Hazırda Türkiyədə müəlicə adı ilə müəyyən prosesləri yola verməyə çalışan və böyük ustalıqla keçmiş PA rəhbəri Ramiz Mehdiyevin məlum toy qalmaqalından kənarda durmağa müvəffəq olan PA-nın sabiq şöbə müdiri Əli Həsənovun obyetkləri barədə yerli KİV-də yetərincə informasiyalar verilib. GundemXeber.Az xəbər verir ki, DİA.AZ bu dəfə Əli Həsənovun obyektlərindən növbətisi haqda müəyyən araşdırmalar apardı. Məlum oldu ki, keçən günlərdə "Əli Həsənov "Azərbaycan" Dövlət Nəşriyyatının ərazisini ələ keçirib" iddiaları əsassız deyilmiş.
Redaksiyamızı bilgiləndirən mötəbər mənbə olduqca ilginc məqamlara toxunub. Məlum olur ki, sən demə, dövlət nəşriyyatının zəbt olunmuş ərazisində tikilən obyektlərdən birində hələ də Dövlət Gömrük Komitəsinin mühüm bir strukturu - DGK Əməliyyat və İstintaq Baş İdarəsi icraədar olaraq yerləşməkdədir.
Bu barədə mənbənin bildirdiyinə görə, zamanında Əli Həsənovla ölkənin baş gömrükçüsü Səfər Mehdiyevin ortaqlığı nəticəsində DGK Əməliyyat və İstintaq Baş İdarəsi keçmiş şöbə müdirinə məxsus binanı olduqca baha qiymətə icarəyə götürüb.
Məlumatı verən mənbə bildirir: "Əslində bu icarədarlıq Səfər Mehdiyevin Əli Həsənovun könlünü alması üçün hesablanmış gediş idi. Çünki Səfər Mehdiyevin özünə məxsus onlarla belə obyektlər var və DGK sədrinin imkanı var idi ki, öz binalarının biri ilə icarə müqaviləsi bağlatdırıb, büdcədən cibinə əlavə pullar mənimsəsin. Amma Səfər Mehdiyev hər ay 40 min manat Əli Həsənovun binasına ona görə icarə pulu verirdi ki, bu, onun üzərinə öhdəlik kimi qoyulmuşdu və buna qarşılıq olaraq da Əli Həsənov Səfər Mehdiyevin media himayədarlığını həyata keçirirdi.
Günü bu gün də Səfər Mehdiyev məhz Əli Həsənovun cızdığı xəttlə hərəkət edir və məhz Əli Həsənovun dəst-xəttində olan KİV-lər DGK-nın media tərəfdaşı kimi bu dövlət qurumu ilə əməkdaşlıq edirlər".
Məlumatı verən mənbə DİA.AZ-a bildirir ki, Səfər Mehdiyevin göstərişi ilə hər ay icraəhaqqı olaraq Əli Həsənovun oğlu Şamxal Həsənlinin hesabına 40 min manat pul köçürülür: "Günü bu gün də sözügedən əməkdaşlıq davam edir. Halbuki dövlət büdcəsini bu qədər yükləmək əvəzinə daha münasib qiymətə bina da kirayələmək olardı. Görünür ki, müqavilənin hələ də qüvvədə olması Səfər Mehdiyevin Əli Həsənova olan sədaqətinin təcəssümü kimi qəbul edilməlidir. Əslində, Əli Həsənova yox, onun da sahibi olan Ramiz Mehdiyevə..."
İddia olunan məqamla bağlı bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?