Kisələrdəki sement deyil, rəng vurulmuş adi əhəng tozudur. “Hamı yerli mal alsın” -bu fikir o demək deyil ki, sahibkarlar da bundan istifadə edib keyfiyyətsiz istehsala üstünlük verməlidirlər. Daha doğrusu, asan qazanc əldə etməlidirlər.Məsələn, tikinti bazarlarında satılan inşaat materiallarından başlıcası sementdir ki, artıq Şəki, Bərdə, Ağdam, Ağcabədi, Qazax, Ağstafa rayonlarında fəaliyyət göstərən topdan satış tikinti malları mağazaları bəzi sahibkarların istehsal etdikləri sementlərin satışından imtina edirlər. Buna səbəb kimi, sement alıcılarının keyfiyyətsiz istehsal olunan sementləri almaqdan imtina etmələri göstərilir. Adının çəkilməsini istəməyən topdan satış mərkəzi rəhbərlərindən birinin verdiyi məlumata görə, “Holcim Azerbaijan” ASC-nin məhsulları istisna olmaqla, digər firmaların istehsalı olan sementləri alanlar az saydadır. Səbəbi də artıq 3 bel quma 2 bel sement qatılmasına baxmayaraq, palçıq quruduqdan bir neçə saat sonra ovxalanaraq tökülməsidir. Kisələrdəki sement deyil, rəng vurulmuş adi əhəng tozudur. Məlumat üçün bildirək ki, bir müddət əvvəl bu mövzu KİV-lərdə qabardıldı, aidiyyatı nazirliklərə çağırışlar edildi. Məsələyə o zaman münasibət bildirən Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynovun qənaətinə görə, belə saxta və keyfiyyətsiz sement istehsalçıları bir-iki deyil, çoxdur. Əgər bu sektora ciddi nəzarət edilməsə, keyfiyyətsiz sement istehsal edən sahibkarlar gələcəkdə böyük faciələrə səbəb olacaq. Faktinfo.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?