Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-in qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun ötən gecə vəfatında günahkar sayılmasına münasibət bildirib.
Deputat S.Mehbalıyev Publika.Az-a özəl açıqlamasında deyib ki, bu məsələdə kimin günahkar olduğunu onlar özləri də yaxşı bilirlər: “Axı mən nə üçün günahkar olmalıyam? Onlar bilirlər ki, günahkar kimdir. Axı mən nə etmişəm? Mən 20 ildir ki, şəhid ailələrinə kömək edirəm. Onların hamısı mənim üçün əzizdir. Onun ailəsinə dövlət yardım edəcək, uşaqlarının hər birinə aylıq 300 manat pul veriləcək. Ailəsinin hər bir problemi də həll ediləcək. Həyat yoldaşı və uşaqları işlə təmin olunacaq. 100 min manat isə birdəfəlik yardım verilib. Axı bundan artıq nə olmalıdır? İndi bu məsələdə kimlərsə məni günahkar sayır. Ancaq mən nə üçün günahkar olmalıyam? Məgər mən məhkəməyəm? Məhkəmənin qərarı olub. Axı bu məsələdə mənim nə günahım olmalıdır?”
Mətbuatda onun adamlarının Zaur Həsənovun özünü yandırmamışdan bir neçə saat əvvəl başına torba keçirməsi və təzyiq edilməsi barədə yazılanlara da münasibət bildirən S.Mehbalıyev bu cür yazıların nağıl olduğunu söyləyib: “Bu cür yazıları yazanlar əhvalatı özlərindən düzüb-qoşurlar. Axı biz hansı dövlətdə yaşayırıq? Bunu kim edə bilər? Belə şey ömründə ola bilməz və olması da mümkün deyil. Kimsə bu cür yazırsa, bu demək deyil ki, doğrudur. Bura Azərbaycandır və burada belə şey ola bilməz”.
Sorğu
Yeni dizaynımız necədir?