Braziliyanın yeni sağçı millətçi prezident Jair Bolsonaro korrupsiya, cinayətkarlıq və çökən iqtisadiyyata qarşı mübarizə aparacağını vəd edir.
Çərşənbə axşamı Braziliada sıx təhlükəsizlik tədbirlərinin müşayiəti ilə keçirilən andiçmə mərasimindən sonra sabiq ordu kapitanı tərəfdarlarına söz verib ki, o, silah qanunlarını yüngülləşdirəcək və Braziliyanı sosializm və siyasi düzgünlükdən “azad edəcək”.
Bolsonaro dünya boyu hakimiyyətə gələn bir sıra ultra-sağçı liderlərdən ən sonuncusudur.
ABŞ prezidenti Twitter hesabında Braziliyanın “Donald Trampı” adlandırılan Bolsonaronu təbrik edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?