GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - Nazirliyin işçiləri də baxıb gediblər...

Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - Nazirliyin işçiləri də baxıb gediblər...

Tarix: 2-11-2020, 13:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 402
Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - Nazirliyin işçiləri də baxıb gediblər...


“Qaldığımız yerdə insan yaşayışı adına heç bir şəraitimiz yoxdur. Həyat yoldaşım xəstəlik tapıb, işləyə bilmir. Şəraitsizlik üzündən azyaşlı övladlarım da tez-tez xəstələnirlər, həkimə aparmaq, dərman almaq imkanım yoxdur. Nəticədə xəstəlikləri dərinləşir, qızdırma, öskürək iluzunu uşaqlardan əl çəkmir”.

Gundemxeber.Az DİA.AZ-a istinadla bildirir ki, Zabratda – neft buruqlarının az qala 1 metrliyində uçuq, salxaq bir ev var. O evin içində bir yataq xəstəsi olan ata və iki azyaşlı xəstə uşaq var. Bir də şəraitsiz, soyuq evdəki bu xəstə, ac ailə üzvlərinə baxan Mehriban Məlikova var... O, danışır ki, həyat yoldaşı yataq xəstəsi, övladları isə azyaşlıdır deyə, özü işləyə bilmir. Nəticədə ailənin demək olar ki, büdcəsi yoxdur və ailə bir tərəfdən xəstəlik, bir tərəfdənsə aclıqla mübarizə aparır.

“Həyat yoldaşım ağciyər xəstəsidir, aylardır ki, yalnız yataq rejimində qalır. Başını yastıqdan qaldıranda boğulur və ölümcün hala düşür. Müalicə etdirməyə isə imkanımız yoxdur. Beləcə, övladlarımın atası hamımızın gözü önündə günbəgün əlimizdən gedir. Əlimizdən isə heç nə gəlmir. Uşaqlardan birinin 4, digərinin 6 yaşı var. Dediyim kimi, şəraitsiz vəziyyətdə yaşadığımız üçün uşaqlar iluzunu xəstə olurlar, xəstə uşaqları yataq xəstəsi olan ataya tapşırıb işə gedə bilmirəm. Gəlin özünüz şahid olun, bu dəqiqə evdə uşaqların qabağına qoymağa bir dişləm qənd, bir dilim çörək yoxdur. Uşaqlarım həm xəstəlikdən üzülür, həm də aclıqdan... Üz-gözləri sapsarı, yanaqları solmuş...”, - şikayətçi deyir.

Ailə ünvanlı sosial yardım üçün müraciət edib, ancaq imtina olunub: “Gəldilər evə baxdılar, halımıza acıdılar, dedilər, bu şəraitdə insan yaşayar? Yataq xəstəsi olan həyat yoldaşıma da şəfalar dilədilər, amma sonra da dedilər, bilirsiz necədir, gərək ikinizdən biriniz işləyəsiniz ki, sizə ünvanlı sosial yardım təyin oluna... Dedim, işləsəydim, daha yardımı neynirdim, görürsünüz ki, ailənin başçısı yataq xəstəsidir, azyaşlı uşaqlar hansı şəraitdə yaşayır, axır ki, biz də bu ölkənin vətəndaşıyıq, niyə bu zillətin içində yaşamalıyıq? Dedilər, qanun nədirsə, biz sizə onu bildirdik və getdilər. İndi siz deyin, biz necə yaşayaq? Mən bu iki tifilə nə yedirdim? Uşaqpulu yoxdur, sosial yardım düşmür, əmək fəaliyyəti ilə məşğul ola bilmirik, biz nə edək axı?”

Qışqabağı evə gedən qaz xətti də kəsilib. Səbəbsə yığılıb qalmış 600 manat borcdur. Mehriban xanım deyir, elə soyuq otaqsa su qızdırıb çimirlər: “Vedrədə su qızdıdıram, uşaqları elə soyuq otaqda başlarına su töküb çimdirirəm, özümüz də elə çimirik. Köhnə evdir, divarları tökülür, buruqların arasından siçovul, yayın istisində ilan sürünüb evə girir. Evin dam örtüyü dağılıb, döşəməsi çürük-çürükdür. Yağış başımıza yağır, balaca otağa vedrələr düzürük ki, su otağa dolmasın. Evin qapısı da sınıqdır, elə yox kimi şeydir”.

Mehriban xanım dövlətə səslənir, iki azyaşlı övladını şəraitsizlik və aclıq səbəbindən itirməmək üçün kömək, ilk növbədə mənzil şəraitinin ya xşılaşdırılmasını istəyir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rasim Balayev 18 gündür  yataq xəstəsidir.

    Rasim Balayev 18 gündür yataq xəstəsidir. ...

    9-05-2013, 11:45

  • 
  • Yeni ailə quran Cəmilə: “İlk həyat yoldaşı bizi şantaj edir” - FOTO

    Yeni ailə quran Cəmilə: “İlk həyat yoldaşı bizi ...

    2-10-2017, 14:26

  • 
  • Bakıda ailə səkkiz ildir tualetdə yaşayır - Dəhşət

    Bakıda ailə səkkiz ildir tualetdə yaşayır - Dəhşət ...

    5-02-2019, 12:46

  • 
  • 3 uşaq anası özünü öldürmək üçün iki nazirdən kömək istədi

    3 uşaq anası özünü öldürmək üçün iki nazirdən ...

    11-02-2014, 12:43

  • 
  • Müğənni Kərim: “Həyat yoldaşım icazə verməsə də..."

    Müğənni Kərim: “Həyat yoldaşım icazə verməsə ...

    8-02-2015, 12:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu