GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Goranboy əhli atəş altında mərdanə dayanıb, icra başçısı isə pul silir... - Prezidentə şok dosye (VIDEO)

Goranboy əhli atəş altında mərdanə dayanıb, icra başçısı isə pul silir... - Prezidentə şok dosye (VIDEO)

Tarix: 2-11-2020, 08:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 479
Goranboy əhli atəş altında mərdanə dayanıb, icra başçısı isə pul silir... - Prezidentə şok dosye (VIDEO)


​Ali Baş Komandan düşmənə meydan oxuyur, Ordumuz tarix yazır, Məhərrəm Quliyev ermənilərin vurduğu kəndlərə getmir - polis icra başçısının jurnalistin üstünə göndərdiyi ağzısöyüşlü qadını araşdırır

​Azərbaycanın bir aydan yuxarıdır ki, Vətən müharibəsi apardığı zamanda öz əməllərindən geri qalmayan bəzi məmurlar var.

Bu xüsusda Goranboyun icra başçısı Məhərrəm Quliyev ayrıca diqqəti cəlb edir. Onun gah maxinasiyaları, gah düşmən tərəfindən atəşə tutulan kəndlərin camaatına qarşı laqeydliyi üzə çıxır, gah da bu haqda tənqid yazanları sıxma-boğmaya salmağa, təhdid etməyə çalışır.

Yeri gəlmişkən, M.Quliyevin fəaliyyətindən tənqid yazanlardan biri GundemXeber.az olub və müharibənin şiddətli dövründə icra başçısı atəş altında olan kəndlərə getmək əvəzinə, üstümüzə bir qadın göndərib.

Polis başçıya görə zəngi araşdırır

​
Bu haqda artıq ətraflı məlumat vermişik və son xəbər ondan ibarətdir ki, saytın baş redaktoru Şirin Cəfəriyə zəng edərək Goranboyun icra başçısına görə onu hədələyən Zeynalova Cəmilə Mərdalı qızı barəsində polis araşdırmalara başlayıb. ​

Ş.Cəfərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra onu telefonda təhdid edən, nalayiq söyüşlərlə təhqir edən C.Zeynalova araşdırılır.

C.Zeynalovanın Goranboy İH tərəfindən öyrədilmiş, təlimatlandırılmış biri olduğu şübhə doğurmur. Heç bir rayon sakini jurnalistə zəng edərək icra başçısının müdafiəsinə qalxmaz, mətbuat adamını söyməz.

Odur ki, bu işlə polis orqanları məşğuldur və oxuculara da agah olsun ki, rayon rəhbəri Məhərrəm Quliyev hansı əməllərin sahibidir. Yəni özünə hörmət edən məmur, bir idarəçi əsla onu tənqid edən mətbuatın üstünə hansısa ağzısöyüşlü qadını göndərməz.
Əvvəla, bu, köhnə üslubdur, vaxtikən ən rüşvətxor kiçik rütbəli məmurlar belə uğursuz metodlara əl atırdı, zəng etdirir, təhdid yağdırırdı.
İkincisi, heç bir KİV məmurun düşməni deyil. Düşmən varsa, o da ermənidir və bu gün rəşadətli Ordumuz Qarabağda, mediamız da informasiya cəbhəsində işğalçılarla mübarizə aparır.
Ona görə M.Quliyev işi bu səviyyəyə endirmək, jurnalisti qadının əli ilə söydürməkdənsə, barəsində səslənən iddialara, tənqidlərə münasibət bildirərdi, Goranboy İH rəsmi açıqlama yayardı. Amma icra başçısı bu yolu seçdi və indi C.Zeynalova ilə bağlı polis araşdırma aparır.

​“Ərdağı” MMC müəmması - Maxinasiyalar...

​GundemXeber.Az məlumat verir ki, Goranboyun icra başçısının fəaliyyəti haqda təkcə hüquq-mühafizə orqanlarının deyil, maliyyə və vergi strukturlarının da təftiş aparmasına ehtiyac var. Eyni zamanda Hesablama Palatası, Baş Prokurorluq Goranboy RİH-də müəmmalı tenderlər işləri barəsində araşdırmalar həyata keçirməlidir.
Yayılan xəbərlərə görə, abadlıq-quruculuq işləri adı ilə maliyyə əməliyyatları aparılarkən bir sıra yeyintilərə yol verildiyi deyilir.
Belə ki, Goranboyun mərkəzində səkilərin yenidən qurulması və işıqlandırma işləri yenidən bərpa edilib. Sakinlərin sözlərinə görə, bu işlərə ehtiyac olmayıb.
Amma İH-nin Ərazi üzrə İcra Nümayəndəliyi “Ərdağı” MMC ilə müqavilə bağlayıb, 217 365 manat məbləğində vəsaiti büdcədən çırpışdırıb.
Ehtiyac yaranmadığı halda səkilər və işıqlandırmaya görə külli miqdarda vəsait ayırıb əldə etmək kimə və nəyə lazımdır?
Bundan qabaq da Goranboy İH “Ərdağı” MMC ilə maliyyə dəyəri 153 787.6 AZN olan müqavilə imzalamışdı. Müqaviləyə əsasən şirkət abadlıq işləri aparmalıdır.​
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur. Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur.
“Ərdağ” MMC-yə gəlincə, 10 manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olur.
Şirkətin Gəncə Şəhər İcra Hakimiyyəti ilə 3 174 710.26 AZN, Göygöl Rayon İcra Hakimiyyəti ilə 859 424.6 AZN dəyərində müqavilə imzalayıb.
Bəzi iddialara görə, şirkət Gəncədəki məmurlardan birinə məxsusdur. Nazim Məmmədov isə MMC-nin formal sahibidir.

Pul silmək atəş altındakı kəndlilərdən üstündü?

​Hərçənd, Goranboyun icra başçısı guya sakinlərin qayğısına qalmaq üçün rayon mərkəzini pul silmək məqsədi ilə təkrar-təkrar təmir etdirməkdənsə, yaxşı olardı ki, tabeçiliyində olan idarə müdirlərini başına yığıb atəşə məruz qalan kəndlərə gedərdi, sakinlərə ürək-dirək verərdi. Əgər Məhərrəm Quliyev atəşə məruz qalan kəndləri tanımırsa, biz tanış edək:
Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Tap Qaraqoyunlu kəndi, Qaşaltı kəndi, Qaraçinar kəndi, Şəfəq kəndi və rayondan yuxarı bir neçə kəndlər daxil... Amma təəssüflə qeyd edək ki, atışma vaxtı yuxarıda adları çəkilən kəndlərdə olmadı.
27 sentyabrdan həmin döyüş gedən kəndlərdə olsaq da, icra başçısını və tabeçiliyində olanlardan bir kimsəni görə bilməmişik.
Bu tənqidlərimizdən nəticə çıxarmayıb, üzərimizə ağzısöyüşlü qadın göndərən icra başçısına başqa nə deyəsən?! Ölkə başçısı yerlərdəki nümayəndələrinə beləmi tapşırıq verib? Təbii ki, yox!!!
Faktiki müharibə gedən rayonun kəndləri atəşə tutulur, yerli sakinlər düşmən qarşısında mərdi-mərdanə dayanır, ordumuz işğalçı düşmənləri ərazilərimizdən iti qovan kimi qovur, Ali Baş Komandan dünya mediasına çıxıb erməni himayədarlarını mat qoyur, ölkə əhalisini, ictimai-siyasi təşkilatları, milli ordumuzu bir idea ətrafında birləşdirir, amma icra başçısı rayon mərkəzindən kənara çıxmır. İlham Əliyev istər döyüş bölgəsində, istərsə də informasiya məkanında düşmənə yüksək ustalıqla cavab verir, hətta müxalifət onu dəstəkləyir.
Ölkəmizə qarşı düşmənə dəstək vermək üçün taktiki proseslərə qatılan ölkələrin siyasətini darmadağın edir, xalq və cəmiyyət onun yanındadır. Amma Məhərrəm Quliyev bir rayonda insanlara dəstək ola bilmir. Əksinə, tənqidi media rəhbərinə qarşı ağzısöyüşlü qadın göndərir və söydürür. Bu cür eybəcərliyə əl adtmaq yaxşı hal deyil. İcra başçısının nümayəndəsi qismində çıxış edən Zeynalova Cəmilə Mərdalı qızının söyüşlü audio səs yazısını yenidən təqdim edirik:



GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Goranboyun başçısından rüsvayçılıq: üstümüzə ağzı söyüşlü qadın göndərdi, iş polisdə... - Təfərrüat - AUDİO

    Goranboyun başçısından rüsvayçılıq: üstümüzə ağzı ...

    20-10-2020, 10:14

  • 
  • Goranboy atəş altında, Məhərrəm Quliyev “tükünü tərpətmir” - Sensasion təfərrüat

    Goranboy atəş altında, Məhərrəm Quliyev “tükünü ...

    16-10-2020, 07:34

  • 
  • Daha bir icra başçısı koronavirusa yoluxdu

    Daha bir icra başçısı koronavirusa yoluxdu ...

    19-06-2020, 20:23

  • 
  • Goranboy icra başçısının müəmmalı həyat yolu: fərarilikdən Əlikram Hümbətov əlaqələrinədək

    Goranboy icra başçısının müəmmalı həyat yolu: ...

    18-03-2020, 14:48

  • 
  • İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi

    İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi ...

    14-03-2016, 13:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu