GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Elxan Şahinoğlu: “Putinin siyasəti onun sözlərində deyil, əməlindədir”

Elxan Şahinoğlu: “Putinin siyasəti onun sözlərində deyil, əməlindədir”

Tarix: 4-12-2013, 08:11 Bölmə :Siyasət Baxış: 819
 Elxan Şahinoğlu: “Putinin siyasəti onun sözlərində deyil, əməlindədir”
Elxan Şahinoğlu: “Putinin siyasəti onun sözlərində deyil, əməlindədir”
“Rusiya prezidenti mesaj verdi ki, Ermənistan onun quberniyasıdır və bu quberniyanı özü istədiyi kimi idarə edəcək...”
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri başa çatdı. Ermənistanda bir sıra görüşlər keçirən Kreml rəhbəri 102-ci rus hərbi bazasına baş çəkdi və burada bir sıra mühüm mesajlar verdi. Məsələn, Putin bildirdi ki, Rusiya Qafqazdan getməyə hazırlaşmır, əksinə, bu regionda daha da möhkəmlənməyə hazırlaşır.

Bundan başqa, Rusiya prezidenti Qarabağ münaqişəsi haqda danışarkən erməni jurnalistin münaqişə ilə bağlı “militarist təcavüz” sözünü işlətməsinə belə cavab verdi: “Bu sözü belə tez-tez və ucadan təkrarlamaq regionda sülhün nizamlanmasına mənfi təsir göstərəcək. Biz Rusiya ilə həmsərhəd olan və sıx əlaqələrə malik olan bir ərazidə nə Ermənistan vətəndaşının, nə də Azərbaycan vətəndaşının qanının axmasını istəmərik”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, Putin hər iki Cənubi Qafqaz respublikası ilə siyasi manevr edir. Analitikin fikrincə, Rusiya prezidenti İrəvanı əlindən buraxmamağa çalışır: “Putinin siyasəti sərt olduğu qədər hiyləgərdir. Rusiya Ermənistanın müttəfiqi olsa da, Kreml sahibi növbəti dəfə prezident seçildikdən sonra İrəvana deyil, Bakıya səfər etdi. Putinin Bakıya avqust ayındakı səfəri daha çox Azərbaycanda prezident seçkisi ilə bağlı idi ki, Kreml sahibi dolayısıyla İlham Əliyevə dəstəyini ifadə edirdi. Ancaq Bakı səfərinin bir başqa mənası da var idi. Həmin günlər İrəvan Brüssellə intensiv danışıqlar aparırdı, Ermənistan hakimiyyəti Avropa Birliyi ilə assosiativ anlaşmanı müzakirə edirdi. Putin Bakıya səfər etməklə İrəvana mesaj yolladı ki, Ermənistan prezidenti Avropa Birliyinin layihəsində iştirak etsə, Kreml Azərbaycanla əməkdaşlığa da üstünlük verə bilər. Bu mesajı həm də belə oxumaq lazım idi ki, Moskva Qarabağ məsələsində İrəvana dəstəyindən vaz keçə bilər. Ermənistan prezidenti Serj Sərkisyan Putinin Bakı səfərindən qorxdu, Dağlıq Qarabağı itirə biləcəyindən ehtiyat etdi və ona görə də az sonra Kreml sahibinin hüzuruna gedərək onun Gömrük İttifaqına üzvlük istəyini yerinə yetirdi”.

E.Şahinoğluna görə, hazırda vəziyyət fərqlidir və Putin İrəvana səfər edərək, bu dəfə Bakıya dolayı mesajlar göndərir, bununla da Bakını təzyiq altında saxlamağa çalışır: “Birinci mesaj ondan ibarətdir ki, Putin Ermənistandakı hərbi bazalarını gücləndirməkdə davam edəcək. Belə baxanda oradakı hərbi bazalar ya Azərbaycana, ya da Türkiyəyə qarşıdır. Putin sözdə həm Ankara, həm də Bakı ilə strateji tərəfdaşlığa malik olduğunu deyir. Belə olan halda Moskvanın Ermənistandakı hərbi bazalarını modernləşdirmək kimə və nəyə lazımdır? Aydındır ki, Ermənistandakı bazalar həm Azərbaycanı, həm də Türkiyəni və eləcə də Ermənistan hakimiyyətinin özünü şantaj etmək məqsədi daşıyır. Putin hamıya mesaj yollayır ki, Ermənistan faktiki Rusiyanın quberniyasıdır və quberniyanı da özü istədiyi kimi idarə edəcək”.

Ekspert deyir ki, Putin İrəvandakı mətbuat konfransında erməni jurnalistin “Azərbaycan hərbi əməliyyatla başlayarsa, Rusiyanın reaksiyası necə olacaq” sualına ilk baxışdan korrekt - diplomatik cavab verib: “Putin rusiyalı generallar kimi birbaşa deməyib ki, Azərbaycan müharibəyə başlasa Rusiya Ermənistanı müdafiə edəcək. Sadəcə, söyləyib ki, Rusiya sərhədində sabitliyin tərəfdarıdır və Dağlıq Qarabağda bundan sonra heç vaxt heç kimin - həm azərbaycanlıların, həm də ermənilərin qanının tökülməsini istəmir. Ancaq bu sözlər heç nə ifadə etmir. Putinin siyasəti onun sözlərində deyil, əməlindədir. Əməl isə bundan ibarətdir ki, Kreml sahibi Ermənistanın Azərbaycan qarşısında zəifləməsini istəmir. Ona görə də elə bu səfər zamanı Putin Ermənistana ucuz qiymətə silah və qaz satmaq barədə qərarını elan edib. O ki qaldı mümkün hərbi əməliyyatların başlamasına, hadisələrin bu istiqamətdə inkişafı halında Rusiyanın nəinki Ermənistana, hətta Qarabağ separatçılarına əməli dəstək verəcəyinə şübhəm yoxdur. Bu tarixi biz bir neçə dəfə yaşamışıq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan de-fakto öz prezidentləri – Vladimir Putini qarşılamağa hazırlaşır

    Ermənistan de-fakto öz prezidentləri – Vladimir ...

    28-11-2013, 10:13

  • 
  • Kreml Putinin Bakıya gəlişindən xəbərsizdir

    Kreml Putinin Bakıya gəlişindən xəbərsizdir ...

    18-07-2013, 19:19

  • 
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • Saakaşvili Putinin cavabını verdi

    Saakaşvili Putinin cavabını verdi ...

    19-12-2015, 01:12

  • 
  • Putinin Bakıya səfəri Ermənistanda həyəcan yaradıb

    Putinin Bakıya səfəri Ermənistanda həyəcan yaradıb ...

    13-08-2013, 23:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu