Yaxın günlərdə bir neçə rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək. Ölkədə müharibə şəraiti olmasına rəğmən "yuxarılar" kadr islahatlarının ümumi işə faydalı olacağı qənaətilə prosesin - dəyişiklik prosesinin davamına qərar verib. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.
Xəbəri verən qaynaq bildirir ki, konkret olaraq 7 rayonun başçısı ilkin mərhələdə dəyişdiriləcək, hazırki situasiyada kardinal islahatların istisna edildiyi bəyan olunur. GundemXeber.Az bildirir ki, mənbə dia.az-a həmin rayon rəhbərlərinin siyahısını təqdim edib. Biz də siyahını oxuculara çatdırırıq:
1. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev;
2. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə;
3. Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov;
4. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev;
5. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?