GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri

Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri

Tarix: 26-09-2020, 14:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 609
Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri


Azərbaycanda tikintilərdən sonra evlərdə çatların əmələ gəlməsi, ciddi problemlərin yaranması istər mütəxəssislər tərəfindən, istərsə də sadə insanlar tərəfindən sementin keyfiyyətsizliyi ilə əlaqələndirilir. Bəzi şəxslər iddia edirlər ki, sement az vurulur və ya məsul şəxslər sementi “yeyir”.

Gundemxeber.az bildirir ki, yenicag.az məsələni bir qədər araşdıranda məlum olub ki, əslində məsələ sementin azlığında və ya çoxluğunda yox, keyfiyyətsiz olmasındadır.

Hər bir məhsulun üzərində onun istehsal tarixi və istifadə müddəti yazılmalıdır. Bu qanunla tənzimlənir. Ən adi suyun belə istehsal tarixi olmayanda, vaxtı keçəndə, buna etiraz edirik. Məsələ ondadır ki, “Qaradağ Ez” adlı şirkətin istehsal etdiyi sementlərin üzərində istifadə müddəti göstərilmir. Bu da qiyməti digər firmalardan aşağı edən şirkətin əslində istehlakçılara istehsal müddəti keçmiş sement satdığı iddiasını ortaya çıxarır.

Araşdırma zamanı məlum olur ki, digər sement şirkətləri istehsal etdikləri sementlərin üzərinə tarix və 60 günlük zəmanət qoyur. Ancaq “Qaradağ Ez” adlı şirkət nəinki bunu edir, hətta topu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə atır. Yəni, dövlət qurumunu öz saxtakarlıqlarına ortaq edirlər. Bəlkə də ortaqdılar, xəbərimiz yoxdur. Xidmətin bu ittihama cavab verməməsi də, ciddi suallar doğurur.

Əldə etdiyimiz məlumata görə, “Qaradağ Ez” adlı şirkətin sahibi Anar Ağayevdir. Anar Ağayev və şirkəti barədə araşdırma aparanda məlum olur ki, 2016-cı ildə 1 Saylı Bakı Məhkəməsinin qərarı ilə “Qaradağ AA UNİVERSAL” şirkətinin satışı qadağan olunub. Saxtakarlıq ittihamı “Qaradağ Ez” üçün yeni deyil. Həmin vaxtda “Qaradağ EZ Speak” şirkəti saxta sement istehsal etdiyi və satışa çıxardığı üçün qadağan olunub. Məsələ ondadır ki, həmin qərara rəğmən şirkət yenə fəaliyyətini davam etdirib. Məhkəmə qərarı olmasına rəğmən Anar Ağayev bazardan və əməlindən nəinki çəkilib, hətta müştərilərini arxayın edib ki, növbəti məhkəməni udacaq. Məhz havadarları sayəsində qanunsuz sement istehsalı ilə məşğul olan Anar Ağayev külli miqdarda sərvət toplaya bilib.

Məlumata görə, Anar Ağayevin arxasındakı şəxs isə son zamanlar toy qalmaqalı ilə gündəmə gələn, 15 sutka həbs edilən, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdir. Anar Ağayevlə sabiq deputat İlham Əliyevin ortaq biznesləri olduğu deyilir. İddialara görə, neçə ildən bəri sabiq deputat Anar Ağayevə “krişalıq” edir, şəxsi əlaqələrindən istifadə edərək şirkətin saxtakarlıqlarına qanuni don geyindirir və təbii ki, qarşılığında payını alır.

Bu səbəbdən də, Anar Ağayev hər yerdə adamlarının güclü olduğunu və istədiyi kimi davranacağını deyir. Anar Ağayev arxasındakı şəxsə o qədər güvənir ki, dövlətə, dövlət qurumuna belə meydan oxuya bilir. Beləcə, Anar Ağayevin dövlətə meydan oxumaqda hardan ilhamlandığı da məlum olur. Maraqlıdır ki, Ramiz Mehdiyevin günəşi qürub etsə də, sement mafiyası öz işini davam etdirməkdədir. Konkret olaraq, 003 dövlət nömrə nişanlı bahalı maşın kolleksiyası yığan Anar Ağayev həm də “saat manyakı” olaraq tanınır. Bu barədə növbəti yazıda daha geniş məlumat ala biləcəksiniz.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saxta sement və nazirliyin müəmmalı susqunluğu - Evlər buna görə başımıza uçur...

    Saxta sement və nazirliyin müəmmalı susqunluğu - ...

    23-09-2020, 15:37

  • 
  • Sement bazarında fırıldaqçılar peyda olub

    Sement bazarında fırıldaqçılar peyda olub ...

    25-05-2017, 13:30

  • 
  • Saxta sement istehsalçısı həbs oluna bilər

    Saxta sement istehsalçısı həbs oluna bilər ...

    28-06-2016, 19:04

  • 
  • Azərbaycanda yeni BAHALAŞMA DALĞASI - Bu dəfə “Norm” qiymətləri qaldırdı

    Azərbaycanda yeni BAHALAŞMA DALĞASI - Bu dəfə ...

    10-08-2018, 16:20

  • 
  • Azərbaycandan gedən xammal sərhəddə saxlanıldı, 25 sement zavodu bağlandı - GÜRCÜSTANDA BÖHRAN

    Azərbaycandan gedən xammal sərhəddə saxlanıldı, ...

    3-09-2018, 19:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (486)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu