Bu günlərdə Radaksiyamıza Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyədzadə küçəsində "Bahar" aptekinin qarşısında qanusuz olaraq küçə ticarəti ilə məşqul olan obyektlərin fəaliyyət göstərməsi və müvafiq dövlət orqanlarının bu məsələyə göz yumaraq, qanunsuzluğa şərait yaradılması barədə məlumat daxil olub.
Daxil olan faktla bağlı Yasamal rayonu, Dadaş Bünyədzadə küçəsində çəkiliş aparlmış və qanunsuz küçə ticarət obyektlərinin fəaliyyəti aşkarlanmışdır. Qeyd edilən küçə ticarəti ilə məşqul olan şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərargahının qəbul etdiyi qərarlara məhəl qoymayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozaraq, qanunsuz ticarətlə məşqul olurlar. ''Gündəm Xəbər'' redaksiyası olaraq, ölkə ərazisində baş verən qanunsuzluqları, neqativ halları aşkara çıxararaq içtimayəti və müvafiq dövlət orqanlarını bu qanunsuzluqlar barədə məlumatlandırmağı zəruri hesab edirik. Düşünürük ki, yaxın günlərdə ərazidə qanunsuz ticarət obyektlərinin fəaliyyəti dayandırılaraq, bu şəxsləri himayə edənlər barəsində ölçü götürülər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?