GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məşğulluq mərkəzi adı altında talanan milyonlar... - İTTİHAM

Məşğulluq mərkəzi adı altında talanan milyonlar... - İTTİHAM

Tarix: 13-10-2020, 11:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 553
Məşğulluq mərkəzi adı altında talanan milyonlar... - İTTİHAM


Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir. İşəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana, Xidmət tərəfindən bir sıra peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunurlar. İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunur və onların müvafiq işlə təmin olunmasına köməklik göstərilir. Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər. Peşə hazırlığına ödənişsiz yiyələnmək və ayda 250 manat təqaüd almaq üçün mütləq şərt budur ki, həmin şəxs işsiz olmalı, VÖEN hesabı və adına pay torpağı olmamalıdır. Bundan əlavə, işsiz şəxs qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçməli, ona təklif olunan iş yerlərindən imtina cavabı gəlməlidir. Yalnız bu halda həmin şəxs pulsuz peşə hazırlığına cəlb olunaraq ayda minimum əmək haqqı məbləğində təqaüd ala bilər.

İndiyədək bu layihə əsasında işə düzəlmək istəyən vətəndaşların bürokratik əngəllər, süründürməçilik halları, korrupsiya hüquqpozmaları ilə rastlaşmaları barədə xeyli informasiyalar dolaşıb. Koronavirus pandemiyasının yaratdığı çətinliklərdən dolayısı ilə bu müstəvidə işlər bir az da dolaşığa düşüb. Müşahidə olunurdu ki, vətəndaşları incidən bəzi məmurlar pandemiyadan öz qanunsuz əməlləri üçün bir növ bəhanə kimi istifadə edirlər.

Bu günlərdə “Dəryaz” qəzetinin redaksiyasına ərizə ilə müraciət edən Qurbanova Mehriban Mübariz qızı Suraxanı rayon Məşğulluq İdarəsindən şikayətçidir. Yazır ki, 2020-ci ilin fevral ayında peşə ixtisasına yiyələnmək üçün müraciət edib. Onu qeydiyyata alıblar və qənnadıçı peşəsinə yiyələnməsi üçün Bakı şəhəri Məşğulluq İdarəsinə — Leyla xanımın yanına göndəriblər.

“O da mənə mart ayının 5-dən dərslərin başlayacağını dedi. Mart ayında pandemiya yayıldı. Məktəblər bağlandı, heç bir məktəbə getməmişəm, heç yerdə oxumamışam. Məktəbin harada olduğunu da bilmirəm. Sonra prezident işləməyənlərə 190 manat pul ayıranda mən sms göndərdim. Mənə cavab gəldi ki, oxuyuram, stipendiya alıram, ona görə də mənə 190 manat düşmür. Hamı 4 dəfə 190 manat aldı. Mən ala bilmədim. May ayında iş yerləri açılanda yenidən Bakı şəhər Məşğulluq İdarəsinə getdim. Leyla xanımı güc-bəla ilə tapdım. O da işi atdı Suraxanı Məşğulluq İdarəsinə. O bunun üstünə atdı, bu onun. Mən də Nazirliyə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – red.) şikayət etdim. Nazirlikdən xəbər gəldi ki, bu işə baxın, yenə olmadı. Korrupsiyaya (Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi – red.) məktub yazdım. Cavabı Nazirliyə gəldi. Sonra Suraxanı Məşğulluq İdarəsi məndən xahiş etdi ki, Nazirlikdə qalma. Mən orda nazir müavini ilə görüşə bilmişdim. Məni geri qaytardılar ki, bəs sənin işin Suraxanı Məşğulluq İdarəsindədir. İdarədən mənə bir maaş kartı verdilər ki, oxuduğun müddətdə alacağın təqaüd mənimsənilib. Al, bu kartı, adını sosial işə yazmışıq.3 ay müddətində ala bilmədiyin 750 manat pulu bu kartdan çıxararsan. Sən şikayət eləmə. Aprel ayından avqust ayına kimi Suraxanı Məşğulluq İdarəsində məni get-gələ saldılar. Dedilər ki, Zərifə xanımı işdən çıxaracaqlar. Müdiri Rahim müəllimin yanında olmuşam, dedi sentyabr ayının axırı alacaqsan. Sentyabrın 30-dan oktyabr ayının 5-nə kimi kartı yoxlayıram, pul keçməyib…”

Vətəndaş M.Qurbanova redaksiyadan xahiş etmişdir ki, dövlət idarələrində müsbət həllinə nail ola bilmədiyi bu problem kütləvi informassiya vasitələrində ictimailəşdirilsin, aidiyyati qurumların diqqətinə çatdırılsın.

Əlavə olaraq ərizə müəllifinə zəng edib bir az daha artıq təfərrüatları öyrənməyə çalışdıq. Bir daha dəqiqləşdirdik ki, Mehriban xanım nə təqaüd, nə də sertifikat almayıb və təbii ki, işlə təmin olunmayıb. Verdiyi məlumata görə, ona vəd veriblər ki, sentyabrdan başlayaraq onun adı hardasa işdə gedəcək, kartına pul yatırılacaq.

Əlbəttə, yenə də bu məlumatlarla kifayətlənməyərək öz növbəmizdə hələlik səthi araşdırmalarımıza başladıq. İlk əvvəl M.Qurbanovaya təklif olunan qənnadıçı peşəsi üzrə hazırlıq kurslarının təşkil edildiyi peşə təhsili müəssisəsi barədə məlumatları axtardıq. Məlum oldu ki, Bakı Turizm Peşə Məktəbi ilə Bakı Şəhər Məşğulluq İdarəsinin həyata keçirdiyi layihə var. Həmin layihə çərçivəsində kadrlar turizm bələdçisi, aşpaz, qənnadçı, bərbər və vizajist, otel xadiməsi, barmen və s. sahələri üzrə hazırlanır. Onlar 3 ay yarım kurs keçərək bu peşələrə yiyələnirlər. Bakı Turizm Peşə Məktəbindən başqa, hazırlıq kurslarına müdavim qəbulunu həmçinin Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi də həyata keçirir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” 8 aprel 2020-ci il tarixli qərarına əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməli idi. Belə ki, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılmış, 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılmışdı. Mayın 18-də karantin rejimi yumşaldılsa da, təhsil müəssisələrinin bağlı qalması məqsədəuyğun hesab edilmişdi. Lakin ən azı indi – artıq təhsil müəssisələri müəyyən məhdudiyyətlər saxlanılmaqla açılandan sonra M.Qurbanova və onun kimi işsiz vətəndaşların problemləri çözülməlidir. Sadə dillə desək, onlara iki — dörd ay üçün aylıq 190 manat birdəfəlik ödəniş verilməli, sonra da kurslara cəlb olunaraq bundan sonrakı üç ay yarım ərzində hər ay 250 manat minimum əmək haqqına bərabər həcmdə təqaüdlə təmin olunmalıdırlar. Axı onlar dövlətin köməyindən faydalana bilmədikləri səbəbindən pandemiyanın birinci dalğasını yəqin ki külli miqdarda borca girərək, yaxud, əmlaklarını satmaq bahasına arxada qoya biliblər./Deryaz.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi

    Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi ...

    26-02-2014, 15:23

  • 
  • İşsizlərə xoş xəbər

    İşsizlərə xoş xəbər ...

    30-06-2015, 06:54

  • 
  • Nazirlikdən iş yeri açıqlaması

    Nazirlikdən iş yeri açıqlaması ...

    16-01-2015, 21:11

  • 
  • Qaradağda növbəti əmək yarmarkası keçirilib - Fotolar

    Qaradağda növbəti əmək yarmarkası keçirilib - ...

    17-12-2014, 23:20

  • 
  • Azərbaycanda maaşlar artırılacaq (RƏSMİ)

    Azərbaycanda maaşlar artırılacaq (RƏSMİ) ...

    3-03-2020, 11:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu