Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov istintaqa cəlb oluna bilər.
Gundemxeber.Az bildirir ki, qlobal.az-ın əldə etdiyi məlumata görə buna səbəb Novruz Novruzovun Şabran rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dönəmdə rayonun münbit torpaqlarını yuxarı vəzifədə çalışan şəxslərə "ənam" etməsidir.
Məlumata görə Şabranda münbit torpaqları əlində cəmləyən şəxslərdən biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev olub.
Ancaq ötən ay Şabran rayon məhkəməsi İlham Əliyevin Xaçmazın deputatı olduğu zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus ələ keçirdiyi torpaq sahələrinin sahiblərinə qaytarılmasına dair qətnamə çıxarıb. Qərara əsasən keçmiş deputat İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb. Sabiq deputatın Şabrandakı torpaqlarını "Turaz” və "Dostluq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vasitəsilə idarə etdiyi deyilir.
Məlumata görə, hüquqi proses Şabran rayonunun keçmiş rəhbərliyini də əhatə etməkdədir. Artıq bəzi şəxslərin sözügedən məsələyə görə istintaqa çağırıldığı da deyilir.
Bu sırada adı ilk çəkilən şəxs Şabran rayonunun keçmiş icra başçısı Novruz Novruzovdur.
Qeyd edək ki, Novruz Novruzov akademik Ramiz Mehdiyevə yaxın şəxs kimi xarakterizə olunur.
R.Mehdiyevin N.Novruzovun 1995-ci ildə Lerik rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinə köməklik etdiyi deyilir. Daha doğrusu N.Novruzovun bu təqdimatı Ramiz Mehdiyevin təşəbbüsü ilə baş tutub.
İddialara görə o zamandan indiyədək N.Novruzovun müxtəlif rayonlarda İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışması R.Mehdiyevin himayəliyi ilə mümkün olub.
Məlumatda Lerik, Goranboy, Şabran və hazırda da Siyəzənə rəhbərlik edən N.Novruzovun hər zaman "hazırın naziri" olduğu bildirilir.
Xatırladaq ki, 25 illik icra başçısı vəzifəsində çalışan N.Novruzovun çoxsaylı villalarının, fermalarının və şadlıq evinin olduğu barədə mətbuatda dəfələrlə yazılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?