Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, Premyer Liqanın VIII turunun "Neftçi" - "Qəbələ" matçının bir gün tez keçirilməsini xahiş edib.
Qol.az-ın xəbərinə görə, bu haqda PFL-in saytı məlumat yayıb.
Bildirilir ki, "Qəbələ"nin mötəbər turnirdəki çıxışını və canlı yayımı nəzərə alan PFL VIII turun oyun cədvəlində dəyişiklik edib. "Neftçi" - "Qəbələ" matçı 18 oktyabr 2015-ci il tarixindən 17 oktyabr 2015-ci il tarixinə keçirilib. Canlı yayımla əlaqədar olaraq "Sumqayıt" - "İnter" matçı 17 oktyabrda deyil, 18 oktyabr tarixində baş tutacaq.
Sorğu
Yeni dizaynımız necədir?