Şahin Məmmədov bütün ailə üzvlərini Avropa turnesinə hansı pulla aparır?
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bütün ailə üzvləri ilə birgə İtaliyaya yola düşməyə hazırlaşır. Mənbənin dediyinə görə, bu sırada başçının özü, həyat yoldaşı, qızları, oğlu, nəvəsi valideyni və daha bir yaxın qohumu 1 aylıq istrahətə yollanır. Bu məlumatı Ağcabədi rayonundakı etibarlı mənbə deyib. Onun sözlərinə görə, Ağcabədi icra başçısının və bütün ailə üzvlərinin viza almaq üçün təqdim olunmuş sənədlərini hazırda italiya səfirliyindədir: "Məndəki məlumata görə, icra başçısı və ailə üzvləri 1 aylıq İtaliyaya istirahət etmək məqsədilə gedir. Hər halda sənədləri səfirliyə təqdim edən şəxsdən bunları öyrənə bildim”. Yeri gəlmişkən xatırladaq ki, icra başçının əməkhaqqısı cəmi 850 manatdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?