GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...

Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...

Tarix: 12-11-2020, 10:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 271
Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...


Balakən sakini Şahin Dabaxov oktyabrın 7-də Suqovuşanda yaralanıb. O, doğma rayonunda məmur biganəliyindən narazıdır.

Şahin Dabaxov sentyabrın 21-də ehtiyatda olan hərbi qulluqçu kimi təlimlərə çağırılıb. Müharibənin ilk günündən döyüşlərdə iştirak etməyə başlayıb. 28 yaşlı döyüşçü oktyabrın 7-də yaralanıb. Qəlpə döş nahiyəsinə dəyib. Sonradan onu cərrahiyyə əməliyyati ilə çıxarıblar.

Şahin Dabaxovun bir neçə qabırğası da sınıb. Dediyinə görə, bu üzdən indi nə əyləşə, nə də uzana bilir: “Gəncə hospitalındaydım. Oktyabrın 14-də evə buraxıldım. Müalicə də evdə davam edir. Daha çox ayaqüstə qalmağa, gəzişməyə çalışıram. Qabırğalarım sındığına görə əyləşəndə və uzananda çox ağrı verir”.

Şahin Dabaxov rayon rəhbərliyinin ona heç bir diqqət ayırmadığını deyir. Gəncə hospitalında onun qayğısına qalıblar. Amma Balakəndə eyni diqqəti görməməyindən gileylənir: “Rayonda hörmətsizliklə qarşılaşdım. Ağır vəziyyətdəyəm, amma diqqət görmürəm. Cavan yaşımda ailəmin üstünə yarımcan gəlmişəm. Amma heç kəs mənimlə maraqlanmır. Gəlib soruşmurlar ki, nə kömək lazımdı, hansı həkimə aparaq səni? Heç nə görmürəm”.

Balakənli əsgər yaralandığına görə məzuniyyətə buraxılıb. Müalicəsini doğma yerlərdə davam etdirməli olub. Həkimə gedib, dərman yazılıb. Heç bir gəlir mənbəyi olmayan əsgərin dərmanlarına 47 manat lazım olub ki, onu da ödəyə bilməyib:

“İndiyə qədər heç kimə ağız açıb deməmişəm ki, filan işdə mənə kömək elə. Gedib icra başçısının müavinilə - Mehparə xanımla görüşdüm. Dedi ki, bizim büdcədə yaralı əsgərlərə yardım üçün vəsait nəzərdə tutulmayıb, belə tapşırıq verilməyib. Mənim ailəm var. Atam 60 yaşına çatıb. Gedib haradansa pul qazanıb gətirə bilmir o adam. Sonradan icra başçısı zəng vurub dedi ki, mən sənə o pulu verərəm. Onlara da dedim, məsələ təkcə 47 manatda deyil. Öz dərmanlarına 47 manatı tapa bilməyən adamın ailəsinin vəziyyətini təsəvvür eləsinlər. Mən istəyirəm ki, sağlamlığımla maraqlansınlar”.

Şahin Dabaxov hərbi təlimlərə yola düşəndən cəmi 12 gün idi ki, ailə qurmuşdu. Deyir ki, belə olacağını təsəvvür etmirdi, əvvəldən bilsəydi, ailə qurmazdı: “Əlimdə işim var idi, ev təmiri, inşaat işləri ilə məşğul olurdum. Qızıl taxtımız yox idi, amma ailəmi dolandırırdım. İndi üzüm gəlmir ki, 60 yaşlı atamdan pul istəyim. Siqaret çəkirəm, almaq üçün pul istəməyə utanıram”.

Balakən sakininin pensiya məsələsi hələ müzakirə olunmur. Onun sözlərinə görə, hospitaldan verilən sənəddə “qazi şəhadətləndirilməlidir” ifadəsi yer alıb: “Bir çox adamlara göstərdim. Belə başa düşdüm ki, əlilliyim tanınmalıdı. Amma sənəddə həm də o yazılıb ki, beş gün sonra cəbhəyə qayıtmalıyam. Bütün yaralılar kimi mənim evə buraxılmağım da məzuniyyət sayılır. Mən geri qayıtmalıyam, amma qabırğalarımın ağrısından yata bilmirəm”.

Şahin Dabaxov deyir ki, Balakəndə rayon rəhbərliyi təkcə ona biganə münasibət göstərmir. Başqa yaralı döyüş yoldaşından da xəbər bilən yoxdur: “Biri var, məndən də pis yaralanıb. Maddi baxımdan mənim günümdədir. Nə bələdiyyə maraqlanır, nə icra nümayəndəsi, nə də icra hakimiyyəti. Yazıq bir azyaşlı uşaqla kirayədə yaşayır. Yata bilmir, yuxu dərmanları alır ki, gözünü yumsun. Onun qapısını da açan yoxdu. Təkcə gəlib camaat xəbər bilir. Vəzifəli şəxslərdən heç kim gözə görünmür”.

Qeyd edək ki, artıq qarşı tərəf olaraq Balakən RİH məsələyə münasibət verib. Həmin açıqlamanı təqdim edirik:

"DİA.az (Dünya İnformasiya Agentliyi) saytında 11 noyabr 2020-ci il tarixində yerləşdirilmiş “Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...” başlıqlı yazı ilə əlaqədar bildiririk ki, Balakən rayon Tülü kənd sakini Dabaxov Şahin Ələddin oğlunun yazıda qeyd etdiyi fikirlər əsassızdır. Belə ki, Şahin Dabaxov Balakən Rayon İcra Hakimiyyətində qəbul olunub, ona maddi və ərzaq yardımı göstərilib, ehtiyacı olan dərman preparatları ilə təmin olunub. RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şahin Dabaxovun evində bir neçə dəfə olmuş, problemləri ilə maraqlanmış və həlli istiqamətində tədbirlər görmüşlər.

Həmçinin bildiririk ki, rayonda səfərbərliyə çağrılmış, müharibədə yaralanmış onlarla əsgərin və 22 şəhid ailəsinin müraciətinə həssaslıqla yanaşılır, onların problemlərinin həlli istiqamətində bütün mümkün tədbirlər görülür.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altındakı ərazilərimizin düşməndən azad edildiyi, Vətən müharibəsində qalib gəldiyimiz bir dövrdə bu cür tam araşdırılmamış yazıların saytınızda dərc olunması dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirə biləcəyini nəzərə almağınızı xahiş edirik. Vətən müharibəsi zamanı sosial media, online media və ümumilikdə Kütləvi İnformasiya Vasitələrində işıqlandırılan, cəmiyyətə təqdim edilən istənilən bu formatda informasiyadan düşmənimiz öz maraqları naminə istifadə edə bilər. Bu gün ən çox oxunan, etimad göstərilən bir xəbər saytı olaraq dia.az saytının rəhbərliyindən xahiş edirik ki, yuxarıda qeyd olunanları nəzərə alsın".

GundemXeber,Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tanışı Şahin Rzayevi BIÇAQLADI

    Tanışı Şahin Rzayevi BIÇAQLADI ...

    28-08-2017, 12:45

  • 
  • Şahin Diniyev istefa verdi

    Şahin Diniyev istefa verdi ...

    18-11-2017, 18:23

  • 
  • Şahin Məmmədov bütün ailə üzvlərini Avropa turnesinə hansı pulla aparır?

    Şahin Məmmədov bütün ailə üzvlərini Avropa ...

    19-07-2014, 14:28

  • 
  • Azərbaycan-Gürcüstan sərhədində iki qardaş güllələnib

    Azərbaycan-Gürcüstan sərhədində iki qardaş ...

    3-07-2013, 17:16

  • 
  • Qızı: Tofiq Yaqublu ağır işgəncə görüb, qabırğası sınıb

    Qızı: Tofiq Yaqublu ağır işgəncə görüb, qabırğası ...

    21-10-2019, 15:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu