Şərqi Azərbaycan vilayətinin Nadarlı qəsəbəsində bir türk fəalın iş yerinin möhürləndiyi, iki fəalın isə İran polisinin kəşfiyyat şöbəsinə çağırıldığına dair məlumat yayılıb.
Güney Azərbaycan Televiziyasının (Günaz TV) bildirdiyinə görə, mağaza üzərində “Qarabağ bizimdir, bizim olacaq” şüarı yazılmış plakat ilə əlaqədar qapadılıb.
“Milli-mədəni fəal Aydın Hilalı mağazasının möhürlənməsinin səbəbini öyrənmək üçün İran polisinin ümumi məkanlara nəzarət bölməsinə (Əmakin) müraciət edib. Əmakin mərmurları möhürlənmənin keçən həftə qəsəbənin meydanında nümayiş etdirilən plakatla əlaqədar olduğunu söyləyiblər,” Günaz TV-nın saytında dərc edilib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, milli fəallar Murtuz Nurməhəmmədi və Hüseyn Əmani isə həmin plakatla əlaqədar İran polisinin kəşfiyyat şöbəsinə çağırılıblar./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?