Tehran vilayət məhkəməsi türk fəal Cəfər Rüstəmi-Radın apellyasiya şikayətini rədd edərək, daha əvvəl çıxarılan 6 ay həbs və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzasını qüvvədə saxlayıb.
Cəfər Rüstəmi-Rad 6 ay həbs və əlavə olaraq naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzasına məkum edilib. Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsində hakim Əhməd Zərgər siyasi fəalın kassasiya şikayətinə baxıb.
Tehran İnqilab Məhkəməsi Rüstəmi-Radı keçən ilin dekabr ayında “İran İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti” göstərməkdə günahlandıraraq, 6 ay həbs və əlavə olaraq naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzasına məkum etmişdi.
Apellyasiya Məhkəməsi ilkin məhkəmənin hökmünü qüvvədə saxlayıb.
Cəfər Rüstəmi-Rad keçən ilin iyul ayında İran Azərbaycanında keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?