Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulur.
Gundemxeber.Az bildirir ki, bu barədə DİA.AZ-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Xatırladaq ki, belə bir niyyət əvvəlindən də var idi, lakin sonradan DGK ləğv edilmədi, rəhbər dəyişikliyinə uğradı. Aydın Əlityevdən sonra bu quruma başçı gətirilən Səfər Mehdiyev isə işində kifayət qədər peşəkarlıq nümayiş etdirə bilməməklə yanaşı, ona olan ümidləri də darmadağın etdi ki, bu da DGK-nın yenidən bir qurum kimi ləğvini aktuallaşdırıb.
Son olaraq isə məlumatlı mənbə DİA.AZ-a bildirir ki, DGK-nın ləğv edilməsi ilə bağlı prezident fərmanı artıq hazırdır və yaxın günlərdə elan ediləcək. Gömrük sisteminin həddən artıq korrupsiyalaşması, o biri tərəfdənsə neft gəlirlərinin azalması fonunda iqtisadiyyatın liberallaşdırılmasına zərurətin ortaya çıxması, habelə Vətən Müharibəsi səbəbindən əlavə qaynaqlara ehtiyacların yaranması gömrük xidmətinin indiki strukturunun ləğvi və yenidən qurulmasını qaçılmaz edir.
Zamanında Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev gömrük yüklərinin bəyan edilməsinin ASAN xidmətə verilməsi layihəsinin mövcud olduğunu bildirmişdi.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?