GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər »  "Bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi?" - GİLEY

 "Bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi?" - GİLEY

Tarix: 16-11-2020, 14:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 342
 "Bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi?" - GİLEY


“Texnika almaq üçün banka pul köçürdüm, bu günədək nə pulumu ala bilmişəm, nə də texnikanı. “Bank müflis olub, sizə verməyə pulu yoxdur”, - deyirlər. Mən anlayıram, amma texnikanın 40 faiz pulunu ödəmək üçün borc aldığım insanlar bunu anlamır. Çox pis durumda qalmışam”.

Gundemxeber.Az DİA.AZ-a istinadla bildirir ki, Ucarın Məlikballı kəndinin sakini Eyvaz İbrahimov belə deyir. O, 2019-cu il dekabrın 24-dən bu yana başına oyun gədiyini, altından çıxa bilmədiyini söyləyir:

““Aqrolizinq” ASC-yə müraciət etmişdim. Yeni traktor almaq istəyirdim. İstəyim qəbul edildi. Qanunla həmin texnikanın dəyərinin 40 faizini mən, 40 faizini dövlət, yerdə qalan 20 faizini isə bank verməli idi. Sonra mən həmin 20 faizi aybaay banka köçürəcəkdim. Nə isə məni Bakıya, “Aqrolizinq” ASC-yə dəvət etdilər”.

Şikayətçi deyir ki, orda 4 bankın stendi olub. Ona işini bu banklardan biri ilə həll etmək lazım olduğunu deyiblər: “Yəni birinin vasitəsilə kreditlə texnika götürə bilərdim. Orada mənə ilk yaxınlaşan “NBC Bank”ın işçisi oldu. Sənədləri yazdı, hər şeyi həll etdi. Dekabrın 27-də zəng etdi. Dedi “2 nəfər zamin götür gəl”. Getdim. Sənədləri hazırlamışdı. Mən də imzalayıb, “NBC Bank”ın Nəsimi filialına 10 min 292 min manat pul köçürdüm”.

Ödənişdən sonra Eyvaz İbrahimova deyilib ki, yanvarın 7-dək ona zəng edəcəklər. O da kəndə dönüb və bankdan zəng gözləyib. Deyilən vaxtdan günlər keçib, ancaq zəng gəlməyib: “Fevralda özüm maraqlanmalı oldum. Dedilər ki, dövlət tərəfindən güzəşt edilən 40 faizlik məbləğ hələlik, köçməyib. Ancaq Kənd Təsərrüfatı Nazirliyindən elektron ərizəmə cavab gəlmişdi ki, həmin güzəşti ödəyiblər. Bunlar dirəndi ki, yox, yalan demirik, ödənməyib. Sonra koronavirus dövrü başladı. Bakıya gediş-gəliş çətinləşdi. Aprelin 24-də birtəhər Bakıya getməyə nail oldum. Yenə sənədlər yazdılar, ödəniş qrafiki müəyyən etdilər. Hətta sığorta ödənişi də etdim. Sonra mənə traktorun bütün sənədlərini verdilər. Hətta may ayı üçün nəzərdə tutulan aylıq ödənişi də aldılar. Bir neçə gün sonra mənə zəng gəldi ki, bank bağlanır, sistem dayandırılır. Ondan sonra mənimlə əlaqə saxlamadılar”.

Eyvaz İbrahimov deyir ki, sonra çox çətinliklə də olsa yenə Bakıya gedib. Bu zaman bank ona texnikanı vercəkləri ilə bağlı sənəd imzaladıb. Ancaq bu günədək nə pulunu, nə də texnikanı ala bilib: “Öyrəndim ki, bağlanan banklarda əmanəti olanların pulları geri qaytarılır. Sevindim. Zəng etdim, dedilər, “sənin pulun əmanət kimi yox, lizinq yolu ilə texnika almaq üçün yatırılıb. Geri qaytara bilmirik, çünki pulumuz yoxdur”. Axırda da dedilər ki, qaytarılan pulları Əmanətlərin Sığortalanması Fondu verir. Mənə aid deyil”.

Eyvaz İbrahimov çıxılmaz durumda olduğunu deyir. Ödədiyi pulun çoxunu borc aldığını və borcluların qapısına dirəndiyini söyləyir: “Anlaya bilmirəm, əgər bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi? Yəni onu dövlətin proqramına kim qoşmuşdu? Əlimlə pulumu ödədim, bütün sənədlərim var, sübutlarım var, ancaq geri ala bilmirəm. Heç pulu da istəmirəm, işi başqa banka versinlər, texnikamı alım. Sonra aylıq krediti də ödəməyə hazıram. Ancaq etmirlər. Uzlaşmaq üçün hər hansı addım atılmır”.

Şikayətçi bu yaxınlarda sonuncu dəfə bankın keçmiş əməkdaşı ilə əlaqə saxlayıb. “Bank bağlanıb, sənin ödədiyini geri verməyə pulumuz yoxdur”, - cavabını alıb: “Bir sözlə, əlimlə pul vermişəm, ayağımla düşmüşəm dalınca - ala bilmirəm. Aidiyyatı qurumlara müraciət etmişəm, işə yaramır. Prezident Administrasiyasından tutmuş, Heydər Əliyev Fonduna qədər - hər yerə yazmışam. İşimə baxmırlar”.

Eyvaz İbrahimovun 2-ci qrup əlilliyi var. Deyir, ailəsini təsərrüfatla dolandırır. Başqa heç yerdə çalışmır: “Mən illərin traktor sürücüsüyəm. Kənddə insanların işini görür, özüm əkin-biçin, heyvandarlıqla dolanıram. Köhnə traktorum istismar müddətini çoxdan başa vurub, artıq istifadə ediləsi durumda deyil. Məcbur qalıb, borcla-xərclə yenisini almaq qərarına gəldim. Nədir ki, bir tikə çörəyimi qazana bilim. Onun da axırı belə oldu. İndi nə edim, kimə şikayətlənim bilmirəm”.

Eyvaz İbrahimov artıq nə edəcəyini bilmədiyini söyləyir: “Şokdayam, belə çıxır ki, məni aldatdılar, pulumu aldılar, ortada isə nə pul var, nə də texnika”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Aqrolizinq” fermerlərin pulunu alıb… texnikanı isə vermir

    “Aqrolizinq” fermerlərin pulunu alıb… texnikanı ...

    3-10-2013, 11:47

  • 
  • "Bank of Azerbaijan": Müflis elan olunmağımız borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir

    "Bank of Azerbaijan": Müflis elan ...

    4-02-2016, 22:39

  • 
  • Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb

    Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu ...

    25-06-2019, 13:21

  • 
  • Kreditini bağlayıb, amma evini və qızıllarını girovluqdan çıxara bilmir

    Kreditini bağlayıb, amma evini və qızıllarını ...

    13-02-2017, 00:53

  • 
  • “Aqrolizinq”in monopoliyası ləğv olundu – Kəndlinin texnika problemi həll olunacaqmı?

    “Aqrolizinq”in monopoliyası ləğv olundu – ...

    8-02-2019, 11:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu