Göyçay rayon icra başçısı Mehdi Səlimzadədən gələn şikayətlərin ardı-arası kəsilmir. Demək olar ki, hər gün müxtəlif ünvanlardan M.Səlimzadə haqda şikayət məktubu daxil olur.
GundemXeber.Az bildirir ki, azerinfo.tv-nin ünvanına göndərilmiş son şikayət isə daha ilgincdir. Sən demə icra başçısı rayon ərazisində baş vermiş kriminal olaylara müdaxilə edir. Lazım gələndə tərəfləri “barışdırır”, sözə qulaq asmayanları mafiya üslubunda cəzalandırır. Bəli, düz eşitdiniz. Söhbət İtaliyadan yox, Göyçaydan gedir. Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu başçının qəzəbinə tuş gəlib və həyatı üçün real təhlükə yaranıb. O deyir ki, bir müddət əvvəl həmkəndliləri arasında ədavət yaranıb. Bu səbəbdən həmin adamlar onun səsini yazıb şantaj ediblər,bu da onları söyüb. Sonra Səbuhini bir dəfə avtomobillə vurublar. Başqa bir vaxt üstünə 5 nəfər tökülərək döyüblər. Nəticədə zərərçəkənin qolu sınıb, bədəninin diğər yerlərində xəsarətlər olub. Vətəndaş hadisə ilə bağlı şikayət edib. Bununla bağlı Göyçay Polis Şöbəsində təhqiqat başlanıb. Səbuhi Quliyev deyir ki, qarşı tərəf rayonda imkanlı nəsil kimi tanınır. Bir gün icra başçısı Mehdi Səlimzadə məni yanına çağırdı. Mənə kabinetdə “Sən bu məsələdən keçməlisən, barışmalısan. Burdan get birbaşa Göyçay Polis Şöbəsinin rəisinin yanına, orda barışıq ərizəsi yaz, sonra get evinə” dedi. Səbuhi Quliyev başçının dediyinə əməl etmir. Polis şöbəsinə yox, evinə gedir: “ Barışmaq istəmirdim. Mənə qarşı çox haqsızlıqlar etmişdilər. Yaqin ki, bu icra başçısının xoşuna gəlmədi. Yəni sözünü eşitmədim. Amma bunun məsələyə nə dəxli var axı?
Rayon ərazisində gündə 100 nəfər adam dalaşır. Onun hamısını icra başçısı barışdırmır ki, nə marağı var axı bunda? Məlmatlar alırdım ki, məni tutdurmaqla hədələyib. 17 iyun tarixində Göyçay İH-də Kənd Təsərrüfatı İdarəsinin müdiri Elçin İsmayılov mənə zəng etdi ki, qardaş axşam kənddə olacam,mənə qulluq edə bilərsənmi? Öz-özümə dedim nə olar ki, qarşılayım, insandı da. Elçin gəldi, gedib kənddə kafedə oturduq. Yanımızda polis əməkdaşı Tural Nuriyev və Natiq adlı başqa bir polis də bizimlə oturdular. Süfrə açıldı, yemək yedik, araq da içdik. Axşam vaxtıdı, istirahət edirik. Birdən mənimlə dalaşanlardan birinin satıcısı stolumuza yaxınlaşdı. Qayıtdı ki, bəs sən mənim anamın şəklini facebooka qoymusan, filan eləmisən və sairə. Dedim sənin ananın 90 yaşı var,heç gördüyüm yadıma gəlmir.Mən şəkil zad qoymamışam, niyyətini de,çıx get. Baxdım ki, dalaşdıqlarımdan bəziləri qıraqdan video ilə çəkir ki, görüm bunu vuracammı.Yəni mənə konkret cinayət işi hazırlanırdı. Mən də heç nə etmədim. Əlimi atdım ki, 102 xidmətinə zəng edim. Elçin İsmayılov telefonu əlimdən aldı ki, rayon rəhbərinə məruzə edəcəm ki, Səbuhini şərləyirlər. Dedim yaxşı onda məni maşınla düşürt evə. Dedi tələsmə. Az sonra polislər yaxınlaşdı. Məni apardılar Polis Şöbəsinə, ordan da Göyçay Rayon Məhkəməsinə. Məni incibati qaydada həbs etdilər. Məhkəmədə Elçin İsmayılovu şahid kimi çağırdım gəlmədi, nə də Şəki Apelyasiya Məhkəməsinə gəlmədi. Həbsim Mehdi Səlimzadə tərəfindən sifariş verilib. İcraçısı da Elçin İsmayılov idi.”
Sorğu
Yeni dizaynımız necədir?