GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ÖZÜ BOYDA ÜRƏYİ OLAN ADAM!

ÖZÜ BOYDA ÜRƏYİ OLAN ADAM!

Tarix: 29-08-2020, 10:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 947
ÖZÜ BOYDA ÜRƏYİ OLAN ADAM!


Deyilər ki, hər bir adamın ürəyi onun yumruğu boydadır. Lakin Onu tanıyandan bu fikrin yanlış olduğunu anladım. Çünki, O, cılız bədəninin kiçik yumruğu boyda olan ürəyi ilə Tanrının qismətinə yazdığı taleyi yaşayammazdı, çətinlikərə sinə gərəmməzdi, ağrıları, acıları çəkəmməzdi, məşəqqətlərə dözəmməzdi.O boyda Millət sevgisi, Vətən yanğısı bir yumruq boyda ürəyə sığışammazdı. Yumruq boyda ürəyi olan adam yurd itkisiylə, on illik zindan əzabıyla, qardaş və ömür-gün yoldaşının ölümüylə, haqsız ittihamlarla 71 il yaşaya bilməzdi.

Söhbət milli azadlıq hərakatının liderlərindən biri, keçmiş Daxili İşlər naziri, polis general-leytenantı İskəndər Məcid oğlu Həmidovdan gedir.
Ona qarşı münasibət heç vaxt birmənalı olmayıb. Onun müsbət cəhətləri çox idi, hər bir insan övladı kimi qüsurlardan da xali deyildi. Həmişə diqqət mərkəzində olması səbəbindən daima müzakirə obyekti idi. Milyonlarla tərifləyəni olduğu kimi minlərlə tənqidçisi də varıydı, yüz minlərlə sevəni ilə yanaşı onlarla nifrət edəni də tapılırdı. Çılğınlığından, dəliqanlılığından doğan səhvləri də olurdu, lakin saflığı, millətçiliyi, vətənpərvərliyi bu səhvləri öz içində "əridirdi.”

O, bir çox ilklərə imza atdı:

Dünyanı lərzəyə salan nəhəng imperiyanın Daxili İşlər nazirinin müavininin görüşmək üçün ona uzatdığı qanlı əli sıxmaqdan imtina edən ilk milis zabiti.

Tabeliyində olan milislərlə (polislərlə) bir səngərdə daşnaqlara qarşı döyüşən ilk Daxili İşlər naziri. Onun nazir olduğu dövrdə milisin yalnız adı dəyişmədi, həm də ictimai rəydə milis (polis) haqqında streotiplər dəyişdi, polis öz xalqının namusunu qoruyan övladı oldu, xalqın polisdən qorunmasına ehtiyac qalmadı.

İşğalçılarla bilavasitə döyüşdə kürəyində mərmi qəlpəsi ilə zədə alan ilk nazir.

Cinayətkarlara qarşı əməliyyatlarda bilavasitə iştirak dən nazir.

Milli hissiyyatı ilə oynayan jurnalisti "samosud” edən nazir.

Baş nazirin iştirakı ilə keçirilən dövlət televiziyasının canlı efirinə çıxıb, verilişi dayandıran nazir.

Könüllü olaraq vəzifəsindən "Əcdadının qəbiri erməni dığasının atının tapdağında olan adam bir ölkənin Daxili İşlər naziri ola bilməz. Bu ona da, Dövlətinə də söyüş olar” deyə istefa edən nazir.

O millətini sevirdi, Oğrusunu da, kriminalını da, təki xalqına bağlı olsun.

O Vətənini sevirdi, ölkəsini qarış-qarış tanıyırdı. Ən ucqar kəndləri belə sanki xəritəyə baxırmış kimi sadalayırdı. İnanclı adam, namaz əhli olsa da, Şuşanı Məkkə sanırdı.

O dilini sevirdi, Allahı Tanrı çağırırdı.

Özünü dərk edəndən siyasi mübarizənin içində , daha sonralar önündə olsa da, heç vaxt siyasətçi olammadı. Xarakteri Ona şəraitə uyğun davranmağa, dəyişməyə imkan vermirdi. O, kiməsə yarınmağı bacarmırdı, düşündüyünü deyirdi, fikirləşdiyini edirdi. O başqalaşa bilmirdi...

O, O idi.. O, Özüydü... Özü boyda ürəyi olan İskəndər idi...

Mən onunla bir neçə dəfə telefonla, iki dəfə şəxsən görüşmüşəm.

Sonuncu dəfə görüşəndə müalicədən təzə qayıtmışdı. Qayğılıydı, fikri dağınıqdı, gözləri yol çəkirdi. Özümdən asılı olmayaraq əklə "Cənab General! Sən Kəlbəcərə xəyanət edə bilməzzsən! Qarabağı azad etmədən ölə bilməzzsən! Buna haqqın yoxdur!” Sözümün ağırlığından və səsimin tonundan utandım, əllərindən tutdum. Siqaret istədi, iki qullab aldı, öskürdü, yerə atdı. Qalxıb, "Sənə İstisuda qonaqlıq vermədən öldü yoxdu! Slovo Generala!” Hiss etdim ki, bu son görüş idi.

Çox keçmədən xəstələndi. Övladlarını tanımadığımdan Əvəz Zeynallının, Adil Qeybullanın f/b səhifəsi vasitəsi ilə səhhətindən məlumat alırdım. Dəfnindən gec xəbər tutdum. Xəstə olduğumdan iştirak edə bilmədim.

Dünyasını dəyişənə "Rahat uyu” deyərlər. Sağlığında qəlbi rahat olmayan bu adamın ruhu Qarabağ səmasında narahat-narahat gəzir, dolaşır. O Ruh Qarabağ azad olmadan, şəhidlərin qisası alınmadan rahatlıq tapa bilməz!

Əlvida demirəm, Hələlik deyirəm, cənab General! Görüş yerini dəyişmək olmaz. Yerini sən müəyyən etdin, vaxtını mən təyin edirəm: Bozqurdların ulartısı (nərəsi) Qarabağda çaqqallların ulaşmasını batıran günü İstisuda görüşənədək!

Yalnız ondan sonra Sənə "Ruhun şad olsun, rahat uyu, ey Millət sevdalı, Vətən həsrətli Dağlar oğlu” deyəcəyəm.

Təyyar Abbaslı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “GÜLƏR ƏHMƏDOVA YAP-a ÖZÜ BOYDA QARA LƏKƏDİR”- Gültəkin Hacıbəylidən sərt cavab

    “GÜLƏR ƏHMƏDOVA YAP-a ÖZÜ BOYDA QARA LƏKƏDİR”- ...

    6-02-2014, 22:55

  • 
  • Ürəyi döyünən və nəfəs alan robot

    Ürəyi döyünən və nəfəs alan robot ...

    14-10-2013, 09:23

  • 
  • "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir"

    "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin ...

    23-02-2016, 16:40

  • 
  • Məhəbbət Kazımovun dəfnində tanınmış müğənninin ürəyi getdi

    Məhəbbət Kazımovun dəfnində tanınmış müğənninin ...

    28-01-2014, 13:30

  • 
  • “Az qalır adamın ürəyi partlasın…” – Abid Şərifov

    “Az qalır adamın ürəyi partlasın…” – Abid Şərifov ...

    20-12-2016, 20:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu