GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səttar Mehbalıyevin korrupsiya əməliyyatları araşdırılır - faktlar

Səttar Mehbalıyevin korrupsiya əməliyyatları araşdırılır - faktlar

Tarix: 10-09-2020, 11:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 796
Səttar Mehbalıyevin korrupsiya əməliyyatları araşdırılır - faktlar


Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib. Ramiz Mehdiyev və ona yaxınlığı ilə seçilən sabiq deputat Elmira Axundova, Əli Həsənovun qudası Səttar Mehbalıyev və başqaları komissiya üzvlüyündən çıxarılıblar.

Hazırda Səttar Mehbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) fəaliyyəti yoxlanır. Həddindən artıq özündən razı olan, bəzi iddialara görə orda-burda anormal ifadə tonu sərgiləyən Səttar Mehbalıyevin perspektivdə həbsi ehtimalı da var. Sovet dövründən bu yana həmkarlar ittifaqlarında “at oynadan” Səttar Mehbalıyevin varidatı hazırda 10 milyonlarla ölçülür. İllərdir ki, AHİK-in Mehbalıyevin “ailə konfederasiyası” kimi idarə olunması kimsəyə sirr deyil. Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir “ailə konfederasiyası”.

İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan AHİK-ə hər il 50 milyon manata yaxın üzvlük haqqı toplanır. Bu vəsaitin necə xərclənməsi Səttar Mehbalıyevdən başqa kimsəyə məlum deyil. Bilinən odur ki, AHİK sədri böyük biznesə sahibdir. İntəhası, bu böyük biznesi açığa çıxara bilmir. Böyük biznesin böyük də ilkin kapitalı olmalıdır və bu böyük paraların mənbəyi də açıq göstərilməlidir. AHİK sədri isə bu məsələdə susmağa üstünlük verir.

Səttar Mehbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb. İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüquqi ünvanı belədir: Merkezi:İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3. Nizamnaməyə görə şirkətin ticarət, turizmlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var. Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O, 27 ildir ki, konfederasiyanın “toxunulmaz” sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir. Dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb.

Səttar Mehbalıyev “putyovka” biznesini əsasən iki deputatın istirahət mərkəzi üzərində fokuslaşdırıb. AHİK tərəfindən göndəriş vərəqələri daha çox Lənkərandakı “Palıdlı sahil” və Lerikdəki “Relax” istirahət guşələrinə yönəldilir. Bu obyektlər isə heç də müstəqil sahibkarlar tərəfindən idarə olunmur. Sirr deyil ki, “Palıdlı sahil” eks-deputat Hadı Rəcəbli, “Relax” isə hazırda deputat olan İqbal Məmmədova aiddir. Maraqlıdır ki, ölkənin müxtəlif bölgələrində istirahət mərkəzləri, hotellər, sanatoriyalar olsa da, S.Mehbalıyev parlamentdəki həmkarlarının obyektlərinə üstünlük verib. Məsələn, Quba, Şəki, Oğuz, İsmayıllı, Qəbələ və s. zonalarda istirahət mərkəzləri var. Onlar normal fəaliyyət göstərsələr də, AHİK-in diqqətindən və monopoliyasından kənarda saxlanıblar.

AHİK-in nəzdində “Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətdədir ki, QSC-yə 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir. Bu müalicə-istirahət zonalarına putyovkaları almaq üçün Səttar Mehbalıyevin qaydaları mövcuddur və bu qaydalar heç yerdə yazılmayıb! Sadəcə, Mehbalıyevin yazılmayan qaydalarıdır və onlara riayət etməyənlər çətin ki, AHİK xətti ilə müalicə-istirahət zonalarına gedib çıxa bilərlər. AHİK-in “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalarına putyovka almaq istəyənlər mütləq Mehbalıyevin topdağıtmaz sərvəti üzərinə özünün “töhfəsi”ni verməlidir.

“Abşeron”, “Qaranquş”, “Naftalan” sanatoriyalarına bir qayda olaraq imkanlılar valideynlərini, ailə üzvlərini və dost-tanışlarını yollayırlar. Bu isə “Həmkarlar İttifaqları haqqında” Qanunun və AHİK-in nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Üstəlik, Səttar Mehbalıyevin əlində cəmləşən milyonların “silinməsi” də müalicə-istirahət zonaları üzərindən gerçəkləşir. Hamıya bəllidir ki, AHİK nəzdində fəaliyyət göstərən “Kurort” QSC birbaşa Səttar Mehbalıyevin nəzarəti altındadır. QSC-nin tabeçiliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. AHİK sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem qurub.

Addımbaşı hüquqları pozulan, işdən qovulanları isə ancaq media və bəzi QHT-lər müdafiə edir. AHİK sədrinin deputat olmasına baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini qaldırmayıb. Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə münasibət bildirməklə kifayətlənir. Vəssalam. Bununla da işini bitmiş hesab edir.

Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyini göstərir. AHİK sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaradıb.

Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir. Məsələn, ölkə üzrə təxminən 170 min orta məktəb müəllimi var, onların həmkarlara qoşulmaq üçün üzvlük haqqı maaşının 2 faizini təşkil edir. 1 il ərzində bu vəsait 10 milyon manata yaxındır. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi...

Ölkədə təxminən 85 min neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 500-750 manat olduğunu nəzərə alsaq, neftçilərin həmkarlara aylıq ödənişləri təxminən 1 milyon 250 min manata yaxındır. Bu isə il ərzində 15 milyon manatdan yuxarı məbləğ deməkdir. Hər kəsə bəllidir ki, ölkədaxili sanatoriya putyovkaları həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm putyovkalarla bağlıdır. Çünki il ərzində toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir. Həmkarları İttifaqının nəzdində fəaliyyət göstərən “Kurort” QSC birbaşa AHİK-in rəhbərinin nəzarəti altındadır. Ona görə də cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. Başqa sözlə, putyovka adı ilə silinən pullardan əlavə bu obyektlər də külli miqdarda gəlir gətirir. AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər. Amma müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurumların heç bir real səlahiyyətləri yoxdur, müəssisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətləri ilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davrandığının şahidi oluruq. Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı fəaliyyətindən danışmağa dəyməz. Təşkilatlardan əmək haqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqları mərkəzləşdirilmiş qaydada yuxarı ötürülür. Məlumat üçün bildirək ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası hazırda özündə 18 min 610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var. İl ərzində üzvlük haqqı kimi toplanan məbləğ isə 50 milyon manatı aşır. Üstəlik, putyovka alverindən əldə olunan gəlirlər də var ki, bu da Səttar Mehbalıyevin “xırda” xərclərinə sərf olunur. İllərlə qudasının kölgəsində işlərini ayaqda tutan AHİK sədri indi çox çətin durumdadır. Ən ötəri yoxlama Mehbalıyevə məhbəsin qapılarını taybatay açır.../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək edibmiş

    Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək ...

    27-12-2013, 22:49

  • 
  • Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min manat da verdi

    Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min ...

    7-01-2014, 13:02

  • 
  • Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edildi

    Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya ...

    8-09-2020, 17:44

  • 
  • Səttar Mehbalıyev: “Mən nə üçün günahkar olmalıyam”

    Səttar Mehbalıyev: “Mən nə üçün günahkar ...

    29-12-2013, 13:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu