Prezident Adminitrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla bağlı ilginc informasiya yayılıb. GundemXeber.Az-ın DİA.AZ- istinadən məlumatına görə, bu dəfə Əli Həsənovun media baronu qismində çıxış etdiyi deyilir.
Məlumatlara görə, Əli Həsənov keçmişdən saxladığı trollarının bəzilərinin əli ilə yeni-yeni saytlar yaradıb. Təxminən 10-yaxın saytın yaradılmasında hansı məqsədin güdüldüyü bəlli deyil.
Mənbə iddia edir ki, Əli Həsənovun göstərişi ilə yaradılan saytların əksəriyyəti özünü hətta elan da etməyiblər: "Bir də ayılıb görürsən ki, yeni sayt yaradılıb və həqiqətən də ciddi materallarla çıxış edir. Həmin xəbərlərin qaynağının özü belə şübhəlidir və belə məlumatları əldə etmək bir jurnalist miqyası ilə bərabər ölçülmür".
Mənbə iddia edir ki, Əli Həsənov sonunda yeni media holdinq qurmağı palnalyır: "Ola bilsin ki, bu saytlar qısa müddət içində "şpitilni" xəbərlər hesabına populyarlaşandan sonra eyni holdinqdə birləşsin və başına bu günlərdə "XəzərTV"dən uzaqlaşdırılmış Əli Həsənovun oğlu Şamxal Həsənov keçsin. Belə bir plan haqda da danışılır".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Sorğu
Yeni dizaynımız necədir?