GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir? - TƏHLİL

Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir? - TƏHLİL

Tarix: 31-10-2020, 15:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 891
 Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir? - TƏHLİL


Prezident Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həli ilə bağlı son açıqlaması sentyabrın 27-dən etibarən özünü müşahidəçi kimi təqdim etməyə çalışan Rusiyanın mövqeyinə aydınlıq gətirib.

Yəni ilk günlər hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini əsas gətirən V.Putin Rusiyanın bu məsələdə tərəfsiz olduğunu nümayiş etdirməyə çalışırdı. Ancaq hadisələrin sonrakı inkişafı və prezident Putinin açıqlaması əslində, Kremlin gözləmə mövqeyinə çəkildiyini göstərdi.

Ümumiyyətlə isə Rusiya rəhbərliyinin planı ilk növbədə, Azərbaycanın müəyyən qədər əraziləri işğaldan azad etməsindən sonra prosesə müdaxilə etməklə bölgədə geosiyasi dayaqlarını yenidən möhkəmləndirməkdən ibarət olub. Putin administrasiyasının əsl niyyəti Ermənistanın cəbhədəki məğlubiyyətlərinə laqeyd qalmaqla Nikol Paşinyan hökumətinin devrilməsinə nail olmaq, sonra da tərəfləri atəşkəsə məcbur etməklə sülhməramlılar adı altında münaqişə bölgəsinə Rusiya qoşunlarını yerləşdirmək idi. Lakin bölgədə Türkiyə amilinin getdikcə güclənməsi, coğrafi şərtlər Rusiyanın açıq müdaxiləsinin qarşısını alıb. Üstəlik, Azərbaycanın qısa zamanda geniş əraziləri işğaldan azad etməsi də Rusiya üçün gözlənilməz olduğundan Kreml yeni geosiyasi reallıqlarla üzləşib.

Bunlar ilk növbədə, Türkiyənin Azərbaycanda silahlı qüvvələrini yerləşdirməsi və münaqişənin nizamlanmasında söz sahibinə çevrilməsi nəticəsində geosiyasi balansın dəyişməsidir. İkincisi, Azərbaycanın 27 ildir davam edən status-kvonu aradan qaldırmağa nail olub. Xüsusilə də rəsmi Bakının hərbi əməliyyatları yarımçıq dayandırmaq, Dağlıq Qarabağdakı ermənilərə yüksək özünüidarəetmə statusu vermək və sülhməramlıların bölgəyə yerləşdirilməsi kimi məsələlərdədə güzəştlərdən imtina etməsi Kremlin planlarını pozub. Ona görə də prezident Putinin son təkliflərini əslində, Rusiyanın öz mövqeyini tərəflərə diqtə etməsi və ya diplomatik təzyiqi kimi qiymətləndirmək olar. Rusiyanın hazırkı mövqeyinin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün ilk növbədə, V.Putinin çıxışındakı siyasi tezisləri diqqətlə təhlil etmək lazımdır. “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. Hər kəsin öz həqiqəti var...

Burada sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik. Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə, tərəflərin effektiv inkişafına imkan vermir. İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır. Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələrinin iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - Rusiya lideri belə vurğulayıb. Göründüyü kimi, Putin yeddi rayonu Azərbaycanın əzəli torpağı adlandırmaqla onu Dağlıq Qarabağdan ayırır. Burada həm Dağlıq Qarabağ ayrıca tərəf kimi təqdim olunur, həm də Azərbaycanın ətraf yeddi rayon üzərində suveren hüquqa malik olduğuna işarə edilir.

Rusiya prezidenti “Dağlıq Qarabağla məsələni ayırd etmək”dən söz açarkən çox güman ki, həmin bölgəyə özünüidarəetmə statusunun verilməsini nəzərdə tutur. Bu məsələdə artıq Azərbaycanın və Rusiyanın mövqeyi üst-üstə düşmür. Azərbaycan artıq ərazilərinin xeyli hissəsini işğaldan azad edən tərəf olduğu üçün döyüş meydanında qalib gəlib. Artıq Azərbaycan Prezidenti də bildirib ki, ermənilərə xüsusi özünüidarəetmə statusunun verilməsindən söhbət gedə bilməz. Dağlıq Qarabağın erməni icmasına Azərbaycanın tərkibində mədəni muxtariyyət verilə bilər. Onlar da digər Azərbaycan vətəndaşları kimi təhlükəsizliyi təmin olunmaqla yaşamaqda davam edəcək. Rusiya Prezidenti isə atəşi dayandımaq və yeddi rayonun 5+2 variantında, yəni mərhələli şəkildə qaytarılmasından söhbət açmaqla prosesi “Madrid prinsipləri”nə qaytarmaq niyyətini nümayiş etdirir. Yəni Rusiya Prezidenti Azərbaycana ən yaxşı halda 5 rayonu azad etdikdən sonra əməliyyatları dayandırmağa çağırış mesajı verir. Azərbaycan ətraf 5 rayondan dördünü- Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını azad edib.

Çox güman ki, Rusiya prosesi burada dayandırmaqla status-kvonun saxlanılmasına çalışır. Halbuki Hadrut qəsəbəsinin və Xocavənd rayonunun xeyli hissəsini azad edilməsindən sonra Azərbaycan Dağlıq Qarabağın daxili ərazilərinə də nəzarəti ələ alıb. Bu halda, baza prinsiplərində əksini tapmış əvvəl beş, sonra iki rayonun qaytarılması və Dağlıq Qarabağa birinci mərhələdə aralıq, yekunda isə özününidaəretmə statusunun verilməsi kimi təkliflər artıq qüvvəsini itirib. Azərbaycan isə status-kvonun artıq mövcud olmadığını bəyan edib. Putin isə 5+2 variantından söz açmaqla Laçın və Kəlbəcər rayonlarının qaytaraılmasını növbəti mərhələyə saxlamağı təklif edir. Bu da yenidən uzunmüddətli danışıqlar prosesinin başlanılması, Ermənistanın işğal altındakı ərazilərin qalan hissəsində hərbi cəhətdən möhkəmlənməsi, Laçın dəhlizi də daxil olmaqla hər iki rayonun və Dağlıq Qarabağın Ermənistanın nəzarətində qalması deməkdir. Beləliklə, Rusiya status-kvonun və təmas xəttinin bərpasına nail olmağa çalışır. Ancaq BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Azərbaycana Kəlbəcər rayonunun işğalçılardan təmizlənməsi üçün hərbi əməliyyat aparmağa tam hüquq verir.

Azərbaycan Ermənistanın öz qoşunlarını bütün ərazilərdən, o cümlədən Laçın və Kəlbəcər rayonlarından bir neçə gün və ya həftə ərazində çıxaracağına dair cədvəl təqdim etməklə öhdəlik götürdüyü təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib. Rusiya prezidenti Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunmasını şərti ilə ətraf rayonların qaytarılmasının mümkünlüyündən danışır.

Putin qarşılıqlı əlaqədən söz açarkən Laçın dəhlizinin Ermənistanın nəzarətində qalmasına, təhlükəsizliyin təmin olunması rejimini vurğulamaqla status-kvonun saxlanılmasına nəzarət etmək üçün Rusiya hərbi kontingentinin sülhməramlı adı altında bölgəyə yerləşdirilməsinə işarə edir. Halbuki Azərbaycan Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliyinə təminat verməyə hazır olduğunu 28 ildir davam edən bütün danışıqlar prosesində bildirib. Lakin 2019-cu ildə Ermənistan rəsmi şəkildə “Təhülkəsizlik müqabilində ərazilər” prinsipindən imtina edib və “Yeni müharibə, yeni ərazilər” şüarı ilə çıxış edib.

Diqqəti cəlb edən xüsusi məqam isə Putinin “Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmağın lazım” olmasını münaqişənin həlli yolu göstərməsidir. Bu nə deməkdir? Putin birinci növbədə, Rusiya tərəfindən ortaya atılmış və sonradan digər həmsədrlərin də siyasi leksikonunda yer almış “Münaqişənin həllində qalib olmamalıdır” prinsipini yenidən gündəmə gətirir. Yəni münaqişə yalnız Azərbaycanın maraqları çərçivəsində həllini tapa bilməz. Bununla da Rusiya prezidenti Azərbaycanın son qələbəyədək mübarizəni davam etdirmək siyasətinin düzgün olmadığını hesab edir. Azərbaycanın qələbəsi regionda geosiyasi balansı dəyişə bilər ki, bu da Rusiyanın maraqlarına ziddir. Ona görə də Putin Ermənistanın maraqlar balansından söz açır. Kremlin rəhbəri Azərbaycanın Türkiyənin dəstəyi ilə Rusiyanın bölgədəki balansı dəyişməsindən narahatlığını ifadə edir.

Ən təhlükəli məqamlardan biri isə Putinin üç tərəf- Azərbaycan, erməni xalqı və Ermənistan arasında maraqlar balansından danışmasıdır. Çox güman ki, Rusiyanın dövlət başçısı erməni xalqı dedikdə, Dağlıq Qarabağ ermənilərini ayrıca tərəf kimi nəzərdə tutur. Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını Ermənistanın maraqları ilə balanslaşdırması isə həmin torpaqlar üzərində işğalçı tərəfin nəzarətini legitim qaydada tanımaq deməkdir. Göründüyü kimi, hərbi əməliyyatlardan narahatlığını dolayısı ilə ifadə edən Putin Azərbaycanı Rusiyanın Cənubi Qafqazda çəkdiyi “qırmızı xətt”i keçməməyə çağırır. Rusiya Prezidentinin Türkiyəni danışıqlara cəlb etməyin mümkünlüyünü dilə gətirməsi isə sadəcə olaraq, diplomatik manevrdir. O, bununla bir tərəfdən, Türkiyənin maraqlarının nəzərər alındığına dair görüntü yaratmaqla Ankaranı sakitləşdirmək, eyni zamanda öz müttəfiqnin əli ilə Azərbaycanı təklif etdiyi şərtlərə razı salmağa çalışır./Cebhe.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Paşinyana nə dedi... -Kremlin məlumatı (YENİLƏNİB)

    Putin Paşinyana nə dedi... -Kremlin məlumatı ...

    1-04-2019, 18:35

  • 
  • Təcili: Putin Qarabağda tərəfləri dərhal atəşi dayandırmağa çağırdı

    Təcili: Putin Qarabağda tərəfləri dərhal atəşi ...

    2-04-2016, 13:53

  • 
  • Elxan Şahinoğlu: “Putinin siyasəti onun sözlərində deyil, əməlindədir”

    Elxan Şahinoğlu: “Putinin siyasəti onun ...

    4-12-2013, 08:11

  • 
  • Kremlin sözçüsü Əliyevlə Putinin görüşü barədə

    Kremlin sözçüsü Əliyevlə Putinin görüşü barədə ...

    1-09-2018, 11:57

  • 
  • Vladimir Putin gəlirini və əmlakını AÇIQLADI

    Vladimir Putin gəlirini və əmlakını AÇIQLADI ...

    13-04-2019, 23:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu