Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Cənab H. Novruzova Bakı şəhəri, Nərimanov rayonu, Ak. H. Əliyev küç. 92 a, mənzil.... Bədəlov Cəlil Bayram oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli Novruz müəllim!
Məlumat üçün bildirmək istəyirəm ki, Siz Şabran İcra Hakimiyyətinin başçısı işlədiyiniz dövrdə Şabran rayonu İcra Hakimyyəti Başçısının müavini Mehdi Balabəyov Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tendrində iştirakına razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq ona 227 000 ( iki yüz iyirmi yeddi min ) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb vermiş olduğum pulları ondan istədim. Mehdi Balabəyov məndən aldığı pulların müəyyən hissəsinin Novruz müəllimə verdiyini söylədi.
Hörmətli Novruz müəllim!
Şabran rayon İcra Hakimiyyətinə çox get-gəldən sonra isə Siz məni Şabran rayonunda yerləşən Qaba restoranında qəbul etdiniz və söylədiniz ki, məni Mehdi Balabəyova verdiyim bütün pullar geri qaytarılacaq. Sonradan mənə 50 000 (əlli min) manat pul qaytarıldı və yenə də gözləmək təklif edildi. Lakin sonradan qalan pulum qaytarılmadı.
Mən yenə sizdən xahiş edirəm.
Şabran rayon İcra Hakimiyyəti başçısının müavini mehdi Balabəyovun məndən mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərəsiniz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?