GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Topaz-ın çempionata sponsorluq etməsi doğrudurmu? - Qanusuzluq faktlarla

Topaz-ın çempionata sponsorluq etməsi doğrudurmu? - Qanusuzluq faktlarla

Tarix: 24-08-2020, 14:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 655
Topaz-ın çempionata sponsorluq etməsi doğrudurmu? - Qanusuzluq faktlarla


Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra, 1992-ci ildən ölkədə futbol çempionatı keçirilir. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir.

2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cu ilin sentyabrında "Unibank" və Peşəkar Futbol Liqası arasında sponsor müqaviləsi imzalanıb və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edilib. Bu əməkdaşlıq 3 il davam edib.

2012-ci ildən bu günə kimi isə Azərbaycan Premyer Liqasına "Topaz" bukmeker şirkəti sponsorluq edir.

Təbii ki, sponsor mərc oyunları şirkəti olanda biraz düşünməli olursan. Niyə? Çünki istənilən vəziyyətdə bukmeker kontorunun sponsoru olduğu çempionatda hansısa "oyunların döndüyü"ndün şüphələnməmək mümkün deyil.

“Topaz” Premyer Liqaya sponsorluq edə bilməz! - Qanusuzluq faktlarla

Araşdırma zamanı məlum olmuşdu ki, "Azərinteltek" QSC ƏDV (əlavə dəyər vergisi) ödəyicisi kimi qeydiyyatda deyil. Müəyyən müddət keçəndən sonra, yəni 2012-ci ilin dekabr ayında Milli Məclis vergi məcəlləsinə dəyişiklik edərək idman-mərc oyunlarını maliyyə fəaliyyəti xidməti dairəsinə salaraq "Topaz"ı 18%-lik "bəla"dan xilas elədi.

Özünü tərifləmək olmasın, həmin yazı "Azərinteltek"in kürkünə birə salmışdı, "qaşınırdı". Deputatlar sağ olsun, "Azərinteltek"i yaxşı "qaşıdılar".

Deputatlar "Azərinteltek"i necə "qaşıdı"?

Həmin yazıdan sonra qanunvericilikdə başqa bir dəyişiklik də edilmişdi: hər hansı bir müəssisənin təsisçiləri və nizamnamə kapitalı haqqında məlumat kommersiya sirri sayıldı. Yaxşı ki, həmin vaxtı "Azərinteltek"in təsisçiləri və nizamnamə kapitalı haqqında məlumatı əldə etmişdim, yoxsa bu yazını yazmaqda çox əziyyət çəkəcəkdim. Atalar belə yerdə "saxla samanı, gələr zamanı" deyib.

Keçək yazının əsas məqsədinə. Türkiyə prezidenti kimi iddia edib, özümdən Amerika kəşf etmirəm: idman-mərc oyunlarının "çirkli pullar"ın yuyulması üçün kollektor rolunu oynaması danılmaz faktdı.

"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 7-ci maddəsi yada düşür

Azərbaycanda futbol üzrə milli çempionatın sponsoru "Topaz"dı. Yəni "Topaz" markasının sahibi "Azərinteltek" QSC-di. Sponsorluq kənardan çox normal görsənə bilərdi. "Azərinteltek" QSC-nin təsisçilərini tanımasaydıq. "Təkrar biliyin anasıdı" prinsipinə sadiq qalaraq səhmdar cəmiyyətin təsisçilərinin siyahısını bir daha təqdim edirəm: "Baltech İnvestment" Məhdud Məsuliyyətli Cəmiyyəti, "İdeal Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti və Türkiyə Respublikasında qeydiyyatdan keçmiş İnteltek İnternet Teknoloji Yatırım və Danışmanlık Ticaret A.Ş. Şirkəti.

"Azərİnteltek"in təşkilati-hüquqi forması qapalı səhdar cəmiyyət olduğu üçün məcburən müşahidə şurası yaratmalı idilər. "Azərİnteltek"də qanunun bu tələbinə hörmətlə yanaşaraq Məmmədov Kənan Hafiz oğlunu səhmdar cəmiyyətinin müşahidə şurasının sədri "seçiblər". Burda mütləq qeyd eləməyi özümə borc bilirəm ki, Kənan Məmmədov "Bakı" futbol klubunun prezidenti, AFFA İcrayyə Komitəsinin üzvü Hafiz Məmmədovun oğludu

Məhz bu hissədə "Topaz"ın Premyer Liqaya sponsorluq etməsi "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsini yada salır (bildirirəm ki, ixtisasca hüquqşunasam və Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüyəm.

Bu səbəbdən qanunlara xüsusi marağım var). Həmin maddədə göstərilir ki, yaxın qohumların birgə işləməsinə yol verilmir. Haqlı olaraq sual verə bilərsiz ki, "Azərinteltek" QSC kommersiya qurumudu və "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun bura nə aidiyyatı ola bilər?

Qeyd etməyi özümə borc bilirəm ki, həmin qanunun 2.1.7-ci maddəsində göstərilir ki, yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləridi.

Qanunun bu maddələriylə vaxtınızı çox almayım. Qeyd etdiyim kimi, "Topaz" markası Azərbaycan Premyer Liqasının sponsorudu. Premyer Liqada çıxış edən "Bakı" futbol klubunun prezidenti və AFFA İcrayyə Komitəsinin üzvü Hafiz Məmmədovun oğlu Kənan Məmmədov "Topaz" markasının sahibi "Azərinteltek" QSC-nin müşahidə şurasının sədridi. Bunu qeyd etməkdə məqsədim oxuculara durumu tam çılpaqlığı ilə izah etməkdi. Nəticə çıxarmağı da sizin öhdənizə buraxmıram.

AFFA UEFA-nı da saymadı…

Çünki… Zaman-zaman Premyer Liqada oyunların alınıb-satılması haqqında mətbuatda informasiyalar gedib. Bu informasiyaların nə qədər doğru olub-olmadığını araşdırmaq bizim yox, hüquq-mühafizə orqanlarının işidi. Amma və ancaq bu günə kimi bu cür informasiyaların yoxlanılması baş verməyib.

Baxmayaraq ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 46-cı maddəsində cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri sırasında kütləvi informasiya vasitəsinin məlumatları da daxildi. Dəfələrlə bu cür informasiyalardan sonra AFFA rəhbərliyinə ünvanlanmış suallara ümumi şəkildə "araşdıracağıq", "məlumat verəcəyik" cavabları verilib.

Hətta iş o yerə çatdı ki, AFFA UEFA-nın da tələbini nəzərə almadı. Belə ki, UEFA Azərbaycan Premyer Liqasında keçirilmiş bir sıra oyunların nəticələrinin şübhəli olduğunu əsas gətirərək, məsələnin araşdırılmasını tələb etmişdi.

Şübhəli oyunlardan 3-ü isə "Azərinteltek" QSC-nin müşahidə şurasının sədri Kənan Məmmədovun atası Hafiz Məmmədovun prezidenti olduğu "Bakı"nın öz meydanında keçirdiyi və məğlub olduğu qarşılaşmalar idi. Həmin qarşılaşmaların hər üçündə "Bakı" öz qapısından üç top buraxaraq məğlub olmuşdu. O cümlədən zəif "Kəpəz"lə oyunda da. Bu da haqlı olaraq Premyer Liqanın keçirilməsində korrupsiya hallarının olmasına şübhələr yaradır!

Bu araşdırmanı hələ ki, burda saxlayaq. Həm oxucunu yormayım, həm də ilin axırıdı, 2012-ci ildə olduğu kimi, deputatlarımızı yenə qanunvericiliyə dəyişiklik etmək məcburiyyətində qoymayım.

“Hafka”nın oğlunun QSC-sində milyonlarla bağlı ilginc iddialar


Bir müddət əvvəl ölkənin bukmeker kontoru - "Topaz"ın futbol üzrə Azərbaycan Premyer Liqasına sponsorluq etməsinin qanunsuz olduğuna dair iddialar ortaya atılmışdı. Bu dəfə isə “Topaz”ın sahibi "Azərinteltek" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) çempionata "sponsorluğundan" əldə etdiyi milyonlarla bağlı ilginc iddialar səsləndirilib.

İddiaların müəllifi isə yenə hüquqşünas Mehman Muradlıdır. O bildirib ki, "Topaz" məlum "sponsorluğun" ilk ilində 700-800 min manat məbləğində vəsaitin havaya üfürlməsinə nail olub. “Bu rəqəmi "qumarxana" özü açıqlayıb” deyən hüquqşünas daha sonra bunları əlavə edib: “”Topaz"ın çempionat oyunlarının yayımı üçün ödədiyi məbləği hesablamamışdan əvvəl respublikada kütləvi baxılan verilişlərin qiymətinə ekskurs edək.

Ölkədə baxılan ən kütləvi verilişlər prezident seçkiləri vaxtı namizədlərin televiziya çıxışları olur. Həmin çıxışların qiyməti isə hər 3 saat üçün 10 000 manatdan yuxarı olmur.

Bu mövsümə qədər milli çempionatda 10 komanda çıxış edirdi. Hər tur 5 qarşılaşma olurdu ki, bunlardan da ən çox 3-ü televiziyada göstərilirdi. Tur olurdu ki, ümumiyyətlə heç bir oyun göstərilmirdi. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin xatirinə hesab edək ki, mövsüm ərzində 90 oyun göstərilib. 90 oyunun televiziya yayımına da xərclənsin 180 min manat.

Xərclər qrafasına çempionatın təşkili üçün hakimlərə, hakim-inspektorlara ödənilən qonorar da deyək ki, olsun 200 min manat. Nə qədər alındı? Oyunların yayımı üçün televiziyaya ödənilən rüşvətlə birgə oldu 380 min manat.

Gələk PFL-in kobud desək, saxlanılmasına. Acınacaqlı olsa da, qeyd etməliyik ki, PFL xərclərlə bağlı hesabat vermək istəmir.

Baxmayaraq ki, qeyri-hökumət təşkilatı olan PFL buna borcludu. Hesabatın verilməməsinin yeganə səbəbi isə PFL-ə daxil olan məbləğin bölüşdürülməsidi. Nəzərə alsaq ki, PFL-də 18 işçi var (nəsə bu 18 rəqəmində bir mistika var) və onların orta əməkhaqqını aylıq maksimum 700 manatdan hesablasaq, bu da il ərzində 108 min manatdan çox olmayacaq.

Yüngülvari hesablamaya görə, çempionatın təşkilinə il ərzində 500 min manata yaxın pul xərclənir. Baxmayaraq ki, "Topaz" ilk dəfə 700 min, daha sonra 800 min, bu il isə 1 200 000 manat pul "xərcləyib".

Bu rəqəmi PFL-in prezidenti Ramin Musayev özü açıqlayıb, müsahibələrinin birində deyib . Elə həmin müsahibədə Ramin müəllim PFL-in büdcəsinə gələn digər daxilolmalardan da danışıb. O daxilolmalar legioner oyunçular üçün ödənilən rüsumlar və cərimələrdən əldə edilir.

Yüngülvari hesablamalara görə, bu yolla da PFL-in büdcəsinə il ərzində təxminən 1 milyon manata yaxın vəsait daxil olur. Təkcə elə bu vəsait çempionatın keçirilməsinə geninə-boluna bəs edir. Məntiqi olaraq ortaya sual çıxır:


Onda "Topaz"ın "ödədiyi" vəsait hara xərclənir?


Burda iki ehtimal var. Birinci ehtimal ondan ibarətdi ki, "Topaz" gözə kül üfürməklə məşğuldu və çempionata sponsorluq eləmir. İkinci ehtimal isə daha maraqlı və ağlabatandı: "Azərinteltek" QSC PFL vasitəsiylə pulu nağdlaşdırır. Vergi cinayətkarları buna "obnaliçka" deyir.

İqtisadiyyatın qara sahəsindən xəbəri olanlar bunun nə olduğunu gözəl bilir. Faktiki olaraq "Topaz"ın Premyer Liqaya sponsorluq üçün ödədiyi vəsait nağd şəkildə "Azərinteltek"ə qaytarılır. Əlbəttə ki, müəyyən faizi PFL rəhbərliyinə çatmaq şərtiylə”.

Hüquqşünas bu yöndə araşdırmalarını davam etdirib yeni iddialar ortaya atacağının da anonsunu verib.

Onu da qeyd edək ki, “adıçəkilən QSC-nin Müşahidə Şurasının sədri "Bakı" futbol klubunun prezidenti, AFFA İcrayyə Komitəsinin üzvü, qalmaqallı iş adamı, “Baghlan Group” şirkətlər qrupunun rəhbəri, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur.

Cavid Qurbanov "TOPAZ"ın sahibinə çevrildi

Türkiyənin "Turkcell" şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın "Azerinteltek" şirkətindəki payını "Baltech Investment" MMC şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra "Baltech İnvestment"nin "Azerinteltek" şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcəkdir.

"Marja" xəbər verir ki, "Turkcell" şikəti "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin (İnteltek) kapitalının 55%-nə sahibdir. "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ" isə Azərbaycanda fəaliyyət göstərən "Azerinteltek" şirkətinin 51%-nə sahib idi.

"Şirkətimizin (Turkcell-in) 55%-nə ortaq olduğu "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin, "Azerinteltek"də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, "Azerinteltek"in 24,5 faiz ilə səhmdarı olan "Baltech Investment"ə 19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilmişdir", - "Turkcell"dən bildirilib.



Qeyd edək ki, "TOPAZ”ın səhmlərinin 75 faizini Cavid Qurbanovun əldə etdiyinə dair məlumatı Türkiyədəki mənbələr də təsdiqləyib. Mənbənin mətbuta vrdiyi məlumata görə, "TOPAZ”ın 51 faizlik səhminə 19,5 milyon avro (təxminən 38 milyon manat) ödəyən bu şirkətin gerçək sahibi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovdu. Bu isə o deməkdir ki, baş dəmiryolçu "TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.

""Turkcell"in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki, 19,5 milyon avroluq alqı-satqı müqaviləsi şirkətin maraq dairəsində olub. Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun "Baltech Investment LLC” vasitəsilə "Turkcell"ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın "qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib" deyə məlumatda bildirilib.

“Azerinteltek” şirkətinin qalan 24,5 faizinin isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olduğu bildirilirdi.

Belə ki, Cavid Qurbanov “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun “Azerinteltek” QSC-dəki 24,5 faiz səhmlərinə əl qoyub. İddiaya görə Cavid Qurbanov “Hafka” nın səhmlərini ona məxsus “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Dəmir Yolları QSC-yə olan 42 milyonluq borcunun bir hissəsi ilə əvəzləyib. Hazırda “Azerinteltek” QSC-nin İdarə Heyətində dəyişiklik olduğu və qurumu Cavid Qurbanovun işçilərindən birinin idarə etdiyi bildirilir.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Baghlan Group” FZCO və “Trans Qafqaz Transport” MMC şirkətlərini öhdəliklərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə vermişdi. Məhkəmə prosesində ADY-nin nümayəndəsi, vəkil İlqar Abbasov çıxış edərək demişdi ki, ““Baghlan Group” rəsmi olaraq “Trans Qafqaz Transport” un təsisçisi olub. Şirkətin rəhbəri Hafiz Məmmədov “Dəmir Yolları İdarəsi” tərəfindən onlara “TQT”yə köçürülən 42 milyon manat pulu “Baghlan Group”un hesabına keçirib və həmin pullar ofşor hesablara çıxarılaraq orada bölüşdürülüb”. Bundan başqa vəkil İlqar Abbasov çıxışında Hafiz Məmmədovun “ADY”nin 47 maşınını Naxçıvana apararaq orada gizlətdiyini bildirmişdi.

“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun Azərbaycan Dəmir Yolları QSC-yə olan borcunu ödəmək istəmədiyini görən Cavid Qurbanov yerdə qalan səhm paketlərini də borc əvəzi ondan məcburən alıb. Hafiz Məmmədovun Cavid Qurbanovun bu hərəkətindən narazı olmasına baxmayaraq məcburən səssiz qaldığı bildirilir…

51 faizlik səhm üçün 19,5 milyon avro ödəyən “Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub. Türkiyənin Kommersiya Qurumlarının Dövlət Reysterində Vüsal Yusif oğlu Aslanovun adı hallanır. Bu şəxs Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib. Sonradan həmin şirkətin Azərbaycan qolu yaradılıb. Şirkətin məlumatında deyilir ki, “Baltech Grup” fərqli iş sahələrində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bir şirkətlər toplusudur.

Vüsal Aslanovun Cavid Qurbanovun adamı kimi tanınması “Topaz”ın da məhz baş dəmiryolçuya məxsusluğuna əsas yaradır.

İşin Vüsal Aslanova həvalə edilməsinin başqa səbəbi də var: “Vüsal Aslanov bu işləri daha yaxşı bilir. Vaxtilə “Azərinteltek” QSC-nin İdarə Heyətinin üzvü olub. Ona görə də Cavid Qurbanov onu mərc oyunlarına cavabdeh təyin edib”.

38 yaşlı Vüsal Aslanov 2010-2014 illərdə mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Onun hər gün bir neçə dəfə “Azərinteltek” QSC-nin baş ofisinə gələrək, işlərin hansı vəziyyətdə olduğunu yoxladığı deyilir. “Topaz”ın maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. Vəsilə Abulovanın həm də “Azərreyl” Voleybol Klubunun baş mühasibi olduğu bildirilir.

Onu da qeyd edək ki, "Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

"Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb./azerinfo.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​"Qarabağ" "Neftçi"yə qalib gəldi

    ​"Qarabağ" "Neftçi"yə qalib ...

    2-12-2017, 00:47

  • 
  • Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA  "Hələ ki, qadağa

    Azərbaycan Premyer Liqası yenidən təxirə ...

    4-06-2020, 10:01

  • 
  • Premyer Liqamızda iki oyunun vaxtı dəyişdi

    Premyer Liqamızda iki oyunun vaxtı dəyişdi ...

    13-10-2015, 12:38

  • 
  • Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib

    Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun ...

    19-08-2019, 11:00

  • 
  • Günün matçlarını yayımlayacaq kanallar

    Günün matçlarını yayımlayacaq kanallar ...

    15-04-2017, 14:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu