GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə təhsilində nələr baş verir? - İTTİHAM

Gəncə təhsilində nələr baş verir? - İTTİHAM

Tarix: 31-10-2020, 15:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 4 021
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM


Koronavirus pandemiyası ilə bağlı ölkədə orta təhsil məktəblərində dərslərin dayandırılması bəzi rayon təhsil şöbələrinin rəhbərləri üçün fürsət yaradıb.



Gundemxeber.Az bildirir ki, aktualxeber.az-a daxil olan məlumata görə, Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdə pul yığma kampaniyasına start verib. Bildirilir ki, pandemiya tətili səbəbindən işə gəlmədikləri üçün müəllimlərdən pul vermələri tələb edilir. Səbəb kimi də, onlardan online dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilir. Bununla da hər bir müəllimdən 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir. Görünür ki, sabiq təhsil şöbəsinin müdiri Zakir Hüseynov istefa versə də onun xələfi “ənənələri” yetərincə yaşadır.

Pandemiya dövründə bəzi məktəb direktorlarının əlləri xüsusilə açılıb. Mir Cəlal Paşayev adına 39 saylı məktəb direktoru Nizami Rzayev xüsusilə fərqlənib. İlk əvvəl ibtidai siniflərə qəbul xeyli qazanc gətirib. Nizami Rzayevin əlaltısı, pulyığanı Rəna adlı bir müəllimə ibtidai sinif şagirdlərinin valideynlərilə şəxsən özü təklikdə qəbul edərək və görüşərək 50 manat pul yığıb və yığılan vəsait direktora çatdırılıb.

Yuxarıda qeyd etdiyimiz kimi onlayn dərslərə qoşulmayan müəllimlərdən də haqq istənilib.

Üstəlik bu günlərdə isə redaksiyamıza əlavə məlumatlar daxil olub ki, Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbində 180 nəfərlik müəlliminin və təqribən 100-dən çox texniki işçisinin arasında isə xeyli sayda “ölü canlı”nın olduğu ortaya çıxıb. Faktiki olaraq, belə bir böyük məktəbdə 10-12 texniki işçi var. Belə çıxır ki, digərlərinin adları var, özləri isə yoxdur. Hətta belə bir iddia da var ki, N.Rzayev hər ay onların maaşını alaraq cibinə qoyur. Gəncə şəhərində fəaliyyət göstərən Mir Calal Paşayev adına 39 saylı orta məktəbin bir qrup müəllimi və valideynləri sözügedən təhsil müəssisəsinin direktoru Nizami Rzayevin qanunsuz əməlləri ilə bağlı təhsil naziri Emin Əmrullayevə müraciət ediblər.

Bununla yanaşı, valideynlər qeyd ediblər ki, rüşvətsiz və korrupsiyasız idarəçilikdən dəm vuran Mir Calal Paşayev adına 39 saylı orta məktəbin direktoru elə də kasıb deyilmiş. Sual oluna bilər ki, bu məktəb direktorunun aylıq əmək haqqı nə qədərdir ki, o, bu qədər var-dövləti əldə etməyə nail olub? Nəzərə alsaq ki, Nizami Rzayev rəhbərlik etdiyi 39 saylı məktəbin ibtidai sinif şagirdlərinin hər birindən 100 manat, bundan əlavə məktəbdə süpürgə, pərdə və s. adlar adı altında “haqq-hesab” yığdırır, o halda onun bahalı villaya, bahalı avtomobillərə sahib olmasına təbii baxmaq lazım gələcək. Bax budur, Azərbaycanın təhsil sistemində baş alıb gedən korrupsiya və rüşvətxorluq hallarının varlığı! Görəsən Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevin, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin bu cür əməllərindən xəbəri varmı? Axı, cənab Nazir olduqca gənc və enerjilidir. Yəni, o, bu cür çirkin addımların qarşısını almağa, lazım gəldikdə “cızından çıxan” hər kəsə, o cümlədən direktor Nizami Rzayevə də “dur” demək səlahiyyəti olan vəzifə sahibidir.

Bu yöndə araşdırmamızı davam etdirməyə çalışacağıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə təhsilində pulyığma sezonu... - İDDİA

    Gəncə təhsilində pulyığma sezonu... - İDDİA ...

    12-10-2019, 18:52

  • 
  • Gəncə təhsilinə “üzqaralığı gətirən” hansı məktəb direktorudur? - ŞOK FAKT

    Gəncə təhsilinə “üzqaralığı gətirən” hansı məktəb ...

    15-09-2020, 17:54

  • 
  • Orta məktəblərdə yay tətili azaldılacaq

    Orta məktəblərdə yay tətili azaldılacaq ...

    13-12-2013, 19:09

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Ceyhun Bayramovun kadrından PANDEMİYA YIĞIMI... - İTTİHAM

    Ceyhun Bayramovun kadrından PANDEMİYA YIĞIMI... - ...

    11-06-2020, 15:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (486)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu