öz fəaliyyətlərində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik prinsiplərinə əməl etmək əvəzinə hər addımda bu qaydaları pozmaqla məşğuldurlar. Xüsusən də xidmət sahəsində, iri ticarət mərkəzlərində, şəbəkə dünkanlarda vətəndaşlara qarşı haqsızlığın, hüquqlarının kobud surətdə pozulduğuna, aldanıldığına şahidlik etməkdəyik. Bəzi işbazlar dəbdəbəli ticarət mərkəzləri açsalar da, ancaq xidmətləri çox aşağı səviyyədədir. Fəaliyyətlərini ancaq müştəriləri müxtəlif yollarla aldatmaq, cəlb etmək üzərində qurublar. Həmin ticarət mərkəzləri keyfiyyətli mallar satmaq əvəzinə, saxta, keyfiyyətsiz mal satmaqla müştəriləri aldadırlar. Bununla da haqlı vətəndaş narazılığı yaratmaqla məşğuldurlar. Müştərilərə aldığı mal xarab olduğu halda geri qaytarılması üçün maksimum 2 həftə vaxt qoyulur. Belə ticarət mərkəzlərində biri də “Baku Electronics” ticarət mərkəzidir. “Baku Electronics”in dəbdəbəli ticarət mərkəzlərinin olmasına baxmayaraq, orada satılan məhsullar heç də keyfiyyətli deyil. Bu ticarət mərkəzi də brend marka adı altında keyfiyyəti standartlara uyğun olmayan məhsulları vətəndaşlara satmaqdadır və bununla bağlı yetərincə faktlar sadalamaq olar. Konkret olaraq bir vətəndaş kimi 2020-ci ilin fevralında “Baku Eletronics”in “Azadlıq” prospekti ilə Naxçıvanı küçəsinin kəsişməsindəki mağazasında "Tefal" generator-ütü aldıq. Ütünü evə apardıqdan sonra xarab olduğunu elə həmin gün müəyyən etdik və geri qaytarıb, bir təsadüfdür deyibən yenisi ilə əvəzlədik. Yeni ütünü götürüb geri döndük. Bu ütünü də cəmi 3 dəfə istifadə etdik. Sonra bu ütünün də əvvəl aldığımız ütü kimi eyni yerdən nasazlığı yarandı. Pandemiya ilə bağlı ölkədə karantin rejimi tətbiq olunduğundan, daha doğrusu mart ayı və Novruz bayramı ərəfəsi olduğu üçün ütünü qaytara bilmədik. Martın sonunda isə iri ticarət mərkəzləri aprelin 20-dək fəaliyyəti dayandırıldı. Aprelin sonunda problemlə bağlı “Baku Electronics”ə müraciət etdik və onlar bizi “Azadlıq” prospekti1 16-da yerləşən “Baku Servis Company”ə yönləndirdilər. Bildirdilər ki, 2 həftədən sonra xarab olan malların yenidən təmirinə və geri qaytarılmasına onlar baxır. Biz də məhsulu mayın əvvəlində həmin servis xidmətinə gətirdik. Onlar da öz növbələrində bildirdilər ki, biz ancaq təmirə baxırıq, malın qaytarılmasına isə Əhməd Rəcəbli küçəsində yerləşən ximət mərkəzinə yolladılar. Orada da məsələni izah edib məhsulun geri qaytarılması üçün iki dəfə ərizə yazdıq. May ayından avqust ayınadək dəfələrlə problemin həlli ilə bağlı “Baku Electronics”ə müraciət edib, ərizə yazsaq da, nəticəsi olmayıb. Əvvəl bəhanə gətirdilər ki, bəs geri qaytarma vaxtından keçib. Sonra məhsulun ticarət görkəmi pozulub. İzah edəndə ki, 3 dəfə istifadə edilən məhsulun ticarət görkəmi necə dəyişə bilər?! Bu bahənə də əllərindən alındıqdan sonra indi deyirlər ki, istifadə zamanı gərək qaynar su tökərdiniz. Dedik ki, bizə belə bir şey deyilməyib və təlimatında da belə bir qeyd yoxdur. İndi isə deyirlər ki, əgər qaytarılarsa, müəyyən pul tutulacaq. Deyəndə ki, hansı əsasla pul tutulacaq, bunu da izah edə bilmirlər. Süründüməçilik prosesi hələ də davam etməkdədir. Odur ki, artıq hüquqi müstəvidə addım atmaq niyyətindəyik. Çünki bu müddət ərzində xeyli sayda insanın “Baku Electronics”in fırıldağının “qurbanı” olduğuna şahidi oldum. Bu barədə rəsmi qurumlara müraciət nəzərdə tutulur. Vətəndaş aldığı malın qısa müddətdən sonra xarab olduğu üçün müraciət edəndə, onlar da müştərini servisə yönəltməklə vəziyyətdən çıxırlar. Orada da vəziyyət heç ürəkaçan deyil. Ən ciddi problemlərlə müştəri elə oradaca üz-üzə qalır. Bir çox hallarda vətəndaş aldığı məhsulu təmir etdirməkdən yenisini almağı daha üstün tutur. Çünki insanlaırn çoxu istehlakçı və müştəri hüququndan xəbərsizdir. “Baku Electroncs” rəhbərliyi də bunu yaxşı bildiyindən müştəriləri istədiyi kimi aldada bilir və ya başlaırndan edirlər. Məhsul satılıb, xarab olsa da, geriyə qayıdışı mümkün deyil. Hansı ki, biz beynəlxalq prkatikadan bilirik ki, bir məhsulda eyni deffektlər olduğu halda həmin məhsul ya satışdan çıxarılır, yaxud da müştəriyə dəyən ziyan mal geri qaytarılmaqla ödənilir. Amma Azərbaycanda sahibkarlar bu qaydalara riayət etmir.

Ölkə başçısı sahibkarlara şərait yaradır ki, vətəndaşlara yaxşı xidmət etsinlər. Amma bax belə sahibkarlar müştəri məmnunluğu yaratmaq əvəzinə, narazıçılıq yaratmaqla, nəticə etibarı ilə vətəndaşları ölkə rəhbərindən narazı salırlar. Bu işbazların əsas fəaliyyəti hansı yolla olur-olsun pul qazanmaq və varlanmaqdır. Hansı ki, özünün imicini qorumaq istəyən, hörmət edən iri ticarət mərkəzi bu cür vətəndaşa xarab, keyfiyyətsiz məhsul satmaz! Xarab məhsuluna da sahib çıxmalıdır. Amma bu prinsiplərin heç birinə əməl olunmur. Digər bir fakta müraciət edim. Yaxın dostum və “Yeniçağ”mediaqrupunun rəhbəri Aqil Ələsgər də “Baku Electronics” fırıldağının qrubanı olub. Mağaza onun aldığı malı günlərlə gecikdirib. Artıq səbrləri dözə bilməyən Aqil Ələsgər avqustun 13-də məsələni sosial media vasitəsi ilə ictimailəşdirmək məcburiyyətində qalıb. Bu barədə öz facebook səhifəsində “Baku Elektronics”in fırıldağının qurbanı olduğunu belə ifadə edib: “Bir həftə öncə nağd və kreditlə aldığımız, iki gün ərzində gələcəyinə söz verdiyiniz, yay üçün vacib tələbat olmayan mallarımızı nə zaman gətirəcəksiniz? Üç gündür zəng etmədiyim qaynar xəttiniz qalmayıb və bu gün 143 xidmətiniz dedi ki, anbardan malınız çıxıb, maşındadır. Mənim malımı nə üçün sizin şoferlər maşınlarında Bakının sınıq-salxaq yollarında gəzdirməlidir? Sən özünü brend sayırsan, ancaq bu xidmətinlə özünü yalançı tacir kimi aparırsan. Küçədə beş manata "original" ətir satan çinli satıcılar belə ən azından malı sənə verir. Ancaq sən halal pulumuzla aldığımız məhsulu düz bir həftədir ki, gətirib çıxarmırsan. Heç utanırsan? Özünüzü şirkət adlandıra bilərsiniz, ancaq iki gün ərzində çatdıracağınızı söz verdiyiniz malı (təkrar edirəm ki, yayda tələbat çox olan mal olarsa, anlayışla qarşılayaram) 7 gün ərzində çatdıra bilmirsənsə, daimi müştəriniz olaraq, sizdən imtinanın vaxtının çatdığını düşünürəm...” Aqil Ələsgər avqustun 14-də statusunda isə rəsmi şikayət etsə də, onun müraciətinə baxan olmayıb. Heç telefonu qaldırıb, onu eşidən olmayıb. Könül Ayxan adlı sosial şəbəkə istifadəçisi də “Baku Electronics”in xidmətinin yartımaz olduğunda şikayətlənərək qeyd edib ki, nağd telefon alsa da, düz bir həftə incidilib: “Mən də nəğd telefon aldım, amma bir həftə incitdilər.Müştəri çoxdur, anbardan hələ gətirilməyib, kuryer ərazidədir yəqin bu gün gələr kimi sözlərlə incitdilər.Hələ nəğd pul verirəm belə edirlər. Üstündən bir həftə keçməmiş həmin telefon qurban bayramına görə endirimlə satılanda bir daha udar aldım bunlardan”. Bax “Baku Electronics” vətəndaşlara bu cür “xidmət” edir. Nəticə etibarı ilə insanları ölkə başçısının müştəri və vətəndaş məmnunluğu yaradılması istiqamətində yürütdüyü siyasətdən narazı salırlar. “Baku Electronics” bu yarıtmaz fəaliyyətinın “qurbanı” olan şəxslərin imzası ilə İqtisadiyyat Nazirilyinin Vergi Xidmətinə, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəsmi şikayət məktub hazırlanaraq göndəriləcək. /Ölkə.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni agentlik yaradılır

    Azərbaycanda yeni agentlik yaradılır ...

    10-08-2018, 21:25

  • 
  • İlham Əliyev 3 oliqarxın səlahiyyətini əlindən aldı

    İlham Əliyev 3 oliqarxın səlahiyyətini əlindən ...

    6-05-2016, 12:41

  • 
  • İlham Əliyev 3 oliqarxın səlahiyyətini əlindən aldı

    İlham Əliyev 3 oliqarxın səlahiyyətini əlindən ...

    10-05-2016, 22:37

  • 
  • Əcnəbilərin qeydiyyatı "ASAN"laşdı

    Əcnəbilərin qeydiyyatı "ASAN"laşdı ...

    21-05-2018, 14:03

  • 
  • Ramiz Həsənovun adamı sahibkarlara qan uddurur

    Ramiz Həsənovun adamı sahibkarlara qan uddurur ...

    27-08-2013, 16:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu