Ordumuzun keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edilib.
GundemXeber,Az Lent.az-a istinadla xəbər verir ki, məhv edilən binanın fotoları sosial şəbəkələrdə yayılıb.
Prezident İlham Əliyev dünən xalqa müraciətində Qarabağda separatçılarının “inaquriyas mərasimi” keçirdiyini xatırladarkən belə demişdi: “Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!”.
Xatırladaq ki, bu ilin may ayında separatçı rejimin yeni rəhbəri Araik Arutunyanın qondarma “inaqurasiya mərasimi” işğal altındakı Şuşa şəhərində keçirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?